Kişi etirafı
Səndən ötrü darıxmaq deyil bu,
daha acı
və dəhşətlidir.
Hər gecə
evə gələndə,
əlimi qapının
dəstəyinə atanda,
bütün əyləncələri geridə
qoyub
xarabama şatanda
duyuram bu acını.
Sən heç vaxt qapını arxadan bağlamazdın.
Qapı
həmişə üzümə
açıq olardı.
Nəfəsin qapının o üzünüdən
yandırardı məni…
Səndən ötrü darıxmaq
deyil bu,
Daha üzücü və dəhşətlidir.
Yuxulu əllərimi balışına
vətən xainini qəbrə
tullayan kimi tullayıram.
Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum
deyir ki,
Bu gecə bir köpək
bizi yatmağa qoymayıb.
Qayıt,
məni saçlarınla
yuvama zəncirlə.
Həsrətindən köpək olduğumu
biləcəklərindən qorxmuram.
Bu, gec-tez hamıya çatacaq.
Sahibsiz olduğumu
bilsələr,
hərə bir daş atacaq.
Elnaz Eyvazlı
Ədalət. - 2012.- 8 mart.- S. 7.