Aşiq qadının romanı
Fevralın 16-da Yazıçılar Birliyinin "Natəvan klubu"nda İradə Tuncayın "Yol romanı"ı oxuculara təqdim edildi. İradə xanımın "Yol romanı"ndan bəzi parçaları "525-ci qəzet"dən və "Ədalət" qəzetindən oxumuşdum. Etiraf edim ki, alayarımçıq mütaliədən o qədər də zövq ala bilməmişdim. Tədbirin sonuna qədər çıxış edənləri diqqətlə dinləyir, kitab haqqında məni maraqlandıran bir fikir eşitmək arzusuyla səbrimi basırdım. Adətən belə tədbirlərdə çıxışçıları dinləmirəm. Etiraf edim ki, AYB-nin katibi Rəşad Məcid əvvəldən-sona tədbiri çox canlı aparırdı. Təəssüf ki, çıxışçıların bəziləri əsəri oxumasalar da, həvəslə söz alır, "yol" sözünün fəlsəfi izahına başlayır, bu sözün metafizik qatlarını şərh edirdilər. Mən isə imkan düşən kimi kitabı vərəqləyir, bəzi parçalara göz atırdım.
"Yol romanı" roman deyil,
"Ədalət" qəzetinin baş redaktoru İradə
Tuncayın yazıçı, millət vəkili Aqil Abbasla
birlikdə İran - Naxçıvan - Türkiyə -
Gürcüstan səfərini əks etdirən, olduqca peşəkar
şəkildə qələmə alınmış yol qeydləridir.
Bəlkə də, bu kitabda yer alan yazılara sadəcə yol
qeydləri demək insafsızlıqdır. Çünki kitab
ən maraqlı roman kimi "doyumlu" dur. Tədbirdəcə
"Woman in love" yazısı diqqətimi çəkmişdi.
Evə çatana qədər hövsələmi basa bilməyib
bu yazını oxudum. Əgər bu yazını yolda
oxumasaydım, kitabı başdan-sona oxumaq istəyim
yaranmayacaqdı. Elə bu yazının sehrinə
düşdüyüm üçün kitabı birnəfəsə,
2-3 saat müddətinə oxuyub bitirdim. Etiraf edim ki, kitab məni
ovsunladı.
Müəllif İradə
Tuncayın səmimiyyəti artıq birinci yazının,
birinci abzasında oxucunu öz təsir dairəsinə
alır. Və oxucu özünü yazarın səmimiyyətinə
təslim edir. Kitab "Woman in love" yazısıyla
başlayır. Yazı sanki məşhur mahnının ahəngiylə,
ritmiylə, mistikasıyla yazılıb. Mən bu
mahnını Liz McClarnonun ifasında dəfələrlə
dinləmişəm. Həqiqətən təsirli, insanı
başqa aləmə aparan musiqisi var bu mahnının. Hələ
sözləri...g
Düzü mahnını əvvəllər
dinləsəm də, sözlərinin fərqinə
varmamışdım. Bu yazını başlayanda isə
mahnının sözləri axtarıb tapdım və diqqətlə
oxudum. Çox anlamlı, çox təsirlig
Yazı boyu oxucunu ovsunlayan səmimiyyət
qətiyyən azalmır, getdikcə daha da insanı öz təsirinə
salır. Yazının sonluğu isə şahanədir:
"- Gözəl, səfər
xoşuna gəldi?
- Mənə gözəl demə,
mən gözəl deyiləm.
- Bəs nəsən
- I am a woman in love!
- Nə?!
- Heç,
mahnının sözlərini
deyirəm."
Kənardan bir az sərt, bir az acıqlı görünən İradə
Tuncayı bu kitabda tamamilə kəşf eləmək mümkündür. Kitabda oxucu
ərköyün, şıltaq,
duyğusal İradə
Tuncayla rastlaşır.
Şəxsi tanışlığımız
olsa da, etiraf edim ki,
mən İradə xanımı bir insan kimi bu
kitabdan sonra kəşf etdim. Bir qadın sevgisini ancaq bu qədər gözəl etirafı edə bilər: " I am a woman in love!"
Kitabda ən çox
diqqətimi çəkən,
müəllifin dəqiq
müşahidələri, bəzək-düzəksiz
yanaşmaları oldu.
Maraqlı məlumatlar və
informativ haşiyələr
də öz növbəsində kitaba ayrı bir rəng
qatır. Oxucu kitab vasitəsi ilə müəllif İradə Tuncayla yanaşı, yazıçı
Aqil Abbası, Azərbaycan təhsil sistemində silinməz iz qoyan Vurğun
Əyyubu, bəstəkar
Cavanşir Quliyevi və digər çağdaşlarımızı tanımaq imkanı qazanır. Oxucu özünü bu
səfərlərin iştirakçısı,
müəllifin yol yoldaşı kimi hiss edir.
Mənə elə gəlir ki, yolçudan yolçuya çox ciddi fərq var. Kitabda haqqında danışılan məkanlara
il ərzində
ölkəmizdən minlərlə
turist gedir. Minlərlə insan eyni yolla, eyni marşurutla,
eyni yerlərə yolçuluq edir. Ancaq görəsən neçə
nəfər getdiyi yerlərdən bu cür zəngin təəssüratla qayıdır?
Görəsən neçə nəfər
Kiprin, Qarsın, Batuminin, Tiflisin, Naxçıvanın tarixini
öyrənib sonra səfərə çıxır?
Mən qətiyyətlə əminəm
ki, bizim səfər etmək, gəzmək, tətilə
getmək imkanı olan insanlarımızın
80 faizi harın kişilərdən, qızıl-gümüş,
pal-paltar aşiqi arvadlardan ibarətdir.
Dəfələrlə tanıdığım insanların səfər söhbətlərini dinləmişəm.
Standart.
Böyük əksəriyyət getdiyi yerlərin ancaq yeməklərindən
və mağazalarından
danışır. Nə vaxtsa
millət vəkili olmuş bir tanışım var. Çindən
Amerikaya qədər
25-30 ölkədə olmuşdu.
Gəzdiyi ölkələrin bir yazıçısını,
bir şairini tanımırdı. Üstəlik getdiyi ölkələrin hansı qitədə yerləşdiyini deməkdə
də çətinlik
çəkirdi. Ən
yaxşı halda hansı ölkədə,
azərbaycanlı iş
adamlarının restoranı
olduğunu bilirdi. Şəxsən mən Pekinə
gedib quzu kababı axtaran, İstanbulda da vodka içib qayıdan turistimizi qınayıram.
"Yol
romanı" oxucuya yolçuluq, səfər mədəniyyəti aşılayır.
Getdiyi yerlərin tarixini, ədəbiyyatını, mədəniyyətini
öyrənmək və
bu xüsuslardan yazmaq çox gözəldir. Bu baxımdan şair dostum Qismətin İstanbuldan yazdığı
yazılar da çox maraqlı və diqqətçəkən
idi.
İradə xanım "Yol
romanı"nda Elif Şafakdan, Orhan Pamukdan misallar çəkir, olduğu məkanla əsərlər
arasında paralellər
tapır. Orhan Pamukun
"Kar" romanında
bəhs olunan Karsı daha yaxından tanımağa,
öyrənməyə cəhd
edir. Sözün düzü Elif
Şafak və Orhan Pamuk romanlarını
sevmədiyim üçün
əsərdə bu müəlliflər müraciət
edilməsi o qədər
də ürəyimcə
olmadı. Hər halda
milyonlarla oxucusu olan bu yazıçıların
əsərlərindən misal
çəkmək oxucuların
diqqətini çəkəcək.
Ancaq sevimli şairlərim Can Yücel və Nazim Hikmətdən çəkilən misallar,
Sezen Aksu və Zülfü Livaneli kimi müğənnilərin
mahnılarından verilən
misallar mənim daha çox xoşuma gəldi. Müəllifin sevgi dolu ruhu əsər boyu oxucunu təsirindən
çıxmağa qoymur.
Bir sözlə, "Yol romanı" kitabı janr xüsusiyyətlərinə görə
roman olmasa da, əsəri bir qadının, aşiq bir qadının romanı adlandırmaq məncə doğru olar. Mən bir oxucu kimi bu dəyərli
kitabı bütün
ədəbiyyat həvəskarlarına
tövsiyyə edirəm.
Ümid edirəm ki, siz də bu
kitabı oxumaqdan böyük zövq alacaqsınız.
Cəlil CAVANŞİR
Ədalət.-2012.-3 mart.-S.6.