QAX RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

 

  (əvvəli ötən sayımızda)

  

   2011-ci ildə rayonda 131 ədəd fərdi yaşayış evi və 23 ədəd sahibkarliq obyekti olmaqla ümumilikdə 154 fərdi tikinti aparılmışdır. Aparılmış tikinti işlərinin smeta dəyəri 3 milyon 500 min manata yaxındır.

   2011-ci ildə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 1 milyon 504 min manatlıq təmir işləri yerinə yetirilmişdir. Görülmüş işlər nəticəsində kanal və çaylarda selə qarşı 1600 m3 qabyon bənd vurulmuş, 2435 m3 daş beton bənd təmir olunmuşdur. 1 milyon 376 min m3 çay məcrasının təmizlənməsi işi aparılmış və 485 min m3 suvarma kanalı lildən təmizlənmişdir.

    Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə Kürmük çayı hövzəsi boyunca selə qarşı mühafizə məqsədilə 13 min 860 m3 dəmir beton bəndlərin tikintisi işi aparılmışdır. İlisu kəndində 20 min 540 m3 sahəyə beton bənd vurulmuş, Kürmük çayının Əlibəyli kənd ərazisində olan 350 p/m olan sahil bərkitmə işi aparılmışdır. Bu işlərin görülməsinə 8 milyon 953 min manat vəsait sərf olunmuşdur.

    Son illər rayonda bir sıra mühüm infrastuktur layihələri həyata keçirilmiş, müasir tələblərə cavab verən sosial yönümlü obyektlər inşa edilmiş, genişmiqyaslı abadlıq, quruculuq işləri, o cumlədən turizmin inkişafı üçün əsaslı tədbirlər görülmüşdür.

  

   Dövlət qayğısının yeni təzahürləri

 

   Bu istiqamətdə işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin rayonda həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə ölkə Prezidentinin 21 noyabr 2011-ci il tarixli 1851 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2011-ci il Dövlət büdcəsində nəzərədə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına 2012-ci ildə şəhərin mərkəzi hissəsində yerləşən qədim küçələrin bərpası və Şəhərin yeni yaşayış massivlərində yerləşən küçələrin abadılaşdırılması planlaşdırılmışdır.

 

   Aqrar sahənin yenilikləri

 

   Keçən il həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının əsaslı artımına nail olunmuşdur. Əvvəlki illə müqayisədə cari ildə qarğıdalı, bostan, üzüm, meyvə və giləmeyvə bitkilərinin hər hektarının məhsuldarlığı və ümumi məhsul istehsalı artmışdır. 2010-cu illə müqayisədə qarğıdalı istehsalı 4993 ton, bostan istehsalı 352 ton, üzüm istehsalı 184 ton, meyvə və giləmeyvə 1599 ton o cümlədən fındıq istehsalı 753 ton, vələmir istehsalı 468 ton artmışdır.

   Rayonun iqtisadiyyatında mühüm rol oynayan heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsinə xüsusi diqqət verilmiş və aparılan məqsədyönlü tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmişdir. 01.01.2012-ci il tarixə rayonda 26005 baş iribuynuzlu mal, o cümlədən 12767 baş ana mal, 77693 baş qoyun-keçi, 98458 baş müxtəlif növ ev quşları, 7032 arı ailəsi mövcud olmuşdur. Mövcud mal-qaranın yemə olan təlabatının ödənilməsi məqsədilə hər bir ərazidə kifayət qədər örüş ayrılmış, 42 nəfər qoyunçuluqla məşğul olan hüquqi və fiziki şəxslərə təsərrüfatlarını saxlamaq üçün 16,2 min ha qışlaq və 9,2 min ha yaylaq sahəsi icarəyə verilmişdir.

    2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2104 nəfər sosial müavinət alan şəxs olmuşdur. Hesabat ilində 161 nəfər şəhid ailəsi üzvünə, 125 nəfər müharibə əlilinə "Prezident təqaüdü" təyin edilmişdir. 2011-ci ildə Ünvanlı Sosial yardım üçün 751 ailə mərkəzə müraciət etmiş, onlardan 750-nə ünvanlı sosial yardım təyin edilmişdir. İl ərzində 363 nəfər tənha, ahıl və əlil şəxslərə sosial xidmət göstərilmişdir.

   Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 96 faiz əməl edilmişdir. Büdcə sektoru üzrə proqnoz 94.7 faiz, qeyri büdcə sektoru üzrə isə 100.7 faiz yerinə yetirilmişdir.

  

   Təhsil, səhiyyə, mədəniyyət və turizm

 

   2011-ci ildə rayonda 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 2010- 2011- ci tədris ilində 7786 nəfər şagird təhsilə cəlb olunmuşdur və onların təlim- tərbiyəsi ilə 1307 nəfər müəllim məşğul olmuşdur. 48 məktəbdə təlim Azərbaycan, 6-da gürcü, 2-də də rus, 1-də isə Azərbaycan rus və gürcü dilində aparılır.

   Rayon əhalisinə 150 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 25 çarpayılıq şəhər Uşaq xəstəxanası, 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir. Rayon Mərkəzi Xəstəxanasında 124 nəfər həkim, 405 nəfər orta tibb işçisi çalışır. Hər 10 000 nəfərə 26 həkim, 75 nəfər orta tibb işçisi düşür.

   Rayonda 10 turizm obyekti turistlərə xidmət göstərir. Hər il rayona gələn turistlərin sayı artmaqdadır. 2010- cu ildə 10 000, 2011- ci ildə isə 15 000-ə yaxın turist Qaxda istirahət etmişdir.

    Keçən il Qax Dövlət Kukla Teatrı repertuar planda təsdiq edilmiş 3 tamaşaya quruluş vermişdir. Respublikada ilk dəfə təşkil olunmuş UNİMA, Türksoy, Mədəniyyət Turizm Nazirliyinin birgə layihəsi olan I Beynəlxalq Kukla Teatrları Festifalında çıxış etmişlər.

 

    2012 uğurlarla yaşanır

 

   2012-ci ilin birinci rübündə Qax rayonunda da müvafiq sahələrdə bir sıra işlər həyata keçrilmişdir. Rayon üzrə ümumi daxili məhsul istehsalı 2011-ci ilin qiymətləri ilə 10 milyon 545 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 12 faiz çoxdur.

   Ümumi daxili məhsulun tərkibində sənaye məhsulu istehsalı 907 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 93.5 faiz, kənd təsərüfatı məhsul istehsalı 2 milyon 400 min manat ya 101.3 faiz, tikintidə 1 milyon 647 min manat ya 317.2 faiz, nəqliyyatda 486 min manat ya 109.2 faiz, rabitədə 167 min manat 112.3 faiz, ticarətdə 4 milyon 938 min manat ya 99.9 faiz olmuşdur. Orta aylıq əmək haqqı 165 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 16 manat, əhalinin gəlirləri 12 milyon 876 min manat, ötən illə müqayisədə 566 min manat artıq olmuşdur.

  

  

   (ardı gələn sayımızda)

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-5 may.-S.21.