KAMAL ABDULLA NOBEL
ÖDÜLÜNƏ DOĞRU
"Kommunistlərin əsas qəzetlərində
Nobelin şəxsiyyətini və mükafatı təhqir edən
seriya yazılar dərc olunmağa başlandı. Bu hərəkətlərdən sonra Nobel Komitəsində
bir daha bu iki Azərbaycan aliminin adı çəkilmədi
Azərbycan
yazıçısı Kamal Abdullanın "Nobel"
mükafatına namizəd olması hadisəyə
çevrilib. Mətbuat bu hadisəni yüksək dəyərləndiir.
"Nobel" mükafatının tədqiqatçısı,
fəlsəfə doktoru Etibar Əliyev musavat.com saytında
araşdırma yazısı dərc olunub. Maraqlı
olduğunu nəzərə alıb, həmin yazını
"Ədalət" qəzetinin oxucularına təqdim
edirik.
Nobel mükafatları 1901-ci ildən başlayaraq
hər il fizika, kimya, tibb və fiziologiya, iqtisadiyyat
(1969-cu il), ədəbiyyat və sülh uğrunda
mübarizə sahələrində görkəmli fəaliyyətə
və nailiyyətlərə görə verilir.
Ədəbiyyat üzrə mükafatı Alfred
Nobelin vəsiyyətinə uyğun olaraq hər il "ideal
yönüm"də əsər yaratmış sənətkara
verilir. Yəni bu sahədə
mükafat görkəmli sənətkara yox, "ideal yönümlü", yəni
yaradıcılığında məhdud praqmatik
dəyərləri deyil, məhz universal dəyərləri ifadə edən əsərlərə
görə verilir. Bəlkə də elə
bu səbəbdən XX əsrdə C.Coys, M.Prust, F.Kafka, V.Nabokov, N.Hikmət,
X.Borxes, X.Kortasar kimi görkəmli sənətkarlar bu mükafata layiq görülməmişlər.
Bakı Slavyan Universitetinin rektoru,
yazıçı Kamal Abdullanın Nobel mükafatına namizədliyi
qeydə alınıb. Bəzi media orqanlarının
yazdığına görə, onun namizədliyini Azərbaycan
Yazıçılar Birliyi irəli sürməyib. Bunu AYB-nin
mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu
da təsdiqləyib. Yazıçının söylədiklərindən
məlum olur ki, onun namizədliyinin hansı qurum tərəfindən
irəli sürülməsi məlum deyil. Maraqlıdır,
onda Kamal Abdullanın
namizədliyini kim irəli sürüb?
1901-ci ildən etibarən Nobel
mükafatının verilməsi qaydalarına görə namizədlərin
irəli sürülməsi qapalı saxlanılır. 1974-cü
ildən bu informasiyalar tədricən açılmağa
başlandı. Və Nobel Komitəsinin əsasnaməsində
yer alan bir maddə 50 il müddətində qapalı qalan
informasiyaların açılmasına imkan yaratdı. Yəni
2005-ci ildə 1901-1954-cü illər üzrə informasiyalar,
2009-cu ildə isə 1959-cu ilin informasiyaları əlçatan
oldu. Bəs namizədlərin seçim proseduru necədir?
Nobel Komitəsinin əsasnaməsinə
görə Ədəbiyyat üzrə Nobel mükafatına
namizədliyi aşağıdakı subyektlər irəli
sürə bilərlər:
- İsveç Akademiyasının
üzvləri, yaxud analoji məqsəd və vəzifələri
daşıyan digər Akademiya, İnstitut və cəmiyyətlər;
- Universitetlərin
tanınmış ədəbiyyat tarixçiləri və
dilşünasları
- Uyğun ölkələrin
yaradıcı insanlarını (sənətkarları) təmsil
edən Birliyin sədri;
- Ədəbiyyat sahəsində
Nobel mükafatı laureatları.
Əslində Kamal müəllimin
namizədliyinin Yazıçılar Birliyi tərəfindən
verilməməsi maraqlı məqamları ortaya
çıxarır. Belə çıxır ki, hörmətli
Kamal Abdullanın namizədliyini Əsasnaməyə görə
yerdə qalan subyektlərdən biri irəli sürüb.
Bu yerdə olduqca maraqlı bir
faktı oxucuların diqqətinə çatdırmaq istərdim.
Ötən əsrin 70-ci illərində Azərbaycanın
tanınmış cərrahı Mustafa Topçubaşov və
fizioloq Qəhrəman Qəhrəmanovun fiziologiya və tibb
üzrə Nobel mükafatına namizədlikləri irəli
sürülüb. Hətta sovet rejiminin ən tünd
cağlarında onlara dəvətnamə də göndərilib.
Professor Qəhrəman Qəhrəmanovla söhbətimizdən
məlum oldu ki, onların namizədliklərini bir Nobel
mükafatı laureatı həkim irəli
sürübmüş. Bunu onlara Macarıstanda keçirilən
elmi simpoziumda başqa bir nobelçi həkim söyləyib.
Bu prosedur mükafatın verilməsi üçün ən
yaxşısı sayılır. Məsələn, İvan
Buninin namizədliyini Romen Rollan, Şoloxovun namizədliyini Jan
Pol Sartr, Taqorun namizədliyini Uilyam Yeyts irəli
sürmüşdür. Ancaq Topçubaşov və Qəhrəmanovun
işləri Nobelə layiq olsa belə sovet rejimi onları
mükafatı qəbul etməyə imkan verməyəcəkdi.
Və belə də oldu. Kommunistlərin əsas qəzetlərində
Nobelin şəxsiyyətini və mükafatı təhqir edən
seriya yazılar dərc olunmağa başlandı. Bu hərəkətlərdən
sonra Nobel Komitəsində bir daha bu iki Azərbaycan aliminin
adı çəkilmədi.
1948-50-ci illərdə
Pasternakın namizədliyini İsveç Kral
Akademiyasının üzvü Martin Lamm irəli
sürmüşdü. Akademiyanın bircə
üzvünün namizədi 1958-ci ildə bu möhtəşəm
mükafata layiq görüldü.
Azərbaycan
yazıçısının namizədliyinin hansısa Nobel
mükafatı laureatı, yaxud dünya universitetlərinin
tanınmış alimlərindən biri tərəfindən
irəli sürülməsi mümkündür. Kamal Abdulla iri
həcmli əsərləri ilə yanaşı həm də
tanınmış nəşrlərdə sanballı
yazıları ilə də tanınır. Bu faktın
özü də namizədliyin irəli sürülməsində
mühüm rol oynaya bilər. Bütün bunlarla
yanaşı Kamal müəllim həm ölkəmizdə, həm
də dünyada yüksək intellekti ilə seçilən
yaradıcı insanlardan biri kimi qiymətləndirilir.
Konkret olaraq
yazıçının Komitəyə təqdim olunmuş
"Sehrbazlar dərəsi", "Yarımçıq
qalmış əlyazma" və "Unutmağa kimsə
yox" əsərləri tənqidçilər tərəfindən
yüksək qiymətləndirilir. Əsərlərin yerli və
xarici səviyyədə geniş təhlilləri
aparılıb. Kamal müəllimin bu əsərləri Nobel
Komitəsinin "ideal yönümlü" kriteriyasına
tam uyğun gəlir. Bu kitablarda həqiqətən məhdud
praqmatik dəyərlər deyil, universal dəyərlər ifadə
olunur.
Azərbaycan
yazıçısının əsərləri universal dəyərləri
və ideal yönümü ehtiva etmək nöqteyi-nəzərindən
heç də Nobel laureatları Patrik Uaytın "Bəşəriyyətin
səcərəsi", Xaldor Laksnessin
"Qaytarılmış cənnət", İsaak Zingerin
"Məmnunluq günləri", professor Sol Bellounun
"Hersoq", Vladislav Raymontun "Kişilər" və
s. əsərlərindən geridə qalmır.
Namizədliyin qeydə
alınması birinci mərhələdir. Yazıçı əsərlərindəki
ideal yönümü, universal dəyərlərin ifadə
olunmasını oxucuların və Nobel Komitəsinin gözlədiyi
sonrakı esselərində, hekayə və romanlarında davam
etdirməlidir. Onun romanlarının, müsahibələrinin,
esse və hekayələrinin dünya xalqlarının dilinə
tərcümə olunması işi genişlənməlidir.
Ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülmüş onlarla
yazıçı və şairin namizədliyinin cəmi bir dəfə
irəli sürülməsi ilə də məqsədə
çatılıb. Bu hal tanınmış Azərbaycan
yazıçısının timsalında da təkrarlana bilər.
Kamal Abdullanın Nobel mükafatına layiq görülməsi
ondan çox xalqımıza lazımdır. Bu xalqın bir
nümayəndəsinin timsalında Nobel mükafatı səviyyəsi
üçün yetişməyimizə bir sübut ola bilər.
Millət isə yalnız uzun mənəvi inkişaf yolu
keçdikdən sonra mükafata layiq şəxslər
yetişdirir.
Ədalət.-2012.-30
mart.- S.4.