Qəlbimin
xırda parçaları
Sənsizliyə
salam verdim
Keçmiş günlərimin
qırıq pəncərəsindən,
Qan daman barmaqlarım da
Salamladı həsrətdən
solan günəşi.
İntihar qoxulu vücudumu
Sürüyürəm
yol boyu
Kəsir yalın ayaqlarımı
Kəsək, daş,
şüşə.
Bəlkə bu gedişlə
qurtulacağam,
Bəlkə də yoxluğa mən
dolacağam,
Süzülür qanım
dolaşıq yollara
Ağrılar, acılar da qərq
olur burda
Yoxluğun varlıqla
buluşmasında.
Gəl sənə nağıl
danışım
Qaranlıq gecələrdən,
Sənsiz sakit görünən
Dolaşıq döngələrdən,
Gəl sənə nağıl
danışım
Sənsizliyin üsyan etdiyi
Sənli günlərdən.
Biz eyni dəftərin
Ayrı-ayrı vərəqləriyik.
Mən həmişə ağ
qalıram
Mürəkkəblə
bulanmıram.
Sən isə şumlanmış
tarla kimisən
Yazılırsan, pozulursan,
Darmadağın olursan.
Arada
da lazımsız
Artıq bir vərəq kimi
Cırılırsan,
atılırsan
Zibil yeşiyinə.
Bax, görürsən fərqimizi?!
Mən həmişə ağ
qalıram.
Hər gecəm eyni, monoton
Rəngsiz, fonsuz fırlanır
Öz oxu ətrafında.
Uzaqlardan isə musiqi
dalğaları
Bu günümə yamaqlı calaq
Olmağa çalışır.
İllərdir
qırılmış,
Bir küncə atılmış,
Nədənsə susmayan, oxuyan
Bir köhnə qrammofon
Məni narahat edir.
İllərdir yatdığı
çarpayısından
Ölü bir ağırlıqla
qalxdı.
Qar da qəfildən yağdı
saçlarına,
Üşüdü əlləri
soyuq təmasdan.
Sürüdü ayaqlarını
çox çətinliklə
Tozlu aynasının önünə
doğru
Diksindi, titrədi ürəyi,
Sanki yad bir qadın baxdı aynaya.
Gözləri fərqli, üzü qırışlı
Özünə
qoca deməyə belə utandı.
Yaddaşında
gömdü cavanlığını,
Zəhərlədi
ilan kimi keçmişini,
Əbədi və sonsuz bir iz buraxdı,
Aynanın xırdalanmış hər
zərrəsində ...
Bu gecə
Yaman uzun olacaq,
Uzanacaq uzandıqca əlləri.
Sarı tüstü qoxan nəfəsi ilə
Yapışacaq
ulduzların yamaqlı
yaxasından
Amma,
Sabaha çata bilməyəcək...
Payızı gözlərimdə öldürdün
Onun göz yaşları axdı yanaqlarımdan.
Sarı rəngdən bir ton yuxarı,
Qırmızıdan
bir ton aşağı,
Bir rəngə boyandı üzüm.
İkimiz də köçəcəyik
bu dünyadan
Susaraq aşacağıq o son döngəni,
İkimiz də sabahı dünəndə boğub,
Yaralı ruhumuza vida söyləyib,
Köçəcəyik
kimsəsizliyə doğru...
Qısqanmaq və uduzmaq kimi bir qorxum
yox mənim,
Aldanmaq və aldatmaq kimi bir suçum
da yox,
Ammalar, bəlkələr girdabından
qurtulsam əgər
Mavi bir dənizdə qayıq olacam.
Gecənin tənha və yalnız bir küncündə
Bir rəssamın yalnızlığı
ruhunu tərk edir,
Dörd divara salınmış
Yarısı qırılmış boz çərçivənin
Mərkəzində
Varlığı
da can verir.
əllərimə
toxunma bu gün
qoy soyuq və titrək
qalsın,
illərin verdiyi isti nəfəsi
bu gecə duymadan yuxuya dalsın.
laylaya bənzər asta ahənglə
kəlmələr
danışsın, sussun.
gecənin yorğun gözlərindən
kədərli bir nağıl süzülür
bir-birinə bənzəyən iri qablara
asta-asta dolur və daşır.
içimdə
dəli bir kədər var
Ağlada-ağlada
güldürür məni,
Çıxardır
illərdir qəlbimdə
yatan
İtmiş kimliyimdən boylanan Məni.
Payızı gözlərimdə öldürdün
Onun göz yaşları axdı yanaqlarımdan.
Sarı rəngdən bir ton yuxarı,
Qırmızıdan
bir ton aşağı,
Bir rəngə boyandı üzüm.
Kədərli musiqilər ruhuma qidadır,
Qarışıq
içkilər əhvalıma
toxunur,
Rəngli duyğular dar çərçivə içində,
Mənasız misralara bir addım
yaxınlaşır.
yuxularımda çox dərin bir quyu qazıb
bir ovuc torpaqda qorxularımı
gömdüm,
sonra ürək dolusu bir-bir nəfəs alib
mən daha qorxmuram deyə çığırdım.
vahiməli səsimdən qulaqlarım
belə titrədi
ətrafa etiraf dolu narın
bir yağış yağdı,
ovuclarımı
açdım bu yağışa
topladım, topladım etiraflarımın
məhsulunu.
dadlı, duzlu, sevgisiz, ya sevgi dolıu
bilmirən nə alındı bu qarışıq duyğulardan
amma qəlbimə, ruhuma bir sərinlik çökdü.
1. Bu gecə və yeni mən
Bu gecə kədərli seirlərimin
kövrək misralarına
nəvaziş dolu bir sığal
çəkdim.
barmaqlarımın
uclarından
ta ürəyimə kimi istilik duydum.
Bu gecə bütün ağrı-acılarımla
üz-üzə
gəldim
mən hazıram dedim,
açaq tökək ortalığa
yaşanmış
o illəri
sonra da bircə -bircə toplayaq
kiçik bir torbaya
ataq ta dənizin ortasına.
Bu gecə göz yaşlarımı
qonaq çağırdım,
tələsik gəldi
töküldü,
töküldü
bir gölə döndü,
elə bil pusquda duran
əzrayıl
səfərdən
döndü.
Bu gecə qəlbimdə yatan
gözləri gözlərimə
gülüşü
gülüşümə
həyati həyatıma bənzəyən
o kiçik qızı görüşə
çağırdım.
titrək əllərini əlimə
verdi
gəzdik dolaşdıq
yaşadığım
yaşamaq istəyib də yaşamadığım
günlərə
də səyahət etdik.
Bu gecə evimin hər qarışını
göy qurşağına boyadım.
günəş də
çıxdı
qovdu kədəri,
buludu,
yağışı,
saçdı yandırıcı
istiliyini
sarı rəngin istiliyini.
sevgi çiçəkləri də
bitdi
alelvan, rəngbərəng,
Bu gecə dünyam dəyişdi
bu gecə mən də dəyişdi.
2.
Gecə və ümid
İtmişəm, bəlkə də
azmışam
Gecənin tənha
qaranlığında.
Yolumu göstərən
işıq da yoxdur,
addımlarımın səsi gecəyə
qarışıb
Nəyin hardan başlayıb
Harda bitdiyini bilmirəm.
Bircə ümidim sönmür
az da olsa zəif
işıq saçır
yoluma.
Tutqun və tor baxışlarla
soyuq divarlardan keçirəm,
əllərim də
üşüyür qizdırmır qəlbimi.
Bircə arada çox
xırıltılı bir səs duyuram
Bu səs nəsə
yalvarışa bənzəyir,
Anlaşılmaz bir
yalvarışa,
bəlkə də bu səs
içimdən gəlir
saxlayır yolumdan məni.
getmə deyir!
səsizlik , addımlarımın
səsini duymuram
Amma yarıqaranlıq bir filmin
yenicə çəkilən
kadrlarını sezirəm.
hər şey qaradı
film də,
yolum da,
addımlarım
da ........
(Bircə kadrın kənarları ağdı)
Könül Səid
Ədalət.-2012.-29
mart.- S.7.