AZƏRBAYCAN
OĞULLARI STALİNQRAD DÖYÜŞLƏRİNDƏ
"Azərbaycan!
Əziz vətən, ana torpaq! Sən bizi bəslədin,
böyütdün, bizdən heç nə əsirgəmədin.
Sən bizi sevirsən, bizim üçün bu
sevgi çox əzizdir, dünyada heç bir şey bu sevgini əvəz
edə bilməz. Biz böyük nizamilər,
babəklər, koroğlular ölkəsi olan sənə, sənin
bu sevginə and içirik ki, tapdalanmış
torpaqlarımız və təhqir edilmiş, vəhşicəsinə
divan tutulmuş hər bir vətəndaşımız
üçün düşməndən amansız intiqam
alacağıq. Bu yolda canımızı və
qanımızı əsirgəməyəcəyik".
1942-ci ildə Stalinqrad uğrunda
döyüşdə həlak olmuş naməlum Azərbaycan əsgərinin
cibindən tapılmış məktubdan
(əvvəli ötən saylarımızda)
Podpolkovnik Həzi
Aslanov həmişə olduğu kimi komandir tankına mindi.
Əlindəki kiçik göy və qırmızı
bayraqlarla alayın və tankların arxasınca irəliləməsinə
işarə verdi. Həzinin işarəsi
ilə alay ön cəbhəyə irəliləmək
əvəzinə döyüş meydanının sol
cinahına doğru hərəkət etdi.
Faşistlər ilk
vaxtlar bizi sox sıxışdırırdılar. Hər
yer top və pulemyot atəşinə tutulurdu. Bizdən
tələfat get-gedə çoxalırdı. Artıq bir neçə tankımızı da
yandırmışdılar. Hamımız
ölümün gözünə dik baxırdıq. Sanki canımızda qorxu hissi ölmüşdü.
Andımız belə idi: əsir düşməmək,
mövqedən bir addım da geri çəkilməmək. Bu, komandirimiz Həzi Aslanovun əmri idi.
Dalınca da sərt səslə belə dedi: əlbəyaxa
döyüşə hazır olun!
Alayımız komanda
məntəqəsindən xeyli uzaqlaşıb Salsk
çölünün qərb istiqamətinə
çatdı. Düşmən burda
dayanmışdı. Çöllər dizə
qədər qarla örtülü idi. Əsgər və
zabit heyətinin hamısı ağ
plaş-çadır geyinmişdi. Bəzi
açıq yerlərdə sürünə-sürünə
gedirdik. Topların lülələri ağ
rənglə boyanmışdı. Qarın
üzərində qara cığır qalmamaq
üçün tankın keçdiyi yolu, ləpirləri və
izləri qarla örtürdük. Bunların
hamısı düşmən təyyarələrindən gizlənmək
üçün komandirin əmrilə olunurdu. Faşist təyyarələri göylərə nərə
salır, havanı yararaq arabir mərmi tökürdü.
Tez-tez atılan fişənglər də
göydə cövlan edirdi. Bizim alaya və
qonşu hissələrə tapşırılmışdı
ki, Fon Paulsun Stanlinqrad yaxınlığında mühasirəyə
düşmüş qoşunlarına köməyə gəlmək
istəyən feldmarşal Fon Manşteynin böyük tank və
motorlu qüvvələrinin qabağını kəssin.
Hitler yeni göndərdiyi canlı qüvvə
ilə bərabər 300-dən çox "Pələng"
adlı ağır tanklar və xeyli zirehli maşınlar da
buraya yeridilmişdi. Kəşfiyyat xəbər gətirmişdi
ki, hər iki faşist qoşunlarının cəhd edib birləşmək
istədikləri ara məsafəsi qırx
beş - əlli kilometr idi. Bizim alay və
bir neçə başqa hərbi qüvvələr bu məsafədə
döyüş aparmalı və onlara birləşməyə
imkan verməməliydi. Burada, Salsk
çölündə düşmənlə ölüm-dirim
savaşı gözlənilirdi.
Komanda məntəqəsindən
hey çağırırdılar: "Çayka, çayka,
cavab ver, hardasan?" Bu, komandirimiz Həzi
Aslanovun məxfi adı idi. Nədənsə
komandir susur, hiss olunurdu ki, bərk fikirlidir, nəyisə ölçüb-biçir.
Düşmən
uzaqlardan arabir onlara tərəf atırdı. Həzi
Aslanov sakit səslə dedi:
- Əclaflar deyəsən
gəlişimizdən duyuq düşüblər.
O, zabit heyətini çox da
böyük olmayan yarğana yığdı. Burada
yarı yerə batmış qayanın altını
özümüzə sığınacaq elədik.
Komandir: - Hə, - deyə üzünü zabitlərə
tutdu. - Vəziyyət belədi. Əgər biz
düşmənlə üzbəüz döyüşə
girsək sayca çox olan faşistlər bizim alayı məhv
edə bilər. Ona görə də belə
fikirləşirəm ki, düşmənə yalnız
sağ cinahdan və arxadan hücum etmək lazımdır.
Çünki alman tanklarının yan zirehləri
cinahdan zəif olur. Həm də motor yerləşən
hissə sağ cinahdan daha asan nişangaha gəlir. Xəbərdarlıq edirəm, mənim işarəm
olmadan heç kəs atəş açmasın. Vəziyyət çox mürəkkəb və məsuliyyətlidir.
Tanklarımızın əsas qrupu sağdan
düşmənin arxasına keçəcək. Bu qrupa özüm rəhbərlik edəcəm.
Volkov soyadlı mayor Həzi Aslanova
müraciət edib dedi:
- Yoldaş podpolkovnik, icazə verin soruşum. Siz nə üçün cinah atəşinə
üstünlük verirsiniz?
Həzinin güləş
sifəti bir anda ciddiləşdi. Ayağını
bərkdən daşa vurub üstünün qarını təmizlədi.
- Bilirsiniz, - dedi, mən ilk hərbi
təhsilimi Bakı hərbi məktəbində
almışam. Orda bizim müəllimlərimiz məşhur
general Səməd bəy Mehmandarov, Əli ağa
Şıxlinski və topoqrafiya generalı İbrahim ağa Vəkilov
idi. Başqa müəllimlərimiz də
vardı. Artilleriya generalı Əli ağa
Şıxlinski bizə döyüş taktikasından
mühazirə oxuyanda həmişə deyirdi:
- Cinahdan atılan bir top öndən
atılan iki topun işini görə bilər. Ona görə
də döyüş vaxtı topları və tankları elə
yerləşdirmək lazımdır ki, hər bir hədəfə
ya cinahdan, ya da çəpinə atəş açmaq
mümkün olsun
General
Şıxlinski Port-Arturda, Dünya müharibəsində
iştirak eləmişdi. "Artilleriya
allahı" kimi ad-san qazanmışdı, böyük təcrübəsi
vardı. Onu da xüsusi qeyd edərdi ki,
almanlar cinah döyüşündən çox zəifdirlər.
Onlar üstünlüyü həmişə
ön xəttə verirlər. Bu da
onların lovğalığından irəli gəlir. Cinahı və arxanı isə boş qoyurlar.
General həmişə deyərdi ki,
müharibədə cinah döyüşü yüz faiz olmasa
da, səksən faiz qələbə deməkdir.
Alay katibi Qolovaşşenko:
- Yoldaş komandir, - dedi, - nə qədər
ki, ayazlı günəş var, qar yağmır. İcazə verin biz zabitlər xəritəni yenə
gözdən keçirək.
- Buyurun, - deyib geri çəkilən
Həzi bilmədən mənə toxundu. Qolumdan
yapışıb çox səmimi gülümsündü.
Onun yaraşıqlı, qaraşın
üzünə elə bil işıq seli yayıldı.
Bir az əvvəlki fikirli Həzi Aslanovdan
indi əsər-əlamət yox idi. - Necəsən, eloğlu,
qorxmursan ki? Axı bu, sənin ilk döyüşün deyilg
Mən əsgəri qaydada
farağat vəziyyətdə dayanıb:
- Yox, - dedim, - yoldaş komandir, qorxmuram. Qorxan zabitin burda
nə işi varg
- Hə, balaca Aslanov, unutma ki, Vətən
uğrunda, Azərbaycan naminə döyüşə gedirik. Onu da bil ki, faşist köpəkləri burdan
Bakıya, Qafqaza girmək ümidindədirlər. Əlindəki silah ana və
bacılarımızın namusunu qorumaq üçün sənə
verilib. - Əlini qurşağımdakı
xəncərin üstünə qoyub - Sənə bu xəncəri
nahaq yerə bağışlamamışam. Güllən qurtaranda bax, bu xəncəri dəstəyinə
qədər faşistin ürəyinə soxmamış
döyüşdən çıxma. Xoşum
gəldi cavabından. Çox ürəkdən dedin ki,
qorxmuram. Həmişə belə nikbin və cəsur ol! Onu bil ki, qorxu ilə düşmən üstünə
gedən istər zabit, istərsə də əsgər olsun
heç vaxt qələbə qazana bilməz. Müdriklərimiz haqlı deyiblər ki, qorxaq
gündə yüz dəfə ölər, mərd isə bir
dəfə həlak olar. Di, Allah
amanındag.
***
Üzbəüz həmlə nə
qədər cazibədar olsa da, mən düşmənin
cinahlarına zərbə endirməyi həmişə
üstün tuturamg Məlumdur ki, alman
maşınlarının yan zirehi ön zirehindən xeyli
kövrəkdir. Buna görə də hitlerçiləri məcbur
etmək lazımdır ki, tankların kövrək yerlərini
bizə tərəf çevirsinlərg
Düşmənin
cinahlarını axtarmaq və ona həmişə ən zəif
yerindən zərbə endirmək asan iş deyildir, bunun
üçün hər bir komandir böyük zəhmət
çəkməli, zirək və təmkinli hərəkət
etməlidir.
Sovet İttifaqı Qəhrəmanı,
qvardiya podpolkovniki Həzi Aslanovun "Faşistlərə
cinahdan zərbə endirmək döyüşdə əsas məqamdır"
məqaləsindən, "Pravda" qəzeti, 27 dekabr 1942-ci
il
Döyüş mövqeyi sağ
cinahda yerləşən səkkiz mart sovxozu
yaxınlığındakı Aksay və Mışkov
çayları istiqamətinə çıxarıldı. Oradan
da faşist tanklarına, arxadan və sağ cinahdan qəflətən
hücuma başladıq. Hücuma rəhbərlik edən Həzinin
üzü ciddiləşmişdi. O, səbr və təmkinlə
gah xəritəyə baxır, gah da rota komandirlərinə əmr
verirdi. "Çayka" - Həzi döyüşün
uğurlarından razı qaldığı onun
yaraşıqlı simasında oxunurdu. Ona görə də
ilk dəfə döyüşün uğurları haqqında
korpus komandirinə məlumat verdi. Artıq faşistin iri
gövdəli, ağır "Pələng" tankları
yanırdı. Faşist əsgər və zabitləri
bağırışa-bağırışa o yan-bu yana
qaçırdılar. Düşmənin
pis və çıxılmaz vəziyyətə düşməsi
açıq-aydın Salsk çölündə
görünürdü. Döyüşün
üçüncü günü bizim alay düşmənin
xeyli canlı qüvvəsini əsir götürüb on yeddi
tankını yandırmışdı. Yadımdadı, əsir
frislərdən biri rusca qışqıra-qışqıra
yalvarırdı: "Ey rus, mən soyuqdan donuram. Al
avtomatı, mənə papaq ver" - deyirdi.
Biz inamla irəliləyib atəşi
daha da gücləndirdik. Yandan artilleriya, arxadan və öndən
düşmənə qarşı atəşi bir an da olsa
dayandırmırdıq. Döyüş meydanı alov və
tüstüyə bürünmüşdü. Düşmənin
yanan tankı, hərbi sursatı məşəl kimi alov
saçırdı. Qarlı çölün hər
addımında faşist meyiti vardı.
Sevinirdik ona görə ki, nal şəklində
mühasirəyə alınmış Stalinqradı
düşmən ala bilməyəcək. Kiçik fasilə
vaxtı hava radiosunda Həzinin yenə səsi eşidildi.
"Çayka" Aslanov səkkizinci briqadanın
"Sokol"una raport verirdi. O deyirdi ki, artıq
üçüncü gündür vuruşuruq. Bu gün
axşam üstü mənim tankımı vurdular. Onun bu xəbərinə
general-leytenant B.Obuxovun bir az
acığı tutdu. General dedi ki, nə üçün
özünü nişangah etmisən? Sənin vəzifən
komandanlıq etməkdi. İndi bu uzaq məsafədən
sənə necə kömək edək? Həzi
cavabında dedi ki, narahat olmayın, tankımın döşəməsində
olan qapı salamatdı, onu açıb təmir edəcəyik.
Elə də oldu. Düşmən
mərmisi Həzinin tankının sağ
tırtılının təkərini vurub sıradan
çıxartmışdı. Ona görə
də tankın döşəməsində olan qapını
açıb tırtılı çıxartdıq. Bir fraksionla səkkiz mart sovxozuna kimi getdik, orda əsaslı
təmir etdik.
Döyüşün
dördüncü günü alayımız çoxlu
döyüş sursatı və qənimət ələ
keçirdi. Hitlerin sədaqətli
feldmarşalı Manşteynin tank qoşunları, general Qotun
tank qrupu Azərbaycanın otuz iki yaşlı igid oğlu,
podpolkovnik Həzi Əhəd oğlu Aslanovun qeyri-adi
komandanlığı ilə darmadağın edildi.
1942-ci il
dekabrın 18-də alayımız Verxne-Kumsk xutoru ətrafında
daha bir yaddan çıxmaz döyüş apardı. Salsk çölündən qaçıb
canını qurtaran faşist əsgər və zabitləri
general Qotun başçılığı ilə gəlib
burda cəmləşmişdilər. Beş
gün gecə-gündüz burda Həzinin apardığı
döyüşlər daha uğurlu oldu. Ağ
qarlı çöldə faşistlərin meyitinə,
yandırılmış tankın və zirehli
maşınların burulub göyə qalxan alovunu qalın qara
tüstüsünü lap uzaqlardan görmək olurdu.
(ardı var)
Şəmistan
Nəzirli,
İstefada
olan polkovnik- leytenant
Ədalət.-2012.-3 may.-S.7.