ZƏLİMXAN
Zəlimxan Yaquba ithaf edirəm
Qurbaninin göru yanır Diridə,
Maralyanda nalə çəkir Pəri də,
Zəngəzurda
itib ocaq yeri də,
"Cəngi"
üstə qoy köklənsin ürək,
can,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Qarı düşmən divan tutur
Ağdama,
Bu xəyanət
ağır gəlir adama,
Qaçqın
adı bir ləkədi adıma,
Qoy qalmasın yerdə heç vaxt nahaq qan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Xudafərin Araz üstə göz dağı,
Şuşa, Laçın yağıların
dustağı,
Talan olub Füzulinin gül bağı,
Ayağa qalx, susma qardaş
heç zaman,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Dağ başında yetim qalıb Kəlbəcər,
Cəbrayılın
dağı, daşı
inci-zər,
Qubadlını
yaman kəsdi bədnəzər,
Ayrılığa
dözə bilmir Zəngilan
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Cənnətindən
ayrı düşüb
Nətavan,
Bəs hardadı Sultan bəylə
Pənah xan?
Ələsgərin
ruhu qalıb nigaran,
Yarımçıqdı
qardaş hələ bu dastan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Nə zamandı yol gözləyir Borçalı,
Nigarandı Dərbənd eli,
mahalı,
Saçın yolur, haray çəkir
Xocalı,
Kərkük bizə əl eyləyir uzaqdan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Sarı Aşıq Yaxşısına
nə desin?
Seyid, Cabbar, Xan yanmasın,
neyləsin.
Cıdır düzü gözləyir
öz yiyəsin,
Qoç Nəbiyə qələbədən
ver nişan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Səhər-səhər
üzünü tut Təbrizə,
"Ruhani"
çal, qat gecəni gündüzə,
Qorqutdan bir əmanətdi saz bizə,
Sarı simdə Kür dəlidi, Araz xan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Yad əllərdə əsir qalıb Qarabağ,
Bülbül susub, nəğməsizdi bağça-bağ,
Ağı deyir Göyçə gölü, Dəli dağ,
Sarasını
soraqlayır Xan Çoban
Çıxart
sazı köynəyindən
Zəlimxan!
O dağlarda ruhu gəzir Vaqifin,
Göz yaşları qurumayır Arifin,
Bu oyundu, aç ucunu kələfin,
Ayaq açıb yeriməsin qoy yalan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Bu dünyadan nakam köçdü Şəhriyar
Yetişmədi
arzusuna Bəxtiyar,
Qədir hər gün nalə çəkib ağlayar,
Ayrı düşüb bir-birindən
dağ, aran,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Son savaşa səslə eli-obanı,
Yığ bir yerə ayrılanı,
qopanı,
Ol bu elin, bu
obanın həyanı,
Qoyma qalsın namərdlərə
bu meydan,
Çıxart
sazı köynəyindən
Zəlimxan!
Əziz MUSA
Ədalət.-2012.-2 may.-S.6.