ŞƏKİ:
QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ
Şəkililəri
sevindirən Prezident sərəncamları
Təkcə
Şəkinin koloritli adı və məşhur
Xan Sarayı bəs edər ki, bu qədim yurd haqqında həmişə iftixarla danışasan. Ancaq
şəkililər o qədər də konservator deyillər. Onlar
qədim diyarın müasir
inkişafını da arzulayan,
daim yeniliklərə, uğurlara
can atan səmimi
insanlardır. Neçə illərdi ki, rayon rəhbərləri bu
xoş niyyətə biganə münasibət
göstərməkdə davam edirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəkililərin bütün istək və arzularına xüsusi münasibət göstərməklə
onları sevindirdi. Son vaxtlar
Şəkinin demək olar hər tərəfində
davam edən çoxistiqamətli quruculuq işləri bunu bir daha sübut
edir. Ən yaxşı və nümunəvi
haldır ki, Elxan Usubov bu böyük
rayona başçı təyin edilən vaxtdan hər gün
kabinetindən daha çox
tikinti meydanlarında, təsərrüfatlarda,
müxtəlif tədbirlərdə camaatla
bir yerdə olur. Rayon rəhbərliyi və sakinlər əlbir
olaraq Prezidentin
etimadını yüksək fəallıqla doğrultmağa
çalışırlar. Bunun nəticəsi
olaraq, Şəki gündən-günə
dəyişir, müasirləşir, özünün
yeni görkəmi ilə sakinləri
qürurlandırır.
Ölkə rəhbəri Şəkiyə
gəlmişdi
2011-ci il noyabrın 17-də
Prezident Şəki şəhərinə səfərə gəlmişdir.
Rayonumuzda olarkən o, bir sıra sosial təyinatlı obyektlərin
açılışında iştirak etmiş,
özünün tapşırıq və tövsiyələrini
vermişdir. Şəkiyə səfəri çərçivəsində
100 çarpayılıq Mərkəzi Xəstəxananın
açılışında iştirak edən dövlət
başçısı Şəki ictimaiyyətinin nümayəndələri
ilə görüşündə demişdir: "Bu
yaxınlarda Şəkinin inkişafı ilə bağlı
xüsusi Sərəncam verilmişdir.
Bu Sərəncamın çox
böyük mənası vardır. Təkcə ona görə
yox ki, bu Sərəncam əsasında Şəkinin
abadlaşmasına və tarixi binaların bərpasına 5
milyon manat vəsait ayrılmışdır. Əvvəlki
dövrdə də vəsait ayrılmışdır, bundan
sonra da ayrılacaqdır.
Bu Sərəncamın əsas
mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi
keçmişimizə, tarixi şəhərlərimizə
daha da böyük diqqətlə yanaşmalıyıq. Elə
tarixi şəhərlər var ki, onların Azərbaycan
tarixində, Azərbaycan xalqının formalaşmasında,
Azərbaycanda dövlətçilik əsaslarının
yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir".
Şəki inkişafın yeni mərhələsində
2011-ci ildə istehsalın əsas
sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə
333 milyon 851 min manatlıq məhsul buraxılmışdır
ki, bu da 2010-cu illə müqayisədə 37,4 faiz çoxdur. Adambaşına
faktiki qiymətlərlə 1898 manatlıq məhsul istehsal
olunmuşdur. Bu 2010-cu illə müqayisədə 36,2 faiz
çoxdur. 2011-ci ildə pərakəndə əmtəə
dövriyyəsi 237 milyon 165 min manat olmuşdur ki, bu da 2010-cu
ilə nisbətən 9,2 faiz çoxdur. Əhaliyə göstərilən
pullu xidmətlərin həcmi isə 54 milyon 740 min manat
olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 2010-cu ilə nisbətən 21,8 faiz
artmışdır. Rayonda 2011-ci ildə 1184 yeni iş yeri
açılmışdır. Yeni açılmış
iş yerlərinin 16,2 faizi yeni yaradılmış müəssisə
və təşkilatların, 13,5 faizi mövcud müəssisə
və təşkilatların, 70,3 faizi isə fiziki şəxslərin
payına düşür. Rayonumuz üzrə 2011-ci ildə
orta aylıq əmək haqqı 211,4 manat olmuşdur ki, bu da əvvəlki
illə müqayisədə 11,9 faiz çoxdur.
2011-ci ildə rayonda iqtisadi və
sosial sahələrin inkişafına bütün maliyyə mənbələri
hesabına yönəldilmiş investisiyanın həcmi 88
milyon 16 min manat olmuşdur.
Bu əvvəlki illə müqayisədə
2 dəfə çoxdur. İstifadə edilmiş
investisiyanın 93,4 faizi dövlət mülkiyyətinin, 6,6
faizi qeyri-dövlət mülkiyyətinin payına
düşür. Əsas kapitala yönəldilmiş
investisiyanın 88,5 faizi tikinti-quraşdırma işlərinə
sərf edilmişdir . Bu əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 87,4 faiz çoxdur.
2011-ci ildə Şəki şəhərinin büdcəsinin
yerli gəlirləri 100,8 faiz yerinə yetirilmişdir ki, bu da
2010- cu illə müqayisədə 8,3 faiz çoxdur.
2011-ci ildə rayonda 2341 ailəyə
Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur.
Şəki rayonu üzrə hər bir ailə üzvünə
təyin edilən Ünvanlı Dövlət Sosial
Yardımın orta aylıq məbləği 23 manat 84 qəpik
, hər ailəyə düşən orta aylıq məbləği
isə 105 manat 56 qəpik təşkil etmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Şəki Şəhər Şöbəsi 2011-ci ildə
25975 nəfər əmək pensiyaçısına xidmət
göstərmişdir. Əgər 2003-cü ildə
pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik
idisə, 2012-ci il yanvarın 1-i tarixinə bu rəqəm 135
manat 85 qəpik olmuşdur. Bu ötən dövr ərzində
pensiyaların orta aylıq məbləğində 5 dəfə
artım deməkdir.
Ölkənin "çörək ağacı"
Ötən illərdə
olduğu kimi, 2011-ci ildə də rayonumuzda kənd təsərrüfatının
inkişafı üçün bir sıra tədbirlər həyata
keçirilmişdir. Respublikamızın ən iri
taxılçılıq rayonlarından biri olan Şəkidə
istehsal olunan taxıl ölkəmizin ümumi taxıl
istehsalının 10-15 faizini təşkil edir. 2011-ci ildə
Şəkidə 238 min 585 ton taxıl istehsal olunmuşdur. Bu,
2010-cu illə müqayisədə 100 min ton çoxdur.
Əkin sahələrinin
yaşayış məntəqələrini sel sularından
mühafizə etmək məqsədilə Küngüt,
Daşağıl, Zəyzid, Şin və Kiş
çaylarında 954 min kubmetr həcmində təmizlənmə
işləri görülmüşdür.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-14
mart.-S.7.