Səbinə
Babayeva: "Mənim səhnəyə
çıxmağımı gözləyin..."
"Çalışacağam
ki, siz Azərbaycanla və mənimlə fəxr edəsiniz"
-
Artıq şouya hazırlıq işlərinə
başlamısınız. Tamaşaçını necə
bir şou gözləyir? Bizi nə ilə təəccübləndirəcəksiniz?
- Mən komandamla birlikdə indi
tamamən səhnə qoyuluşu, məşqlər,
promoturlarla məşğuluq, bütün gücümü
bunlara sərf edirəm. Sirlərimizi açmağa hələ
hazır deyiləm, lakin inanın ki, mən hamını təəccübləndirməyi
bacaracağam.
- Hər
il müsabiqədə mahnımızın ingilis dilində səslənməsi
də narazılıqlara səbəb olur. Bu il
"Eurovision" müsabiqəsindəki mahnımızın
Azərbaycan dilindəki versiyası da
hazırlanmışdır. Müsabiqə günü bu
versiyanı səsləndirməyi
düşünürsünüzmü? Belə bir təklif
almısınızmı?
- Mən artıq Azərbaycan dilində
olan versiyasını tamaşaçıların və
ictimaiyyətin mühakiməsinə təqdim etmişəm və
mahnını eşitdiyim ilk andan mən onu azərbaycan dilində
ifa etməyi arzulamışam. Mənim arzum həyata
keçdi. Lakin bu, hələ mahnının pərəstişkarlarım
üçün hazırladığım son versiyaları
deyil, bir qədər səbrli olun.
- Bu
vaxtadək Azərbaycanı "Eurovision" müsabiqəsində
təmsil edən hər üç
iştirakçının geyimi eyni üslubda olub. Bəs
Sizin geyiminiz nə cür olacaq?
- Mənim səhnə kostyumum
üzərində hazırda iş gedir, hələ yekun
versiyanı görməmişəm, buna görə də indi
nəsə demək çətindir. Düşünürəm
ki, geyimim heç bir geyimə bənzəməyəcək.
-
Geyiminizdə hansısa milli ornamentlərdən istifadə
olunacaqmı?
- Mənim səhnəyə
çıxmağımı gözləyin, mən indi
bütün sirləri açmağa hazır deyiləm
-
"Eurovision" müsabiqəsinin
iştirakçılarından kimi dinləyirsiniz və kimi
öz rəqibiniz hesab edirsiniz?
- Bu il müsabiqədə çox
güclü iştirakçılar var, məsələn, mənimlə
bir səhnədə Engelbert Hamperdink kimi məşhur estrada
ifaçısı olacaq.
Buna görə də bütün
iştirakçılar birlikdə və
ayrı-ayrılıqda mənim üçün potensial rəqibdirlər.
Başlıcası - layiqincə çıxış etməkdir,
bizlərdən hər birimiz buna çalışırıq.
-
Siz müsabiqə iştirakçılarının ifa edəcəkləri
mahnıları dinləmisiniz. Necə hesab edirsiniz, hansı
ifa Sizinki ilə rəqabət apara bilər?
- Mən başqalarını
mühakimə etməyi sevmirəm. Hər bir
iştirakçı güclüdür və özünə
görə yaxşıdır, mən çox ümid edirəm
ki, müsabiqə maraqlı və zəngin olacaq.
-
Bu müsabiqədə nailiyyət əldə etməyin resepti
necədir?
- "Eurovision", ilk növbədə - mahnı
müsabiqəsidir. Ən başlıcası
- musiqidir, lakin mən hesab edirəm ki, artistin vokal qabiliyyətindən, onun səhnə davranışından,
bütünlükdə səhnə
quruluşundan da çox şey asılıdır. Bu elə bir kompleksdir
ki, onun bütün tərkib hissələri ahəngdar
çalışmalıdır.
- Müsabiqədən başqa
hansı maraqlarınız
var? Nə ilə məşğul
olmağı sevirsiniz?
- Mən oxuyuram və ən başlıcası budur. Musiqini çox sevirəm,
onunla yaşayır və nəfəs alıram. Boş vaxtım olan kimi doğma şəhərimizi gəzməyi
sevirəm, qohumlarıma
vaxt ayırmağa çalışıram
- Müsabiqədən sonra hansı planlarınız var?
- Hələlik
gələcək üçün
uzaq planlar qurmuram. Ümid edirəm ki,
oxumağa davam edəcəyəm. Muğam sənətini
öyrənməyi çox
istəyirəm - bu mənim çoxdankı arzumdur, müsabiqədə
ifa edəcəyim mahnıda muğamın
son dərəcə gözəl
səslənişindən sonra
isə bu arzum daha da
artdı.
- Hansı ölkələrdən
12 xal gözləyirsiniz?
- Oh, heç bilmirəm, düşünürəm
ki, mayın 26-sı
biz hamımız bunun
şahidi olacağıq.
- Avropa ölkələrində artıq
kifayət qədər
tanınmısınız. Xarici ölkələrdən
birgə işləmək
təklifləri alırsınızmı?
- Hələ ki müsabiqə ilə məşğulam,
buna görə də təkliflərə
çox diqqət ayıra bilmirəm, amma əgər hansısa yeniliklər olsa, mütləq xəbər edəcəyəm.
- Müsabiqə öncəsi
Azərbaycan tamaşaçısına
nə demək istərdiniz?
- İnanılmaz
dəstək və səmimi sözlərə
görə hamınıza
təşəkkür edirəm!
Siz - mənim enerjimsiniz, mənim daimi ilham mənbəyimsiniz.
Mən ölkəmizi
müsabiqədə layiqincə
təmsil etmək üçün əlimdən
gələni edəcəyəm
və çalışacağam
ki, siz Azərbaycanla
və mənimlə fəxr edəsiniz!
Ədalət.-2012.-1 may.-S.8.