KİÇİK RAYONUN
BÖYÜK UĞURLARI
Gerçək nümunə:
Qobustan
Hər dəfə bu
rayon haqqında yazı hazırlayarkən
xəyal məni çox uzağa
deyil, 15-16 il əvvəllərə
aparır. Yayda cadar-cadar,
qışda isə dizəcən palçıqlı və miskin görüntü. İndi Avropanın abad əyalət
qəsəbələrinə bənzəyən Qobustan rayonu, onun müasirləşən görkəmi insanda qürur hissi oyadır. Və mən belə məqamlarda
həmişə rayon icra
hakimiyyətinin başçısı, təcrübəli
dövlət məmuru Adil Məmmədovun
bu sözlərini xatırlayıram: "Bütün bunlar ulu öndərin arzuları idi.
O, Azərbaycanın ən ucqar
bölgələrinin, kəndlərinin də zaman-zaman
inkişaf edib
müasirləşəcəyinə inanırdı. İndi möhtərəm Prezidentimiz
İlham Əliyevin qayğı və diqqəti
sayəsində Azərbaycan başdan-başa
yeniləşir, insanların güzaranı
yaxşılaşır. Bugünkü
Qobustan da məhz
sürətli inkişafı təmin edən dövlət
siyasətimizin gerçək nümunəsidir..."
Elə Qobustan rayonunun
timsalında mənim də bircə əlavəm var: yuxular kimi
o ağ-qara rəngli
yaxın keçmişimizi unutmayaq, çala-çuxurlu
bərbad yollarımızı, miskin kəndlərimizi,
bozarıb qaralan binalarımızı, yaşamaq üçün
ən vacib olanlara
ehtiyaclı günlərimizi yaddan
çıxarmayaq...
Prezidentin xüsusi diqqəti
Yola
saldığımız 2011-ci il Respublikamız
üçün çox uğurlu illərdən biri
olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində
ölkəmizin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla
icra edilmiş, nəzərdə
tutulmuş bütün
planlar həyatda öz
əksini tapmış və 2011-ci ildə də ölkəmizin sürətli
inkişafı təmin olunmuşdur.
Ötən dövr
Qobustan rayonu üçün xüsusilə uğurlu və yaddaqalan olmuşdur. 13 sentyabr
2011-ci il tarixdə Prezident
İlham Əliyev rayona
gəlmişdir. Cənab Prezident Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin, Qobustan Tinglik Mərkəzinin
və müasir taxıl saxlama
anbarı kompleksinin
açılışında iştirak edərək
ictimaiyyət nümayəndələri qarşısında
çıxış etmişdir.
Prezidentin səfərdən dərhal sonra
imzaladığı "Qobustan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında" sərəncamına əsasən Qobustan rayonunun sosial-iqtisadi inkişafının yüksəldilməsi
məqsədi ilə rayona Azərbaycan
Respublikası Prezidentinin ehtiyat
fondundan 2,0 (iki) milyon manat vəsait
ayrılmışdır. Bu vəsait
hesabına 13 min nəfərədək əhalini,
6 kəndi birləşdirən 23 km-lik Qobustan -Xilmilli yolunun 14 km hissəsinin əsaslı
təmiri işləri aparılmışdır. Bu işlər davam etdiriləcəkdir.
Dövlət Proqramının icrası
Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası rayonda uğurla həyata keçirilir. Ümumilikdə Dövlət
Proqramının icrası nəticəsində 2011-ci ildə
ötən illə müqayisədə ümumi
məhsul buraxılışının həcmi 14 faiz artmışdır. Bu
artım sənayedə 30 faiz, kənd təsərrüfatında
15,4 faiz, nəqliyyatda 10,8 faiz,
ticarətdə 34,8 faiz olmuşdur.
Şəhərdaxili küçələrin
4,2 km hissəsində təmir işlərinə
başlanılmışdır. Ş.Şikarov
küçəsinə və 1,2 km uzunluqda Tofiq İsmayılov
küçəsinə və Koroğlu
küçəsinin bir hissəsinə asfalt örtüyü vurulmuşdur.
Qobustan şəhərində
Heydər Əliyev prospekti
abadlaşdırılmış, prospektin
1,2 km hissəsində ikitərəfli səkilər
çəkilmiş, 2 km-ə qədər yeni
bordürlər qoyulmuş,
yaşıllıq zolağı salınmışdır. Prospektin bu hissəsində
köhnə işıq dirəkləri müasir
işıq dirəkləri ilə əvəz edilmişdir.1
saylı məktəbə və uşaq
bağçalarına gedən yola asfalt örtüyü
çəkilmişdir.
Rayonun şəhər və kəndlərində içməli
su təminatının
yaxşılaşdırılması məqsədilə Qobustan şəhəri, Təsi, Bədəlli,
Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli,
Göydərə kəndlərinin içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Rayonun
Nabur, Qurbançı, Qaracüzlü,
Ərəbşahverdi kəndlərinin içməli su ilə təminatı üçün
aidiyyatı orqanlar qarşısında məsələ
qaldırılmışdır. Yaxın vaxtlarda
Nabur kəndində su
sayğaclarının qurulması işinə
başlanılacaqdır. Hazırda Qobustan
şəhərində su təchizatı
və kanalizasiya sisteminin
yaradılması məqsədilə layihələndirmə
işləri aparılır.
Rayonda əlil və şəhid ailələri üçün 16 mənzilli
yaşayış binası, Qarabağ əlilləri
üçün 3 fərdi
yaşayış evi, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə
Dövlət Agentliyinin Qobustan
Eksperimental Poliqonu və
Tədris Mərkəzi, Milli Elmlər
Akademiyasının Seysmoloji Stansiyası, tutumu 10 min ton olan
taxıl anbarı, Baytarlıq idarəsi və diaqnostika
Mərkəzi, 1 baytarlıq məntəqəsi, vergi ödəyicilərinə xidmət
terminalı, Cəngi kəndində müasir
yanacaqdoldurma məntəqəsi, inzibati mərkəzdə yeməkxana binası
tikilib istifadəyə verilmişdir.
Rayon statistika idarəsinin
yeni inşa edilən inzibati binasında tikinti
işləri tamamlanmaq üzrədir.
Rayonun giriş qapısı olan
Cəngi kəndinin kənarına gözəl memarlıq üslubunda daş hasar çəkilmiş, son
tamamlama işləri aparılır.
Ceyrankeçməz kəndində də yol
kənarı köhnə uçuq tikililərdən
təmizlənmiş, hasar çəkilmişdir.
Rayonun "son" adlanan hissəsində müasir
üslübda hasar
çəkilmişdir.Qobustan şəhərində bazar kompleksinin fəaliyyəti
bərpa edilmişdir.
Rayonun kəndlərində
xeyir-şər məclislərinin təşkil edilməsi üçün ilkin olaraq Sündü, Ərəbşahverdi
və Poladlı kəndlərində xeyir-şər evlərinin
tikintisinə başlanmışdır. Bu
tikililər may ayınadək istifadəyə
veriləcəkdir.
2003-2011-ci illərdə Qobustan rayonunda 2031-i daimi olmaqla, 9126 yeni iş yeri
açılmışdır. Ötən səkkiz ildə əhalinin
orta aylıq əməkhaqqı 6,1 dəfə,
pul gəlirləri isə 3,7 dəfə
artmışdır.
Mühüm sahələrdə sürətli inkişaf
Rayon
üzrə ümumilikdə 2236 nəfərə sosial
müavinət, 302 ailəyə ünvanlı dövlət
sosial yardımı verilir. 2010-cu
ildə 138 nəfər aztəminatlı ailəyə 13 min 652 manat ünvanlı
dövlət sosial yardımı verildiyi halda, 2011-ci ildə
302 ailəyə 28 min 889 manat
ünvanlı dövlət sosial
yardımı verilmişdir. Orta aylıq pensiyanın məbləği
2011-ci ildə əvvəlki illə müqayisədə 33,7 faiz artaraq 133,14 manat təşkil etmişdir.
Hesabat dövründə pensiyalar
tam şəkildə ödənilmişdir.
5 nəfər əlilə pulsuz avtomobil verilmişdir.
Bu il rayonda əlil və
şəhid ailələri üçün
36 yerlik yaşayış binasının,
məhkumluqdan azad edilmiş
şəxslər üçün 50 yerlik adaptasiya mərkəzinin
tikintisi də nəzərdə tutulur.
Əhalinin elektrik
enerjisi, təbii qaz,
içməli su ilə təminatı və
dəyərinin ödənişi daim nəzarətdə
saxlanılmışdır. Rayon icra hakimiyyətində yaradılmış qərargahda
bu məsələlər müntəzəm
olaraq müzakirə edilir,
nöqsan və
çatışmazlıqların aradan
qaldırılması üçün zəruri
tədbirlər görülür.
Hazırda rayonun bütün
yaşayış məntəqələri elektrik
enerjisi ilə təmin olunmuş,
sayğaclaşma tam başa
çatdırılmışdır.
Hazırda rayonun
16 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur.
Xilmilli kəndində təbii qaz xətti şəbəkəsi
yaradılaraq sayğaclaşma aparılsa da, hələlik həmin kəndə təbii
qazın verilməsi mümkün
olmamışdır. Cari ildə bu məsələnin öz
müsbət həllini tapması gözlənilir. Hesabat dövründə Nabur
kəndində qazlaşma tam
başa çatdırılmış,
abonentlər sayğacla təmin olunmuşdur. 2010-cu illə müqayisədə
2011-ci ildə əhali qrupu üzrə 310
nəfər əlavə olaraq təbii qazla təmin olunmuşdur.
Rayonun Bədəlli,
Sədəfli, Poladlı, Təsi, Yekəxana, Cəngi,
Şıxzahırlı, Qaracüzlü və
Nardaran kəndlərinin
qazlaşdırılması üçün
müvafiq iş
aparılır.
(ardı gələn
sayımızda)
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.- 2012.-
6 mart.- S.7.