ŞƏKİ:
QÜRURLU OLMAQ SƏLAHİYYƏTİ
(əvvəli ötən
saylarımızda)
Əhalini elektrik enerjisi ilə təmin
edən və istismar müddətini başa vurmuş əsas
xətlər və dayaqlar dəyişdirilmir, transformator
yarımstansiyalarına vaxtlı-vaxtında texniki
baxışlar keçirilmir, payız-qış aylarında
elektrik enerjisi ilə normal təminatda ciddi problemlər
yaranır.
Hesabat dövründə
Aşağı Küngüt, Oxud və Fazıl kəndlərinə
təbii qazın verilməsi təmin edilmiş,
yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində işlər davam
etdirilmişdir.
Son illər ölkəmizdə əhalinin
içməli su təminatının
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər görülür, çox
böyük layihələr həyata keçirilir. Təməli
2010-cu ilin dekabr ayında qoyulmuş Şəki şəhərinin
su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması layihəsinin birinci mərhələsi artıq
yekunlaşmışdır. 2012-ci ilin mart ayında layihənin
ikinci mərhələsi üzrə tikinti quraşdırma
işləri həyata keçiriləcək, şəhərdaxili
su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən
qurulacaqdır.
Təhsil
sistemi diqqət mərkəzindədir
Hesabat dövründə təhsil
sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək
səviyyədə təşkili daim diqqət mərkəzində
saxlanmışdır.
2011-ci il sentyabrın 15-də
Baş Kəldək kəndində inşa olunan 180 şagird yerlik
yeni məktəb binası istifadəyə verilmişdir.
Hazırda Şəki şəhər 5 saylı tam orta məktəb
üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və
Aşağı Layısqı kəndlərinin hər birində
360 şagird yerlik, Çələbi Xan qəsəbəsində
180 şagird yerlik yeni məktəb binalarının tikintisi
aparılır.
Şəkinin Kiş kəndində
Yaponiya hökumətinin vəsaiti hesabına inşa
edilmiş yeni bir uşaq müəssisəsinin
açılışı olmuş, 22 saylı uşaq
bağçasının dövlət vəsaiti hesabına əsaslı
təmiri davam etdirilir.
2012-ci ildə Şəki Şəhər
Təhsil şöbəsinin yeni inzibati binasının, Əliyar
kəndində 80 şagird yerlik ümumi orta məktəbin
tikintisi, Baş Küngüt kəndində tam orta məktəbin
əsaslı təmiri nəzərdə tutulmuşdur.
2010-2011-ci tədris ilində ali məktəblərə
keçirilən qəbul imtahanlarında iştirak edən
1265 nəfər məzundan 513 nəfəri tələbə
adını qazanmışdır.
Səhiyyə
xidməti yüksəlişdə
2011-ci ildə əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsini daha da
yüksəltmək məqsədilə səhiyyə müəssisələrinin
maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində işlər davam etdirilmişdir.
2011-ci il noyabrın 17-də
Prezident İlham Əliyevin iştirakı ilə şəhərdə
yeni, müasir 100 çarpayılıq şəhər xəstəxanasının
açılışı olmuşdur.
Şəki Doğum Evi Kompleksində
dövlət vəsaiti hesabına əsaslı təmir,
Aşağı və Baş Göynük kənd xəstəxanaları
üçün yeni binaların tikintisinə
başlanmışdır.
İcra strukturlarının təşkilat-quruculuq
fəaliyyəti.
Qarşıda duran vəzifələr
Şəkinin 33 kənd və qəsəbə
icra nümayəndəliyində Şəki şəhər
İcra Hakimiyyəti başçısı tərəfindən
təsdiq edilmiş qrafikə uyğun olaraq 2011-ci ilin
yekunlarına dair hesabat yığıncaqları
keçirilmişdir. Yığıncaqlarda görülən
işlər və mövcud problemlər müzakirə
edilmişdir. Lakin ərazi kənd icra nümayəndəliklərinin
bir çoxunun fəaliyyəti qənaətbəxş
deyildir.
2011-ci ildə 867 nəfər vətəndaş
Şəki Şəhər İcra Hakimiyyəti
başçısı tərəfindən qəbul
edilmişdir. Şəhər İcra Hakimiyyətinin
başçısı tərəfindən təsdiqlənmiş
qrafikə əsasən 47 səyyar qəbul keçirilmiş,
qəbullarda 5076 nəfər iştirak etmişdir.
Keçirilmiş qəbullarda 426 nəfər vətəndaş
dinlənilmiş, 560 müraciət səslənmişdir.
2011-ci ildə Şəki şəhər icra hakimiyyəti
başçısının sərəncamı ilə maddi
yardım üçün müraciət edən vətandaşların
sosial vəziyyətinin, yaşadıqları evlərinə təbii
fəlakət nəticəsində və ya digər səbəblərdən
dəymiş zərərlərin, ayrı-ayrı təkliflərin
araşdırılması ilə bağlı komissiya
yaradılmışdır . 2011-ci ildə komissiya tərəfindən
147 nəfər vətəndaşa müxtəlif məqsədlər
üçün 69 min 377 manat məbləğində maddi
yardım göstərilmişdir.
2011-ci ilin dekabrında Şəki
Şəhər İcra Hakimiyyəti regional televiziya kanalı
olan "Kanal-S"-in imkanlarından istifadə edərək
ilk dəfə "Açıq mikrofon" layihəsini həyata
keçirmişdir. Vətəndaşların birbaşa icra
başçısına ünvanladığı suallar yerindəcə
cavablandırılmış, onların həlli nəzarətə
götürülmüşdür.
2012-ci ildə qarşıda duran vəzifələr
əsasən aşağıdakılardır:
Yaxın iki ildə rayonun
sosial-iqtisadi inkişafının gücləndirilməsi;
ərazinin infrastrukturunun yenidən
qurulması üçün bir sıra mühüm layihələrin
həyata keçirilməsi;
sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi;
ərazinin təbii sərvətlərindən
səmərəli istifadə olunmasına nail olmaq;
yol təsərrüfatı və
nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi;
elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə xidmətinin yaxşılaşdırılması;
su təchizatının və
kanalizasiya sisteminin yenidən qurulması;
meliorasiya və irriqasiya sahəsində
mühüm işlərin davam etdirilməsi;
yeni iş yerlərinin
açılması,quşçuluq və
baramaçılıq təsərrüfatlarının
yaradılması və sair.
Şübhəsiz ki, qazanılan
bütün uğurlar Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Nazirlər Kabinetinin 2011-ci ilin 9
ayının yekunlarına həsr olunan geniş
yığıncağında cənab Prezident demişdir:
"Mən əminəm ki, 2012-ci ildə də qarşıda
duran bütün vəzifələr uğurla icra ediləcəkdir.
2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə
daha da böyükdür... Beləliklə, 2012-ci il
başlayır. 2012-ci ildə görüləcək işlər
çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və
qələbə əzmi gözləyirəm".
MƏZAHİR ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2012.-16 mart.-S.7.