XURŞİDBANU
NATƏVAN
Səhərgəh nagahan gördüm
dili-zarım nihan ağlar
Sirişgi-alilə hərdəm
çəgər ahü fəğan ağlar.
Sual etdim nə baisdir
çıxıb əflakə əfqanın?
Tökər xuni-cigər ceşmin,
axar hər yan rəvan ağlar?
Könül huşyar imiş məndən, dedi: Badi-səbadan sor!
Sərasimə qalıb heyran,
çəkər ah, əlaman,
ağlar.
Səbadan sordum əhvalı ki, ey hər
haldan agah,
Nə vaqedir, səni
tarı, olub dil natəvan ağlar?
Dəxi badi-səba, gördüm,
bəsi dilkiru nalandır,
Təkəllüm yox bəyan
etsin, qalıbdır bizəban, ağlar.
Tutulmuş nitq güftarı, dedi: Ey Natəvan
xəstə,
Necə şərh eyləyim halı ki, cümlə
insü can ağlar.
Gəzirdim bağu səhranı, pərişan halilə, gördüm
Dəyib badi-xəzan sərvə
qurumuş, bağban ağlar.
Zəban sözdən qalıb xali, tərəhhüm etdim əhvalı,
Gözümə
tar olub dünya, dəmadəm cismü can ağlar.
Bəli, gər gül budağına toxunsa tünd badi-dəhr,
Pərişan olsa gül bərki,
edər bülbül fəğan, ağlar,
Pozuldu rövnəqi-gülşən, dağıldı zinəti
bağın,
Düşüb
tabu təravətdən,
gül ağlar, gulsitan ağlar.
Düşəydi
çərx gərdişdən,
olaydı dəhri-dün
viran,
Bəşər
tab eyləməz hərgiz,
zəminü asiman ağlar.
İlahi, görməsin gözlər,
yaman gündür belə günlər,
Aman verməz qəmü
möhnət, hamı
pirü cavan ağlar.
Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün,
Yaz, ey müstovfiyi-aləm,
mudam əhli-cahan ağlar.
Midad olsa əgər dərya, qələm olsa əgər əşcar,
Başa yetməz qəmim
şərhi, qələm
hər ləhzə qan ağlar.
Tənim rəncur, dil xəstə, dəxi bir qəmkusarım yox,
Kimə şərh eyləyim
dərdim, gedər tabü tavan ağlar.
Bəli, cün kövkəbi-tale vəbal etsə fələk içrə,
Nühusətlə qiran eylər,
olur gün gər yaman ağlar.
Bu divani-qəzavətdir,
müqəddər ruzi-əzzəldən !
Ki, hər dəm
növbənöv qəmlər
yetər, bu Natəvan ağlar.
Kəsilmiş
taqətü-tabım, başımdan
əql məhv olmuş,
Gözüm əşki rəvan
zahir, könül daim nihan ağlar.
Dəvasız dərdi-bidərman, qalıb
məhzunu sərgərdan,
Ərəstu ilə həm
Loğman, Fəlatuni-zaman
ağlar.
Təmamən dərdü qəmlərdən
fəraqın dərdi
əfzundur,
Onunçun Natəvan hər
dəm olub nalan, qan ağlar.
***
Yıxıb bu könlüm evin, eyləyib viran, getmə
Yoxumdu tabü-təvan firqətə,
cavan, getmə!
Fəda olum sənə mən, səndən ayrıla bilməm,
Yəqin fəraqın edər
qəddimi kaman, getmə.
Səninlə roşən idi qəlbim, ey gözüm nuri, .
Güman ki, təng ola canimə bu cahan, getmə!
Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,
Doyunca görməmişəm, getmə,
bir zaman, getmə!
Çıxaydı
kaş gözüm, görməyəydi hicranın
Ölüncə
bil edərəm naləvü fəğan,
getmə!
Səbahə dək oturub çəkmişəm cəfalarını,
Boyum bərabərisən indi əlaman, getmə!
Yəqin əl çəkəcək
dustu aşinalərdən,
Divanə tək düşəcək
çöllərə anan,
getmə!
Səninlə kim açılıb
qəlbimin şükufələri
Mürüvvət
eylə, əzizim, edüb xəzan, getmə!
Tərəhhüm
eylə mənə, dərdü möhnətim
çoxdur,
Qoyub bu hicr bəla
içrə Natəvan,
getmə!
Di yumma gözlərini, qoy görüm doyunca barı,
Gözümdə cari edib əşk həm rəvan, getmə.
* * *
Xöcəstə
bülbüli-xoşnitq, xoşzəban,
getmə!
Mənə tərəhhüm elə,
qoyma Natəvan, getmə!
Bu gülşən
içrə, gülüm
novşüküftə bir
gülsən,
Sənə hənuz deyil mövsimi-xəzan, getmə!
Məni - fələkzadəyə rəhm
qıl, səni tari,
Qaşın kimi qəddimi eyləyib kaman, getmə!
Sənin bu gözlərinə gözlərim ola
qurban,
Bir-iki dəm mənə ol bari həmzəban, getmə.
Yeni nümüvv eləyən,
sərvvəş, dayan bari,
Sirişkimi qoy edim payinə
rəvan, getmə!
Mənə ki, guşeyi-cəşm ilə bir nəhan
baxdın,
Tez öldürər məni bu möhnəti-nəhan, getmə!
Düşə
əyaqdən ol sərvi-qamətin, billah,
Qiyaməti gətirər başimə
əyan, getmə!
Bu cismi-zarım
üçün məhz
ruhsən, axır,
Tutar qərar məgər, ruhsuz rəvan, getmə!
İki gözüm işığı,
şahzadə simbərim,
Məni də yoldaş apar, qoyma Natəvan
getmə!
* * *
Kəcrəvişdir
bu asiman, əfsus!
Bivəfadır
cahanü can, əfsus
Nə yaman dağ imiş oğul dağı,
Mənə üz verdi
imtahan, əfsus!
Göz evin qoydu nagəhan
xali,
Oldu ol mərdümün nəhan, əfsus!
Mehrini kəsdi mən bəlakeşdən,
Oldu xak ilə mehriban,
əfsus!
Ey gözüm nuri, hasili-canim,
Çəkərəm
sənsiz əlaman, əfsus!
Sərv qəddin düşübdü
xak üzrə,
Sənə bid
oldu sayəban, əfsus!
Səni ləbtəşnə yad edəndə olur
Göz yaşım cuy tək rəvan, əfsus!
İzzətü
cahü dövlət icrə səni
Görmədim
bircə kamran, əfsus!
Arizuvu həvəs xəcil səndən,
Olmadın hic şadman, əfsus!
Səni ağuşə çəkdi
xaki-siyah,
Əşkdən
bağrım oldu qan, əfsus!
İtirib bu şüküftə qönçəsini,
Qaldı sərkəştə Natəvan,
əfsus!
***
Mənə bədtərdi düzəxdən,
əzizim, gülsitan sənsiz!
Odur hər sünbülü susən
gözümdə bir tikan sənsiz!
Vəfasız dəhri-dun içrə
əgər şəkkər qəzam olsa,
Olur zəhri-həlahil,
tutiyi-şirinzəban sənsiz!
Səbəb noldu ki, məndən
mehr.kəsdin, mehriban bülbül!
Olub qumri kimi ku-ku yenə virdi-zəban
sənsiz!
Xoş ol günlər ki, vəslindən
edərdim kami-dil hasil,
Olunca mübtəla hicrə,
çıxaydı kaş can sənsiz!
Əlif tək sərv qəddin,
can içində getdi, qəmxarim,
Necə aram
tutsun, bilməzəm,
cism içrə can sənsiz?
Çıxar sübhü məsa əflakə dudi-şöleyi
ahim,
Zəbani-halimə kiryan olur kərrubiyan, sənsiz.
Nəzər qıl, qönçeyi-lalə
misalı bir-biri üstən
Çəkilmiş
sinəmə, gör kim, necə
daği-nəhan sənsiz!
Ədalət.-2012.-3 mart.-S.20.