MƏNİM
Baxdıqca
sehrindən doya bilmirəm,
Yar
olub könlümə bu dağlar mənim.
Cığırlar, bulaqlar
bələdçim olub,
Yurd salıb sinəmdə
o çağlar mənim.
Yerlərin göylərə ibadəti
var!
Hər kimə pay versə olar bəxtiyar.
Gör necə xəlq edib külli ixtiyar,
Su səpir
yarama yaylaqlar mənim.
Bu yalan sərhəddi aça bilmirəm,
Atılıb qoynuna qaça
bilmirəm.
Vətənə
çatmamış, çata
bilmirəm,
Bu yaram,
neçə yol qaysaqlar mənim.
Yad olub o dağlar ömrümü yaxır,
Qol açıb, yüyürür
sanki üstümə.
O dğalar bu dağdan, uç deyir mənə,
Olubdur qanadım, xəyallar
mənim.
Üstümü
kəsəcək ayrılıq
yenə,
Bir yandan çox
şeylər gəlir
qəlbimə.
Baxışlar
yalvarır əlvida demə,
İçimdən bir səsim
haraylar mənim.
Çox olub azmışam dumanda, çəndə,
Oqtayam, təskinlik tapmışam
səndə,
Yolların yoxuşa, zora düşəndə,
Çatmazmı
dadıma dolaylar mənim?..
AY MƏMMƏD
ARAZ
Daha çox qədimdən dünya belədir,
Bu dünya
qardaşın, bilmə
lələdir.
Bu dünya zənbildir - dünya tələdir,
Düzəlməz bu dünya,
ay Məmməd Araz.
Dediyin halallıq, qismət
haramdır.
Haqsızlıq atlıdır, haqq
piyadadır.
Keçi can hayında, qəssab qıydadır,
Düzəlməz bu dünya,
ay Məmməd Araz.
Haqq düşüb yoluna yol gələnəcən,
Xurcunlar, çuvallar gözələnəcən.
Çətini
dünyadan biz köçənəcən,
Düzəlməz bu dünya,
ay Məmməd Araz.
Cızma-qara etdim mən də durmadım,
Söz verdim qələmə,
çəpik vurmadım.
Olanı sökdülər, təzə
qurmadım,
Düzəlməz bu dünya,
ay Məmməd Araz.
Nadan olanları gözündən
vurdun,
Sən haqqın qibləsi,
şəhanə durdun.
Sevdiyim, sevdiyin bu gözəl
yurdun,
Düzəlməz bu dünya,
ay Məmməd Araz.
Oqtay ABDULLA
Ədalət.-2012.-2 may.-S.6.