SÖZSÜZ
ÇAĞIRIŞLAR...
"Ruhumuz
Qarabağlıdır" filmi barəsində bitməmiş
fikirlərim
Hər dəfə söhbət
təzələnir. Hər təzələnən söhbətdə
də mən yenə o yerlərə
qayıdıram. Elə bil mənimlə
bağrı-badaşdı. Nə o məndən
ayrıla bilir, nə də mən ondan. Yuxuda da
ayrıla bilmirik, gerçəklikdə dəgxatirədə
də ayrıla bilmirik, xəyallarda da. Ümumiyyətlə, ayrılmaq barəsində
düşünmək heç yadıma düşmür. Bilirəm ki,
o da belədi və özüm qədər inanıram ki, o da
mənim üçün
darıxırgonun da yuxusu
ərşə çəkilibgonun da tüstüsü göy
üzünə bülənd olubgonun da qulaqları isti, doğma dodaqları arzulayırgonun da ağacları budaq-budaq
gəzən uşaqları soraqlayırgonun da
çəmənləri lalə, nərgiz, bənövşə,
illah da ki, Xarı bülbül
sorağına çıxanlar üçün
"ah!" çəkirgonun da cığırlarını ləpirlərsiz
ot basıbgonun da gəlib-gedəni
yoxdu...
Hə, yenə oturmuşam
ekranın qarşısında və yenə həmin o qəribliyi,
ayrılığı mənə diktə etmək istəyən,
məni öz aurasına almağa çalışan 20 ilin
sıxıntısını özümdən qovmağa
çalışıram. Əl-qol atmaqla, qulaqlarımı
yummaqla... gözlərimi qapamaqla... duyğularıma su
çiləməklə... yaddaşıma buz bağlamaqla bu
20 ildən qopmaq istəyirəm, amma bacarmıram.
Çünki bu mənim gücümdən çox uzaq bir
işdi. Məndə o güc yoxdu, məndə o bacarıq, o
fərasət yoxdu. Mən nə illah etsəm də, əti
dırnaqdan ayırsam da, bunu bacara bilmərəm.
Çünki o ruhdu, o nəfəsdi, o mənim özüməm.
Mən özüm-özümdən, öz ruhumdan necə
ayrıla bilərəm? Bunun bir yolu var. O da
ölümdü!!! Mən isə onu görməmiş... onu
ziyarət etməmiş... onun bulaqlarını... çəmənlərini...
ağaclarını... çiçəklərini...
cığırlarını...
daşını-torpağını bağrıma
basmayınca... gözlərimə təpməyincə ölməməkdə
israrlıyam. Çünki hər gün Tanrıma əl
açıb, diz qatlayıb onunla görüş
üçün möhlət istəyirəm, güc istəyirəm,
dözüm istəyirəm...
Ekran açılır. Mənə
elə gəlir ki, açılan ekranda həyatın
özü görünür, həsrətin çəkdiyim
torpağın özü boylanır, özü
danışır, özü açır qollarını mənə
tərəf. Mən də o açılan mənzərəni,
o açılan qolları seyr etmək, qollarıma hörmək,
boynuna sarılmaq üçün özümdən
asılı olmadan ekrana bir az da yaxın otururam. Kimsə
əlini çiynimə vurur:
- Müəllim,
bir az geri
çəkilin, biz də
baxa bilək!
Elə bil yuxudan oyanıram, elə
bil xəyallarım alt-üst olur, elə bil gerçəkliklər
şüşə kimi çiliklənir. Amma yox, o məşhur
musiqi məni yenə o xəyallara, o gerçəkliklərə
doğru çəkib aparır.
Bütün
bu dediklərim heç
də bədii sözün təqdimatı
deyil. Yəni mən Vətənə, torpağa olan sevgimi bəlağətli sözlərlə
ifadə etmək, bununla da
oxucu diqqəti çəkmək arzusundan çox-çox uzağam. Çünki indi baxıb seyr etdiyim və məni bir göz qırpımında Bakıdan, onun mərkəzindən, bir
az da dəqiq desəm,
Mətbuat prospektindəki "Azərbaycan" nəşriyyatının
6-cı mərtəbəsindəki iş
otağımdan alıb aparan o film o
qədər gerçək idi, o qədər təsirli və hökmlü
idi ki, ona
qoşulub getmək və bir
də getmək! - ayrı heç nə
düşünmək yeri qalmırdı.
Mən də belə etdim.
"Ruhum Qarabağlıdır" adlanır film. Bu ad
hamıya tanış və doğma gələ
bilər və bu adı hər kəs əslində
özü üçün
bir mərama, məqsədə, gerçəkliyə
çevirməlidi. Ötən illəri deyə bilmərəm,
amma son vaxtlar doğrudan-doğruya
bu ad hər bir azərbaycanlının, hər bir türkün ruhuna çevrilməyə başlayıb. Sanki yuxudan
ayılmışıq. 20 ilin ərəfəsində
ellikcə başa düşmüşük
ki, hamımız qarabağlı olmasaq, hamımızın ruhu
Qarabağ olmasa, onda məqsədimizə çətin ki, çata bilək. Bax, bu gerçəklik, bu çılpaq həqiqət bizi
Qaradağlının, Xocalının, Şuşanın
işğalının 20 ilini bütün dünyanı lərzəyə gətirən
bir şəkildə anmağa,
hər kəsin diqqətini bu anıma
yönəltməyə həvəsləndirdi,
inandırdı. Biz də bu
inancdan özümüzə döndük. Döndük
ki, böyük olaq! Döndük ki, böyüklüyümüzü
dünya da görsün...
BK-SieN studiyası tərəfindən
çəkilmiş "Ruhum Qarabağlıdır"
filminin ideya müəllifi Eyvaz Hüseynovdu. Filmi
tamaşaçılara Azərbaycanda, eləcə də
türk dünyasında kifayət qədər tanınan Bəxtiyar
Qaraca təqdim edib. Daha doğrusu, ssenari müəllifi olan Bəxtiyar
Qaraca bu filmi qəribə bir üslubda ortaya qoyub. Yəni film
boyu bir kimsə dodaq tərpədib bir söz demir. Yalnız
daşlar danışır, ağaclar danışır,
çəmənlər danışır, baxışlar
danışır, yollar danışır. Özü də o
qədər həzin, o qədər pıçıltı ilə
danışırlar ki, sanki hər bir
tamaşaçının içindən, dünyasından gəlir
o səs - Qarabağlı dünyasından, Qarabağ
dünyasından.
Mən filmdə bir neçə məqamı
xüsusilə qeyd etmək istəyirəm. Bunu ona görə
vurğulayıram ki, son illərdə Qarabağla,
işğal olunmuş bölgələrimizlə,
ayrı-ayrı qəhrəmanlarımızla,
bütövlükdə vətənimizin tarixi ilə
bağlı sənədli, bədii, eləcə də iri və
qısa metrajlı filmlər çəkilir. Həmin filmlərin
böyük əksəriyyətində ya aktyorlar
danışırlar, ya filmin həsr edildiyi bölgənin
insanları, ağsaqqalları, ya da qəhrəmanları. Bir
sözlə, həmin filmlərdə tamaşaçı
kifaytə qədər normal və səs templəri də
bir-birindən fərqli olan insanlarla baş-başa qalırlar.
Oturub onları həm seyr edir, həm də dinləyirlər.
Amma ssenari müəllifi Bəxtiyar Qaraca olan "Ruhum
Qarabağlıdı" filmində bir kimsə
danışmır. Əvvəldə dediyim kimi, təbiət
danışır, musiqi danışır, baxışlar
danışır, ruhlar danışır, bir də musiqi və
şeir danışır. Düşünə bilərsiniz
ki, şeir özü də danışıqdı. Amma sizinlə
mübahisə edə bilərəm ki, burda səslənən
şeir, onun misraları əslində o baxışların, o
mənzərələrin, o şəhidlərin, o həsrətin
əks-sədasıdı, nəfəsidi, həniridi.
İkinci bir məqam burdakı
kompazisiyadı. Bəxtiyar Qaraca öz yaradıcı qrupu ilə
birlikdə Qarabağın işğala qədərki məqamlarını
özündə yaşadan filmlərdən elə
paraçaları ustalıqla götürüb ki, həmin
parçalar da əslində danışmır və əlavə
olunduğu filmdə də yükə çevrilmir. Bir
bütövluk, bir bulaq suyunun şırıltısı kimi
tamaşaçının gözü önündən
ötüb gedir. Məşhur Qarabağ bülbüllərinin
ifası... Yəqin ki, xatırladınız. Az qala Tacir
Şahmalıoğlunun 40 il bundan öncə oxuduğu
"Könlümün sevgili, məhbubu mənim, Vətənimdi,
Vətənimdi, Vətənim..."misraları ilə
başlayan o məşhur mahnı təkcə Ağdamda,
Füzulidə, Şuşada, Xocavənddə deyil,
bütün Qarabağda, bütün işğal olunmuş ərazilərdə
ev-ev gəzir, dolamaları ötür, dərələri
keçir, Kirs dağına tərəf üz tutur. Nə
İsa bulağında ləngiyir, nə də Cıdır
düzündə, eləcə yüksəlir. Və yaxud
"Sarı gəlin"... Bu mahnı da lalə-nərgiz
talasından, beşik başından, sevgi yaddaşından
keçib gedir. Özü də son dərəcə həzin
və rahat. Kirpiklərdə göz yaşını
muncuqlaya-muncuqlaya. Bu sıranı
dağıtmaq, bu muncuqların
düzümünə toxunmaq mümkün olmur.
Musiqidən
danışmışkən... Filmin
sonundakı o möhtəşəm ifa, maestro Niyazinin
sehrli çubuğu...
Bütün bunlar
filmdəki sözsüz
danışıqlardı. Amma ən böyük söhbəti filmdə bircə nəfər
edir - yaşlı, nurani
bir kişi. Filmdə onun kimliyi
yazılmayıb, təqdim edilməyib. Zənnimcə, o təkcə "Xocavəndlilər təqdim
edir" yazısı ilə başlayan filmdə bir
azacıq kiçilir. Yəni onun xocavəndli olduğunu
yalnız tanıyan tamaşaçı görür.
Amma əslində o, işğal edilmiş hər
bir evin
ağsaqqalıdı, hər bir kəndin
ağsaqqalıdı, onların bütöv
obrazıdı... hər bir rayonun
ağsaqqalıdı...bütövlükdə Qarabağın
ağsaqqalıdı. Ona görə də
daş üstündə oturub
əlindəki ağaca dirsəklənmiş
bu nurani kişinin saçı-saqqalı,
kirpiyi-qaşı ağarıb, dən düşüb.
Təkcə oturmaqdan, xəyallara dalmaqdan yox, həm də həsrətlə
Şuşaya doğru
uzanan yollara baxmaqdan...həsrətlə Kirsi
uzaqdan seyr etməkdən...həsrətlə
şəhid ruhlarına hesabat verməkdən...
Bəli, bu filmdə hər şey
var...Şuşa da var, şuşalı günlərimiz də
var, Şuşanı unutmağa qoymayan xatirələrimiz də
var və ən vacibi hər gün, hər an Şuşadan,
bütövlükdə işğal olunmuş
yurdlarımızdan səslənən, bizə dinclik,
rahatlıq verməyən ruhlar da var.
Bu yaşlı ağsaqqal, bu nurani
qoca üzü Şuşaya, üzü dağlara baxır. Həmin
istiqamtdən bir ağ yol uzanır, həsrətdən sinəsi
ağarmış yol. O yolla bir kölgə hərəkət
edir. O bir nəfər deyil, bir kənd deyil. Bir rayon deyil. O əslində
20 min şəhiddi... o əslində iyirmi min şəhidin
ruhudu...o əslində doqquz milyondan artıq insanın bir bədəndə,
bir cismdə görünən, amma danışmayan, kimliyini
deməyən harayıdı, hıçqırığıdı...
qələbə nidasıdı, düşüb o ağ yola
gedir. O ruh yol gedir, bu yanda isə o ruhun dolaşdığı
yerlərdən Səadət Cavadovanın ifasında "Ruhum
Qarabağlıdı" misraları yaralı daşları,
çiçəkləri, məzarlıqları, lalələri
öpüb gedir. Gedir ki, o ruha qoşulsun... gedir ki, ona
çatsın... ona qovuşsun. O gedir, dalınca isə...
Onun ardınca musiqilər, xatirələr
yox, artıq varlıqlar da, reallıqlar da hərəkətə
gəlir. O nurani kişi uzaqdan seyr etdiyi ruhun
çağırışına dözə bilmir. İllərdən
bəri dişləri ilə sıxıb saxladığı səbrinin
cilovunu əlindən buraxır. Sanki içindən həmin o
ruhun səsi eşidilir:
- Bəsdi, yetər! Qalx ayağa! Qalx və gəl!
O da belə edir. O da yaşına yaraşmayan bir təpərlə, bir cəsarətlə yerindən
qalxır. Kipriklərini
də ağardan ağ yolun istiqamətinə
yönəlir. Elə
cəld addımlayır
ki, sanki onunla birlikdə oturub-durduğu yer də, daş da ayağa qalxır,
onlar da hərəkətə gəlir.
Çiyninidən sürüşən
yapıncısına məhəl
qoymadan üzü Şuşaya, üzü Qarabağa doğru yeriyir. Heç kimi çağırmadan,
heç kimə heç nə demədən gedir. O, yurduna dönür, o yurduna qayıdır və bu dönüş
üçün də
içindəki səbirdən
başqa kimsədən
qurtulmadan, icazə almadan gedir. Onu bu səfərdə
yenə söz yox, səs izləyir.
Özü də musiqi səsi...özü də addım səsləri. O geriyə baxmır. Çünki bu səslər gəlib onu keçirlər. O artıq ruhların səsi deyil... o artıq onun övladlarının, nəvələrinin,
nəticələrinin, qohum-əqrabasının,
el-obasının səsidi.
Sanki onlar da bu qocanın hərəkətə gələcəyi
anı gözləyirlərmiş.
Onun ilk addımı ilə hamı, hər kəs yerindən qalxıb üzü Qarabağa, üzü Şuşaya doğru gedir. Gedənlər elə sürətli, elə inamlıdılar ki, onları saxlamaq mümkün deyil və onlar bu
gedişləri ilə
sanki "yol böyüyündü" atalar
sözünü də
unudurlar və gəlib ağsaqqalı ötüb keçirlər.
İndi bu ağ yolla əsgərlər
gedir. Torpağını
azad etmək istəyən oğullar, qızlar, kişilər, qadınlar, məktəblilər
gedir. Hətta bir-birinin əlindən tutmuş bağça yaşlı uşaqlar da gəlib babalarını
ötüb keçirlər...
Bax, filmin ən böyük uğuru zənnimcə elə budu...ən böyük qayəsi zənnimcə elə budu. Çünki qələbəyə doğru
sözsüz, çağırışsız,
böyük-kiçiyi gözləmədən
hər kəsin can atması, hər kəsin getməsi bu ssenari müəllifin,
bu yaradıcı qrupun kəşfi ilə yanaşı, həm də hər birimizin içində olan arzudu, istəkdi, ideyadı.
Filmdə daha bir neçə
məqam var. O da dövlətçiliyimizlə, ordu quruculuğumuzla, torpaqlarımızın bütövlüyünə
Ali Baş Komandandan əsgərə qədər
hər birimizin inamımızla bağlıdır.
Təsadüfi deyil ki, filmə əlavə edilmiş Xocalının 20 illiyi ilə bağlı anım yürüşü
həm paytaxtımızda,
həm qardaş Türkiyədə keçirilən
mərasimlər... və
nəhayət, "Şuşasız,
Ağdamsız, ümumiyyətlə,
Qarabağsız Azərbaycan
yoxdur" məşhur
və müdrik kəlamın filmin sözsüz, amma mənalarla, səslərlə
təqdimatını daha
mükəmməl edib.
Mən qəribə hisslərlə
seyr etdiyim "Ruhum Qarabağlıdı"
filmi haqqında necə deyərlər, isti-isti kağıza köçürdüyüm bu
fikirlərimi tamamlamaqda
bir az çətinlik
çəkirəm. Ona
görə ki, bu sözsüz film özündə o qədər
mənalar, ifadələr
əks etdirib ki, mən onların
yalnız ilk anlarda tuta bildiklərini yazdım, kağıza köçürdüm. Düşünürəm
ki, bu filmə
və onun Şuşanın işğalının
20 illiyinə həsr olunmuş ideyasının,
bütövlükdə xocavəndlilərin
qarşısında borclu
qalıram. Yəqin ki, təkrar o filmi seyr etdikcə
nələrisə daha
dolğun anlamağa imkanım olacaq. İndi diqqətimdən yayınanları filmi araya-ərsəyə gətirənlərin
demək istədiklərini
onda tam şəkildə
qavramış olacam. Bax onda bu
filmə bir də qayıdacam. Təkcə filmi seyr etmək üçün yox, həm də o ağ yola çıxan,
daha doğrusu, o ağ yolda bizi
səsləyən ruhun
çağırışına gedən, dözümünə
üsyan edən, oturmaqdan bezən, xatirələrlə yaşamaqdan
usanan o qocanı keçib getmək üçün. Yəqin
sizlər də mənimlə gələcəksiniz...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2012.-19 may.-S.8.