Məmməd İlqar
4-cü
yazı
Məmməd
İlqar haqda bitib tükənməyən fikirlərimi, onunla
bağlı xatirələrimi nə qədər qısa
yazmağa çalışdımsa, uzun alındı deyəsən.
Ümidvaram ki, "Ədalət"
in oxucuları Məmməd Ilqar haqda sonuncu yazımı da
maraqla qarşılayacaqlar. Bu bir həqiqətdir ki, həm dəyərli,
şair, həm dəyərli dost, həm də ümumən
çox maraqlı insan olan Məmməd İlqar haqda bundan
qısa yazmaq mümkün olmadı...
Maraqlı xasiyyətlərindən
biri də sözə, şairə olan münasibətidir. Belə
ki, az - az şair, az - az şeir haqda ağız dolusu təriflər
söyləyər. Daha doğrusu onu qane edən
mükəmməl şair, mükəmməl söz
barmaqlarının sayından çox deyil bəlkədə.
Elə mən özüm, uzun illər yazdığım
şeirlər haqda ondan xoş söz eşitməyin çox
arzusunda olmuşam. Bu onun xəsisliyi deyil, sadəcə
olaraq onun tamahı düşən şeirlər yazmaq
lazımdır yəqinki. Bəlkə ona görədir ki,
günlərin bir günü:
Qələm
əldə, söz dodaqda kilitdi,
Mən isdəyən yazılmır
ki, yazılmır.
Yazdıqlarım
yazılıbdı min ildi,
Mən isdəyən yazılmır
ki, yazılmır...
şeirini yaza bildım. Amma
"Söz - Söz açılan göy üzü"
kitabının təqdimat mərasimində bir cüt xoş
söz eşidə bildim, arkadaşımdan:- "Məmməd
o şairlərdəndir ki, tək - tük şeirlərinə
tamahım düşür. Amma yapdığı heykəllərə
- Ağamalı Sadiq Əfəndiyə və Akif Səmədə
ucaltdığı abidələrə daha çox tamahım
düşüb". Hətta aşağıdakı şeirlə
sifarişini də verib:
Dəmirçioğlu,
ilğımdı,
Dumandı - döşlə
getsin...
Zornan - zülümnən gələn
Olurmu xoşla getsin?
Ömürdü - amanatdı,
Qarsanmadı, afatdı...
Demirəm zarafatdı,
Demirım boşla getsin...
Arxamca bir
saz ağlar,
Arar da
bulmaz, ağlar...
Yaxınlaşır uzaqlar -
Büstümü başla getsin...
Məmmədin qəribə ithaf şeirləri
yazmağı var. Mən deyərdim ki, illərlə bir
şeir üstündə işləyən Məmməd, ithaf
şeirlərini çox zaman elə məclisə getdiyi
anlardaca yazır. Daha doğrusu bir neçəsinin
yazılmasına gözlərimlə şahid olmuşam.
Ağsaqqal şairimiz Ələddin İncəlinin 70
yaşı münasibəti ilə Kəmərliyə tədbirə
gedərkən elə yoldaca dizinin üstündə
yazdığı şeiri misal gətirə bilərəm:
Bilirəm
yetmişə necə yetmisən,
Yetmişin yetmiş min dərdi var, abi.
Günlər
yaşanmasa il başa varılmaz,
Günün də sayası, sərti var abi...
Günlərin bir günü Akif Səməd, Məmməd
İlqar, mən və Mehti Şıxlinski, Mehtinin
Ceyrançoldəki qoyun yataqlarına getmişdik.
Mehtinin əmisi Vayna kişi bizi çox
xoş qarşılayıb bir quzu da kəsmişdi.
Yaxşıca yeyib içdikdən sonra yanağı
qızarmış, kepqası yana əyilmiş
Vayna kişinin maraqlı söhbətləri qeyri adi jestləri
Məmmədə o qədər xoş təsir
bağışlamışdi ki, elə o andaca qələmə
aldığı bu şeir numunəsini də nəzərinizə
çatdırmaq istərdim.
KƏNDÇİ KİŞİLƏRƏ
ŞƏHƏR SOVQATI
Sovqatımı qəbul edin,
Sovqatdı
paylı kişilər,
Adınıza layiq ola
Kaş bu gəraylı, kişilər.
Aran - yaylaq
köçündə də,
Əkində
də, biçində də,
Dərdin -
qəmin içində də
Haylı - haraylı kişilər.
Hər nisgili bölərsiniz.
Hər
müşgülü bilərsiniz,
Siz ayrı
kişilərsiniz -
Var olun
ayrı kişilər !
Bar - bərəkət
aylarında,
" İp atdırmaz" öylərində....
Oğul -
uşaq toylarında
Kepqası əyri
kişilər !
Söz düşmüşkən bunu da qeyd etmək
yerinə düşərdi. Ilk nəvəm
dünyaya gələndə Akif Səmədlə məsləhətləşib
məni təbrik etmək üçün bizə gəlirlər.
Yolda Akif Səməd soruşur ki, ayə, a
Məmməd, bə biz Dəmirçioğlu gilə əli
boşmu gedək? Məmməd isə " səni
bilmərəm, mən bir şeir yazmışam, elə
yoldaca. Amma iki bəndi var,
üçünücüsünü evə çatana kimi gərək
tamamlayım"-deyibmiş. Məclisimizin
taraz yerində gördüm ki, Məmməd nə isə
yazir. Sən demə, şeirin
üçüncü bəndini tamamlayırmış.
Akif Səməd,
çoxdu hələ
Tostumuz Dəmirçoğluna.
Tanrı
bir nəvə göndərib,
Dostumuz Dəmirçoğluna.
Köçümüz körpüyə
çatır,
Gücümüz gör nəyə çatır-
İstimiz
özgəyə çatır,
Tüstümüz Dəmirçoğluna.
Yazdım
ki, varağa düşsün,
Sevgimiz
sınağa düşsün,
Qəbrimiz
Qazağa düşsün,
Büstümüz Dəmirçoğluna.
Məmməd İlqarin "Qaratel" poemasi haqda da
qısaca məlumat vermək istərdim. Artıq ikinci il idi ki, Məmməd bütün məclislərdə,
mərəkələrdə, evində- eşiyində,
işində- gücündə çox dalğın, fikirli
dolaşırdı. Deyərdim ki, hər an, hər
dəqidə Qaratel haqda düşünür
-daşınırdı. Hərdən biz dostları ilə
məclis quranda söz əsnasında Qaratel poemasından
söz açıb deyərdi- " bircə
Allah mənə möhlət versin Qaratelə borcumu verə
bilim ". Verdi borcunu Məmməd İlqar.
Ləyaqətlə, layiqincə,
hamımızın əvəzindən də verə bildi bu
borcu.
Çağdaş ədəbi tənqidimizin
öncüllərindən biri olanVaqif Yusifli Məmmədin bu əsərini
yüksək qiymətləndirərək son illərin ən
uğurlu poeması kimi dəyərləndirmişdir. Həmin
poemadan bir parçaya nəzər salaq:
Qaratellə birinci görüş
Bura -Məmləkətin
ağlağan yeri,
Bura -Qədd
əyilən, bel bükülən yer...
Bura -Sinələrin
dağlanan yeri,
Bakının başına daş tökülən
yer...
Daşlar
eyni boyda, eyni biçimdə,
Şoxundan gözlərim alacalandı.
Bir az da böyüdü dərdim içimdə
-
Bu dünya
bir az da balacalandı...
İlahi !Budurmu sonu varlığın?
Kərəm
qıl - xiyaban olmaz bu boyda...
Qapısı bağlansın bu məzarlığın
-
Qapılar
bağladı gör neçə sayda...
Şahlar
ki beş əllə yapışdı
taxtdan,
Düşman qarşısına güllə yeridi , -
Bu qara
xiyaban elə o vaxtdan
Paytaxtın üzündə şillə yeridi
!
Buludlar
böyüdü ahlarımızdan,
Yağdı başımıza qəfil bəlalar...
Duman
dağılmadı dağlarımızdan -
Daşlara
dağıldı şəkil balalar...
Haqqın
Divanından qaçılarmı heç -
Gül - çiçək gətirir -gələnlərə
bax.
Gör o
gül - çiçəkdən seçilirmi heç,
Gül - çiçək namına ölənlərə
bax.
Vaxtında
kəlləni kölgəyə verdik,
Vurmadıq həyacan təbillərini.
Gültək
körpələri gülləyə verdik -
Güllərə tuturuq qəbirlərini.
El
keçir -yanağı yaş altındadı,
Dərdimiz
birdimi,beşdimi, fələk?
Hər
oğul bir qara daş altındadı,
Dinmirsən,
ürəyin daşdımı, fələk? !
Hamı
qannı - qannı baxır göylərə,
Bir bəndə, günahı özündə bilmir.
Qarğışlar, nifrinlər yağır göylərə,
Nə
desin? Tanrının özü də bilmir...
Xeyir
güdən günü şər tapasıyıq
,
Hələ
xeyri - şəri düz bilmiriksə...
Ərzin
yaxasında sirr bafasıyıq -
Bizi kim biləcək
- biz bilmiriksə ?
Aşıqlar, mollalar, və şairlərik,
Gah fala baxırıq, gah deyişirik.
Nə bilim , və sair...və sairlərik...
Hər
işdən bezəndə, şah dəyişirik!
Daşır şöhrətimiz, tutur dünyanı
-
Kim belə bəzəyər
gorxanaları?
Bizəmi
daş kəsir bütün dünyanın
Mərmər
mədənləri, karxanaları ?
Dön bax
təzə əsrin astanasından,
Bizdən nələr
qaldı ?viranələrdi!
Bizim qismətimiz
asdan ağzında,
Bizim
qüdrətimiz - əfsanələrdi !
Yerlə -
Göy arası sədamız olub,
Göydənmi gəlmişik, Yer oğluyuqmu?
Düzdü -Koroğlular babamız olub -
Amma gör
birimiz Koroğluyuqmu ?
"Dostların" niyyəti qaranlıqdı ki,
Nə kənar
dururlar,nə tən gəlirlər.
Kimlərin
kefinə qurbanlıqdı ki,-
Bağır parasını bağrına basıb
Özünü qayadan atan gəlinlər?!
Yurda can
qıyanın evi yurd olub,
Başdan
papaq salır mülkü, bəylərin !
Ovu aslan
olub, ovu qurd olub
Xəlvət dərələrdə
tülkü bəylərin...
İtirib
başını çadır şəhərcik,
Kim
görüb - başsız da bədən olarmı
?
Səni
andıra qal, andır şəhərcik !
-
Səndən
balalara VƏTƏN olarmı ?
Əllər
ətəkləri gəzir hələ də,
Əngəl
var ətəklə əl arasıda .
Bir belə
qanların günahkarları,
Bu
cansız canların günahkarları
Günahsız başları kəsir hələ də
-
Günahkar
axtarır el arasında...
Söhbəti
bir ayrı vaxta qoyuram ,
Deyəsən mətləbi yersiz uzatdım.
Burda gileylərə
nöqtə qoyuram -
Daha
Qaratelin qəbrinə çatdım...
Son söz əvəzi
Məmmədlə bağlı yol xatirələrim
çoxdu. Onlardan birini son söz əvəzi
yazmaq istərdim.
Belə hallar çox olub ki, Məmmədlə birgə
İncə dərəsinə səfərlər etmişik.
Yolun damarını qırmaq üçün
çox zaman ya Məmməd, ya da mən bir qafiyə atıb
bədahətən deyişə - deyişə yol getmişik.
Məsələn Ağ sudan keşərkən: "Perevaldan
tamaşa qıl Ağsuyu", Göyçaydam keçərkən:
" Ğəl indidə tərif edək
Göyçayı"- kimi rədiflərə,
yarızarafat, yarıciddi deyilmiş o deyimlər ele
ağzımızdan çixib havaya uçaraq yox olub
getmişlər. Amma onlardan biri qalıb.
Necə olubsa, bizim deyişməmizi yanımızda oturanlardan
biri ( səhv etmirəmsə, Nofəl Sadiq
Əfəndi olub ) gizlicə qələmə alıb. Hərçəndi
bu deyişməni ciddi şeir nümunələri kimi qəbul
etməsək belə, maraqlı olduğu üçün necə
yazılıbsa eləcə də nəzərinizə
çatdırmaq niyyətinə düşdüm:
M.
İlqar
Ömrü boyu çox ötmüşük
yanından,
Baah! Nə gözəl məkanıymış Həsənsu.*
Su -
saflıqdı, bu hesabnan götürsək,
Nə o sudu, nə mən suyam, nə sən su.
M. Dəmirçioğlu
Bulaq oldu,
zümzümədə dil açdı,
Cadar- cadar təşnələrə əlacdı.
Qönçə-qönçə çiçək
açdı, gül açdı,
Damcı- damcı göy üzündə əsən
su.
M. İlqar
Sağlıq olsun, qış ötüşər, yay
olar,
Günəş doğar, ulduz olar, ay olar.
Arzumuznan
sağ- solunda toy olar,
Səbr eləsin, səbirləri kəsən su.
M. Dəmirçioğlu
Yaz olanda
döndü coşan sellərə,
Tablamadı nərəsinə dağ-dərə.
İçimizi car eylədi ellərə,
Gözümüzdən, könlümüzdən
küsən su.
M. İlqar
Demə
dünya fil qulağı- yatmışıq,
Şöhrətinlə çox şöhrətə
çatmışıq.
Hansı
suyu səndən artıq tutmuşuq,
Yalandısa de: bu mən su, bu sən su?
M. Dəmirçioğlu
Suvardıqca boy eyləyir ot,
çayır,
Dəryalarda
saman çöpü batmayır...
Onsuzdan da
Tanrımıza çatmayır,
Bu qıyvatı ha mən deyim, ha sən su.
M. İlqar
El
namına el qəhrini çəkirsən,
Eldən ötrü səndə bir cür
kökürsən.
Düzə
qalsa, nə Arazsan, nə Kürsən,
Məzəlisən, məzən olsun, məzən,
su.
M. Dəmirçioğlu
Su eşq
imiş, şəlaləylə dillənər,
Daşı deşər, dağı aşar, sellənər
Bahar
çağı çıçək açar, güllənər-
Açan puçur, lalə, nərgiz, süsən-
su.
M. İlqar
Sular
axsın, gözəlliklər bol olsun,
Baxışlardan könüllərə yol olsun.
Sağın-
solun lilpar olsun, göl olsun,
Ağ qularla bəyaz geyin, bəzən su.
M. Dəmirçioğlu
Ahu-zarın dağ başında- qardadı,
Göz yaşların gizlənibdi- nardadı.
Yerin-
yurdun, elin- oban hardadı,
Bu dünyanı diyar-diyar gəzən su?
M. İlqar
Hansı səmtə
yönün düşdü- həyatdı,
Ürəyimdə minbir arzu boy atdı.
Arzu təzə,
bu dərd, bu qəm boyatdı,
Məmməd adlı balasından küsən su.
M. Dəmirçioğlu
Anlamazın bu dünyada nə dərdi,
Biz oxuyan, qəm qoxuyan kədərdi.
Dəmirçoğlu
yazdı, pozdu- hədərdi,
Su səsinə, su nəğmənə əhsən,
su.
son
*Ağstafada yer və çay adı
Məmməd Dəmirçioğlunun
Ədalət.- 2012.- 31 mart.- S.18.