O
DAĞLARIN ZİRVƏSİNDƏN BAXANDA...
Balakən
qartalları unudulmaz ki...
Burada
dayanıb hansı tərəfə boylansan,
əvvəl-əvvəl zirvələri qılınc kimi parlayan qarşı
dağların əzəməti gözlərini
qamaşdırar. Bir az
aşağıda sanki heç
qanad çalmadan saatlarla o ucalıqlarda dövr edən qartallardır. Balakənin rəmzinə
çevrilib bu qartallar. Bu torpaq, bu el Qarabağ
döyüşlərinə göndərdiyi yüzlərlə
igid övladını "Vətən uğrunda qartal kimi vuruşun!" deyə
öymüşdü. Əbəs deyil ki, mənfur
düşmən də bu igidlərin elə
təkcə adından vahimələnirdilər.
"Balakən qartalları" Qarabağ
döyüşlərində yüzlərlə şəhid verdi, "öz
yuvalarına" - dağlar qoynuna yaralı döndü,
yaralarını sağaldıb yenidən silah
götürdü... İndi
bu silahlar əsgərlikdə
olan "Balakən qartalları"nın
övladlarının əllərindədir. Hər an Ali Baş
Komandanın əmrini gözləyirlər.
...Balakəndən söhbət
açanda "Balakən qartalları"nı xatırlamasam
olmur.
Necə ki, bu gün Balakənin
zirvələrində qartallar uçuşan, yamaclarında
meşələr sıralanan, qayalarından çaylar baş
alan əzəmətli dağları kimi kəndləri, qəsəbələri,
rayon mərkəzi də böyük bir inkişaf və
yüksəliş yolundadır.
Quruculuq
prosesinin fəal iştirakçıları
...2011-ci ildə respublikamız
sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində
dinamik inkişaf etmişdir. Ölkənin bütün vətəndaşları
kimi balakənlilər də bu inkişaf və quruculuq
prosesinin fəal iştirakçısı olmuşlar.
Regional, tarazlı inkişafın təmin olunması istiqamətində
qəbul olunan "Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının sürətləndirilməsi, eyni
zamanda, həmin proqramda
nəzərdə tutulmayan digər mühüm tədbirlərin həlli məqsədilə
rayonun 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafı Proqramı işlənib
hazırlanmışdır. Proqramda 10
bölmə üzrə 83 tədbir nəzərdə tutulmuş, 2011-ci il
üzrə burada nəzərdə tutulan tədbirlərin icrası əsasən
təmin olunmuşdur.
İcra başçısı uğurlardan və
qarşıda duran vəzifələrdən söhbət
açır
Bütün bunlar barədə
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
İslam Rzayev bizimlə söhbətində daha geniş məlumat
verərək danışır:
- 2011-ci ildə rayonda ümumi məhsul
buraxılışı 111,2 milyon manat təşkil
etmişdir. Hesabat dövründə 48,8 milyon manatlıq kənd
təsərrüfatı məhsulu, 7,6 milyon manatlıq sənaye
məhsulu istehsal edilmiş, 15,4 milyon manatlıq tikinti işləri
görülmüşdür. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə kənd təsərrüfatı
məhsulu istehsalı 1 faiz, sənaye məhsulu istehsalı
14,4 faiz, pərakəndə əmtəə dövriyyəsi
17,7 faiz artmışdır. Ümumi məhsul
buraxılışında kənd təsərrüfatının
xüsusi çəkisi 44 faiz, sənayenin xüsusi çəkisi
6,8 faiz olmuşdur.
Rayonda bitkiçiliklə
yanaşı, heyvandarlığın da inkişaf etdirilməsi
diqqət mərkəzində saxlanılır. Hesabat ilinin
sonunda rayonda iribuynuzlu mal-qaranın sayı 38057 baş, ana mal
18245 baş, qoyun-keçilər 35631 baş olmuş, əvvəlki
ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 342
baş, ana malın sayı 732 baş, qoyun-keçilərin
sayı 577 baş artmışdır.
İl ərzində rayonda 4654 ton ət, 15656
ton süd, 68,8 ton yun,
8344 min ədəd yumurta,
30 ton bal istehsal olunmuşdur.
Əvvəlki ilə nisbətən 10 ton ət,
31 ton süd, 1,6 ton yun,
2 ton bal, 24 min ədəd yumurta
artıq istehsal edilmişdir. Heyvandarlıqda
bütün növ məhsulların istehsalı
üzrə artıma
nail olunmuşdur. Bu sahənin inkişaf etdirilməsi ilə əlaqədar olaraq damazlıq işlərinə,
o cümlədən süni
mayalandırma tədbirlərinin
həyata keçirilməsinə
diqqət artırılmışdır.
Eyni zamanda, arıçılıq
üzrə fəaliyyət
göstərən 3 damazlıq
təsərrüfatı inkişaf
etdirilmiş və həmin təsərrüfatlarda
arı ailələrinin
sayı 300-ə çatdırılmışdır.
Bütövlükdə
2011-ci ildə aqrar sahədən 48,9 milyon manatlıq gəlir əldə edilmişdir ki, bu da əvvəlki
ilə nisbətən
400 min manat çoxdur.
İstehsal olunan məhsulun 55,3 % -i yəni 27 milyon manatı bitkiçilik, qalan 44,7 %-i, yəni 21,9 milyon manatı isə heyvandarlıq məhsullarının payına
düşür.
Dövlət Proqramına uyğun tikilib istifadəyə verilmiş "Azəryemsənaye"
MMC-də il
ərzində 1100 ton qüvvəli
yem istehsal olunmaqla rayonun və respublikanın digər rayonlarının
fermerlərinə satılması
təşkil edilmişdir.
Eyni zamanda, müəssisə tərəfindən ətlik
heyvandarlığın inkişaf
etdirilməsi istiqamətində
də layihə həyata keçirilir.
Rayonun Katex kəndində heyvandarlıq
ferması yaradılmış,
xaricdən ətlik üçün 418 baş
iribuynuzlu mal-qaranın
gətirilməsi təmin
edilmişdir ki, bu da rayonda
mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına
və ət istehsalının artırılmasına
imkan verəcəkdir.
Azərbaycan Respublikası
Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli "Kənd
təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət dəstəyi
haqqında" Sərəncamına uyğun olaraq 2011-ci ildə
Kənd Ərazi Komissiyalarına müraciət etmiş 2607 nəfər
istehsalçıya becərdikləri 5034,60 ha sahəyə
görə 201384 manat yardım verilmiş, payızlıq
buğda əkmiş 30 nəfər istehsalçıya 132,40
ha sahəyə görə 5296 manat yardım hesablamaqla sənədlər
Respublika Komissiyasına təqdim edilmişdir.
Yardımların istehsalçılara
çatdırılması üçün rayon komissiyası
tərəfindən müvafiq tədbirlər həyata
keçirilir.
Torpaqlardan
düzgün istifadəyə təminat
2011-ci ildə bələdiyyə
mülkiyyətində olan torpaqlardan və əmlaklardan
qanunvericiliyə uyğun olaraq istifadə edilməsi
üçün tədbirlər görülmüşdür.
Cəmi 1436 ha torpaq sahəsi icarəyə verilmiş və
98282 manat icarə haqqı alınmışdır. İcarəyə
verilmiş torpaq sahələrində kənd təsərrüfatı
məhsulları əkilmiş və heyvandarlığa yem
ehtiyatının yaradılması üçün istifadə
olunmuşdur.
Qeyd olunmalıdır ki, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin rayon
şöbəsi torpaqlardan təyinatı üzrə istifadə
edilməsinə nəzarəti gücləndirməli, təyinatı
dəyişdirilmədən müxtəlif məqsədlər
üçün istifadə edilən torpaq sahələrinin əvvəlki
vəziyyətinə qaytarılması üçün təsiredici
tədbirləri həyata keçirməli, vətəndaşların
torpaqla bağlı şikayətlərinə və müraciətlərinə
vaxtında baxılmasını təmin etməlidir.
Hesabat ilində 60 ha meşə əkini,
60 ha meşə əkinlərinə xidmət və 52 ha torpaq
hazırlığı işləri
aparılmışdır.
Əkin materiallarına olan təlabatı
ödəmək məqsədilə 1,73 ha sahədə tinglik
salınmış, hazırda həmin tinglik sahəsində
107 min ədəd müxtəlif növlərdən olan əkin
materiallarına aqrotexniki xidmət göstərilir. Bununla belə,
müəssisə meşə əkini işlərini davam
etdirməli, tingliklərin salınması, ağac
yetişdirilməsi istiqamətində də işlərini
günün tələbləri səviyyəsində
qurmalıdır.
Rayon fermerləri Bakı şəhərində
keçirilən kənd təsərrüfatı məhsulları
satışı yarmarkalarında iştirak etməklə il ərzində
105 ton müxtəlif növ kənd təsərrüfatı məhsullarının
yarmarkada satılmasını təşkil etmişlər.
(ardı
gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-13
mart.-S.7.