MƏMMƏD
İLQAR
DOST
İTKİSİ
(əvvəli ötən
şənbə sayımızda)
Məmməd İlqar- Ağamalı Sadiq dostluğunun çox şahidi olmuşam. Çox bağlıydılar bir- birinə. Qələmə alınsaydı, onların hər görüşü bir maraqlı dastan əhvalatına dönərdi...
Ağamalının qəfil ölüm xəbəri Məmmədi necə sarsıtmış, necə bükmüşdü, gözlərim şahid oldu. Ta torpağa tapşırana kimi cənazənin yanından əl çəkmədi. Ağır salğarı, ləngərli yerişi, duruşu ilə müdrik, ağsaqqal bir baba sandığımız bu böyük Türk kişisinin dünyadan köçəndə cəmi 48 yaşı varıydı. Bu itki hamını sarsıtmışdı. Elə mənim özüm. Qırx gün gözümün yaşı qurumadı.Amma Məmməd bu itkidən sonra birdən-birə qocaldı, sanki. "Gözəl dərd diləsən- dərdəm ən gözəl" söyləyibən, dərdin özü boyda ucaldı, " Bilməm bu sevginin kimə nə dərdi?- Mənə dərd gözəldi, dərdə mən, gözəl"-deyib dərdlə qol- boyun olub Ağamalı Sadiq Əfəndiyə laylalar oxumağa başladılar:
Abidənin müəllifi Məmməd
Dəmirçioğlu
1
Üzümə bax, üzün
varsa,
Üzümə bax, üzü
dönmüş.
Bu qəmə qaya tablamaz,
Dözümə bax, üzü
dönmüş.
Qara başım sözüm
üstə,
Nə qəhrin var - gözüm
üstə !
Dağın birmi, köysüm
üstə -
Düzümə bax, üzü
dönmüş.
Təkləmə bu halda məni,
Qanadına al da məni.
Nolar bircə yil da mənim
Sözümə bax, üzü
dönmüş...
2
Sözümə bax, üzü
dönmüş
Allahın zalım adamı
" Zulum ay mədəd"
çağıran
Özünə zulum adamı -
Əhməd Əfəndinin
oğlu.
Bax bu ömrü sən
yaşadın,
Köksü - körük, dərdi
- barıt
Torpaq deyə baltalanan,
Torpağa sərilən palıd -
Əhməd Əfəndinin
oğlu.
Gəcavəni el
götürür.
Heyim yox haxlayım səni
Sözümmü var urvatına,
Nə dildə ağlayım səni
-
Əhməd Əfəndinin
oğlu?
Misri qılınclar sivrilir,
Kötü dövranlar devrilir.
Üzümə bax, üzün
varsa
Bə dost beləmi sevilir -
Əhməd Əfəndinin
oğlu
3
Əhməd Əfəndinin
oğlu,
Ahım oldun, ünüm oldun...
Qəbrin qibləm - yönüm
oldu -
Ta yönüm Sənə
sarıdı.
Sənsiz yaşamaq hardadı,
Çox da ki, dünya bal
dadır...
Bir yandan tamah aldadır -
Bir yanım Sənə
sarıdı.
Bu qalan ömrüm, həyatım,
Qəzəlim, qoşmam,
bayatım.
Hər ayım, günüm,
saatım,
Hər anım sənə
sarıdı.
4
Hər anım Sənə
sarıdı,
Bir yanım Sənə
sarıdı,
Ta yönüm Sənə
sarıdı -
Ta vaxtım sola hərlənir.
Çox da ki, belə göynədir,
Billah bu dərd də
köhnədi...
Pəjmürdə
ruhum göydədi -
Sən gedən yola
hərlənir.
Çətin varam yol başına,
Xəta gəlir qul başına,
Necə bülbül gül başına -
Başıma bəla hərlənim.
5
Başıma bəla hərlənir -
O da ağlaya - ağlaya
Baxtıma alışıb - sönən
Oda ağlaya - ağlaya.
Anıb - anıb ağladığım,
Yanıb - yanıb ağladığım,
Tanrı sanıb ağladığım
Ada, ağlaya - ağlaya.
Ovuda bilməz adamı,
Dünyada hər səs adamı...
Unuda bilməz adamı,
Adam, ağlaya
- ağlaya.
6
"Adam ağlaya
- ağlaya
Göz açırsa bu dünyaya,
Duraq biz kimi qınayaq -
Tanrı qoyduğu qərardı".
- Bu sözlər
sənin dediyin...
Baxt - yığvalsa - düyün
-düyün...
Saz götürüb yerin - göyün
Yeddi qatına varardın.
Sinən üstə sərtdi bu saz,
Sipərdi, sərhəddi bu
saz.
Özü boyda dərddi bu saz -
Mizrabı dərdə vurardın.
7
Mizradı dərdə vurardın,
Neçə pərdədə vurardın,
" Beçə
pərdə" də
vurardın
" Güllərin"
ən gözəlini.
Qəza - qədəri deyirəm,
Qaytara geri deyirəm...
Sənli günləri deyirəm -
Günlərin
ən gözəlini !
Səni baba görməliydik,
Borcumuzu verməliydik,
Təbrikinə
dərməliydik
Güllərin ən gözəlini.
8
Güllərin
ən gözəlini
Dərdi dostların, qəbrinə.
Əyilməz qara başları
Əydi dostların, qəbrinə.
Əlim - ətəyim, necoldun,
Balım - pətəyim, necoldun.
Necoldu Bəyim, necoldu,
Dəydin dostların qəlbinə?
Közün ocaqlara köçdü,
Sözüm dodaqlara köçdü,
Özün torpaqlara köçdün
-
Dərdin dostların qəlbinə
9
Dərdin dostların qəlbinə
Çökür - necə o çən
ki var.
Çəkir qəlbimiz dərdini -
Nə cürə - suçəkən
ki var...
Şuşadan,
Laçından gəlir,
Qurd kimi acından gəlir,
Ağlımız
ucundan gəlir -
Başımıza gələn ki
var.
Qəmi bizə çatan olur,
Qəlbimizə
yatan olur...
Qəbrimizə
Vətən olur -
Bu torpaq
deyilən ki var.
10
Bu topaq deyilən ki var -
Hər yerdə birdi, dağılmış !
Qönçə
- qönçə, çiçək
- çiçək,
Qəbir - qəbirdi, dağılmış !
Sədadı-sazdan
süzülür,
Sevgidi- gözdən süzülür,
Sehrdi- sözdən süzülür,
Nə boyda sirdi, dağılmış.
Gələn gedir, bir də
gəlmir,
Gəlmir oğul, bil də, gəlmir...
Qarğamağa
dil də gəlmir -
Kəbədi, Pirdi dağılmış !
Heç Ağamalını yaddan çıxarmadı
Məmməd İlqar.
Harda ondan söz istədilər, Ağamalı Sadiqdən dedi, onun şeirlərini
oxudu hər məclisdə, mürşüdüm,
ustadım dedi hər yerdə, hər zaman, özü bu gün bütün İncəlilərin mürşüdünə
çevrilmiş Məmməd
İlqar.
Ağamalı Sadiqin sözü
yerdə, gözü yolda qalmadı. Bir ara söhbətlərimizin birində
"Məmməd İlqar
bəşəri şairdir",
demişdi mənə.
Bu sözləri, hər sözlə heyrətlənməsi mümkün
olmayan Ağamalı Sadiq Əfəndi demişdi. Məmmədin hər zaman
"mürşüdüm, ustadim" dediyi Ağamalı Sadiq Əfəndi son sözünü
ölüm ayağında,
son nəfəsdə məhz
yalnz ona pıçıldaya bilmişdi.
Elə nə zamansa üzünü ona tutub vəsiyyət
əvəzi pıçıldadığı
bu şeir kimi:
İşdi bir gün məni
səndən sorsalar,
De ki,
o da yandığını
yazardı.
De ki, onu alıb getdi
ruzigar
O harda sa indi bir tək məzardı.
De ki, onun umacağı yox idi,
Nə qohumdan, nə
yaxından, nə yaddan.
De ki, onun gözü, könlü tox idi,
Əli açıq köçüb
getdi dünyadan.
De ki, oda belə, bir cür adamdı,
Qohum qardaş susamışdı
qanına.
De ki, bir gün bu
dünyaya sığmadı,
Uçub getdi yaradanın
yanına.
De, yurdunda yalqız idi o qərib,
Damağında doğma torpaq,
daş dadı.
De, hardasa məzarından göyərib,
Bəlkə yenə yaşamağa
başladı.
Ağamalı itkisindən sonra
biz bir- birimizə daha çox bağlandıq. Çox yerlərə
qoşa getdik, hər məclisdə bizə qoşa söz verdilər. Məmməd
əslində hər şeiri, hər misrasıyla abidə yapan şairlərdəndi.
Dostluğa nə qədər
sədaqətlidirsə, sözə
də bir o qədər məsuliyyətlidir.
Bircə dəfə çörək kəsdiyi
yerə 10 il
salam verən, bir yaxşılığı
min qat dəyərləndirən
bir insandır, Məmməd İlqar. Zəhləsi getdiyi şey
zəif şeir, bir də etibarsız
adamdı.
Hərdən söhbətlərimiz əsnasında əsəbi
halda deyir." Qardaş, şeir zəyif olmalı deyil. Zəyifdir sə demək şeir deyil." Xoşlamır özünə lovğa-lovğa
"şairəm" deyənləri.
Sakit göründüyü qədər
də çılğinlığı,
tez əsəbləşib
özündən çıxmağı
da olur. Özünü reklamdan zəndi-zəhləsi
gedir. Ümumiyyətlə gözə girmək,
hara gəldi getmək, harda oldu görünmək xislətində yoxdur.
Halal haqqı olaraq deyilən xoş sözlərdən, təriflərdən
çox sıxılar,
üzundə xoş bir təbəssümlə
başını aşaği
dikib, bu təriflərin tez bitməsini gözləyər.
..
Ardı var
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-2012.-10
mart.-S.18.