Qazi toyu
Bu gün toy qurulub, toy,
Qarabağda,
Qol-qıçlar
qışqırır, oy Qarabağda.
Bu qazi toyunda, bu ər toyunda,
rəqs
meydanına nidalar qoyan
tək
qıçı üstündə
oynayan oğlan,
bu
gecə tək qalan qıçın oynayır.
Oturub ortada qara ciyər
bəy,
sağdişi
ayaqdı, soldişi qoldu,
dağlara
dırmanan uzanan yoldu,
sürünə-sürünə
barmaqlar gəlir,
atlana-atlana
pəncələr gəlir,
qollar
rəqs eləyir, qıç təpik çalır,
oynayıb
yorulan əl çəpik çalır.
Hərdən halay vurub yallı
gedirlər,
bir
pəncə ortadan çıxmaq istəmir
qalan
barmağından süzülür
təri,
sevinc tər içində boğur kədəri
Şəhid Qarabağda toydu bu gecə .
Bu qazi toyunda, bu ər
toyunda,
yerində
oynayan süzənindən
çox,
yerdən
təbrik edən gəzənindən çox,
saqqallı
gələni bəzənəndən
çox.
Bu qazi toyunda, bu ər
toyunda,
tək
əl ovcun döyür çəpik
yerinə,
çəliklər
səs salır təpik yerinə.
Qazilər oynayır, qazilər indi-
başları
üstündə qoltuq
ağacı,
yellənir
boş, qıçsız
şalvar balağı,
Bu qazi
toyunda, bu ər toyunda.
Bu gün bəy oturub bayrağın altda
bu
qazi toyunda bu ər toyunda.
Bu qazi toyunda bu ər
toyunda
qol
qalxır, qıç
qalxmır oynaya o da,
ötən
günlərini sala bir yada.
Dolaşan ruhlar da oynayır
bu gün,
itən
arzular da oynayır bu gün,
bu
qazi toyunda, bu ər toyunda.
Bu qazi toyunda, bu ər
toyunda,
çəngəllər,
bıçaqlar əllərdən
artıq,
susanı
danışan dillərdən
artıq. . .
Göylərə
ucalan tək qol oynayır
yanında
oynayan bir xəyal qolla,
yol
gedir, yol gedir bir kölgə
yolla.
Ananın yol çəkən gözləridi bu,
oğluna
söz qoşan sözləridi bu.
Səngərdən
dağlara uzanan ağ yol,
sonunda
qaliblər dayanan ağ yol,
bu
gecə yol gedən tək ayaqlılar
döyüşə
səsləyir ayaqlıları
bu
qazi toyundan, bu ər toyundan
.
Bu gün toy qurulub, toy, Qarabağda,
qol-qıçlar
qışqırır, oy
Qarabağda.
Rəfail Tağızadə
Ədalət.-2012.-28
mart.- S.7.