O
DAĞLARIN ZİRVƏSİNDƏN BAXANDA...
(əvvəli ötən
saylarımızda)
Ali məktəblərə qəbul üçün sənəd vermiş 403 nəfərdən 189 nəfəri tələbə adını qazanmışdır ki, bu da 2010-cu ilin göstəricisi ilə eyniyyət təşkil edir. Ali məktəblərə qəbul zamanı 29 nəfər 500-dən yuxarı, onlardan 6 nəfəri isə 600-dan yuxarı bal toplamışdır ki, bu da 2010-cu illə müqayisədə 7 nəfər çoxdur.
Ümumtəhsil məktəblərində
şagirdlərin fiziki, milli və hərbi vətənpərvərlik
tərbiyəsinin yaxşılaşdırılmasına da
diqqət yetirilmiş, bu məqsədlə keçirilən
yarış və turnirlərdə əksər məktəblərin
şagirdlərinin iştirakı təmin edilmişdir. "Gələcək
nəsillərlə üz-üzə" mövzusunda
keçirilmiş II ümumrespublika inşa müsabiqəsində
liseyin XI sinif şagirdi birinci yeri tutmuşdur.
Rayonda fəaliyyət göstərən
1 və 2 saylı texniki peşə məktəblərində
327 nəfər 10 ixtisas üzrə peşə təhsili ilə
əhatə olunmuşdur. Hər iki məktəbdə may
ayında akkreditasiya keçirilmiş və məktəblərə
müvafiq keyfiyyət sənədi verilmişdir. Peşə məktəblərinin
maddi-texniki bazasının gücləndirilməsinə və
tədris binalarının əsaslı təmirinə ciddi
ehtiyac vardır.
Səhiyyə xidməti yeni
yüksəliş dövründə
Hesabat dövründə əhaliyə
səhiyyə xidmətinin göstərilməsi sahəsində
mühüm dəyişiklik olmuş, xəstəxana yeni
binada fəaliyyət göstərməyə
başlamışdır. Yeni xəstəxana kompleksində
mövcud olan müasir tibbi avadanlıq və aparatura burada əhaliyə
yüksək səviyyədə tibbi xidmət göstərməyə
imkan verir.
İl ərzində 10300 xəstəyə
Təcili yardım şöbəsi tərəfindən təcili
və təxirəsalınmaz yardım göstərilmiş,
ötən illə müqayisədə yardım göstərilənlərin
sayı 225 nəfər çox olmuşdur. Profilaktiki peyvəndlər
98-99 % yerinə yetirilmişdir.
Keçən il "Turizm ili" idi...
2011-ci ilin "Turizm ili" elan
edilməsi ilə bağlı tədbirlər planı
hazırlanmış, turizm marşrutları müəyyən
edilmiş, "Bu Vətən bizimdir" devizi altında yay
düşərgəsi təşkil olunmuşdur. 27 sentyabr -
turizm günü münasibəti ilə "Turizmin
inkişafında tarix və mədəniyyət abidələrinin
rolu" mövzusunda elmi-praktik konfrans keçirilmiş,
"2011-ci il Turizm ilidir" başlığı altında sərgi
təşkil olunmuşdur.
Rayon ərazisində
aparılmış arxeoloji qazıntılar nəticəsində
tapılmış eksponatların hesabına
Tarix-diyarşünaslıq muzeyi zənginləşdirilmiş,
il ərzində başqa mənbələr hesabına
eksponatların sayının artırılması diqqət mərkəzində
saxlanılmışdır. Bu da mərkəz və muzeyə
gələn ziyarətçilərin sayının
artmasına səbəb olmuşdur.
...
Bu il "İdman ili"dir
Hesabat dövründə idman sahəsində
müxtəlif yarışlar keçirilmiş, respublika səviyyəli
37 yarışda idmançılar 22 dəfə I yeri, 11 dəfə
II yeri, 18 dəfə III yeri tutmuşlar. Keçən dövr
ərzində rayon idmançıları 13 beynəlxalq səviyyəli
yarışlarda ölkəmizi uğurla təmsil etmiş, 4
Yunan-Roma güləşçisi Avropa və dünya
birinciliklərində fəxri kürsünün ən
yüksək pilləsinə qalxmışlar. Hesabat
dövründə idmançılarımız beynəlxalq səviyyəli
yarışlarda 4 dəfə I yeri, 3 dəfə II yeri, 4 dəfə
isə III yeri tutmuşlar. 2010-cu illə müqayisədə
idman yarışlarında iştirak edənlərin sayı,
eyni zamanda əldə etdikləri nailiyyətlərin sayı
artmışdır.
2012-ci il ölkə Prezidentinin Sərəncamı
ilə "İdman ili" elan olunub.
İlin
əsas quruculuq istiqamətləri
Cari ildə inzibati ərazi
nümayəndəliklərinin 2011-ci ilin yekunlarına dair
hesabatları dinlənilərkən kənd təsərrüfatının
inkişafı imkanları geniş təhlil olunmuşdur. 2012-ci
ildə ümumi əkin sahələrinin 22-24 %, o cümlədən
qarğıdalı əkinlərinin 27-30 %
artırılmasına nail olunacaq.
Kənd təsərrüfatı məhsulları
istehsalının artırılması ilə yanaşı
onun realizasiyası istiqamətində də görülən
işlər- Katex kəndində soyuducu və qurutma
kameralarının tikintisi, Konserv zavodunda yeni istehsal sexlərinin
işə salınması rayonda istehsal olunan meyvə-tərəvəzin
saxlanmasında və satışında olan problemlərin
aradan qaldırılmasına imkan verəcəkdir.
2012-ci ildə rayonda Mədəniyyət
evi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının
inzibati binası, yeni məktəblər tikiləcək, sosial
infrastruktur obyektləri, çoxmənzilli yaşayış
evləri təmir olunacaq, yerli əhəmiyyətli yollarda
asfaltlaşma işi, qazlaşma, artezian quyularının
qazılması, şəhərin su və kanalizasiya xətlərinin
tikintisi işləri aparılacaqdır.
Yerli problemlərin həllində
qeyri-dövlət sektorunun, o cümlədən bələdiyyələrin
potensial imkanları təhlil edilmiş, perspektiv inkişaf
proqramları hazırlanmışdır. 2012-ci ildə bələdiyyələrin
imkanları hesabına 12,5 km kənddaxili yolların
asfaltlaşdırılması,110 km yolların təmiri, 31,6
km arx və kanalların təmizlənməsi, 1 uşaq
bağçasının cari təmiri, 4,0 km su xəttinin
çəkilməsi, 32,2 km su xəttlərinin təmiri, Katex
kəndində H.Əliyev seyrəngahının
yaradılması, "Xeyir və şər" evlərinin
tikintisi kimi işlərin görülməsi nəzərdə
tutulur.
Hökumətin iclasında maliyyə
intizamına riayət olunması, tikinti materialları
istehsalının inkişaf etdirilməsi, korrupsiya və
rüşvətxorluğa qarşı mübarizənin
gücləndirilməsi tapşırığı
verilmişdir. Eyni zamanda, aparılan işlər, görülən
tədbirlər kampaniya xarakteri daşımamalı, davamlı
olmalıdır.
Nazirlər Kabinetində
keçirilən müşavirədəki yekun nitqində
ölkə başçısı cənab İlham Əliyev:
"2012-ci ildə görüləcək işlər
çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və
qələbə əzmi gözləyirəm" sözləri
ilə cari ildə qarşıya qoyulan vəzifələri
müəyyənləşdirdi. Bu vəzifələrin
uğurlu icrası, əldə olunan nəticələrin gələcəkdə
də təmin olunması üçün ciddi səy göstərilməlidir.
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-15
mart.- S.6.