"SARI
GƏLİN"Ə TÜRKİYƏDƏN BAXIŞ - 3
"Sarı
Gəlin" mahnısı və Şeyx
Sənan hekayəti
"Ərzurum çarşı baza
İçində
bir qız gəzər
Əlində divit qələm
Qətlimə fərman yazar..."
Bu bəndin sonlarına "Leylim,
aman" və "Nənən ölsün sarı gəlin, durna
yarım" nəqarətlərinin əlavə olunduğu
"Sarı Gəlin" mahnısı, neçə yüz
il söylənərək süzülə-süzülə gəldi
bilinməz. Türk bəstəçisi Müzəffər
Sarısözən tərəfindən işləndikdən
sonra da illərdir TRT radiolarında yüzlərcə, minlərcə
kəz çox sənətçi tərəfindən səsləndirildi.
Bir neçə il öncə
"Salxım Xanımın Dənələri" adlı
filmdə mahnının yarısının Türkcə,
yarısının ermənicə oxunması, mahnıyla
bağlı çətin bir müzakirə başlatdı. Mahnının
hara aid olduğu barədə başlayan müzakirə ilə
"Sarı Gəlin" günün mədəniyyət
mövzularının ilk sıralarına yerləşdi. Bəzi
erməni kökənli yazarlar, mahnının erməni
mahnısı olduğunu iddia etdi. Bu iddia, bəzi elm adamı
və sənətçilərin şiddətli etirazları
ilə qarşılaşdı. Şərqi Anadolu bölgəsindəki
bir çox yerdə, çox əski zamanlardan bəri bilinən
və söylənən mahnını özlərinə aid
olduğu haqqında iddialı söhbətlər də buraya
qatıldı.Müzakirə hər nə qədər SİZƏ
AİD DEYİL, BİZƏ AİDDİR deyilsə də və
bir ara səngidi və sonradan öz coğrafi əhatəsini
daha da genişləndirdi Azərbaycan, Türkmənistan, hətta
Qırğızıstandan etirazlar gəlməyə
başladı və sonunda eyni mahnının fərqli
coğrafiyalardakı fərqli versiyaları ard-arda
sıralandı.
Hekayə mahnının sözlərində
Türkiyədə saman alovu kimi yanıb sönən hər
müzakirə kimi "Sarı gəlin" haqqında
aparılan müzakirə də bir müddət sonra
unudulmağa başladı.Neçə folklor
araşdırcısı, musiqiçi və ya ədəbiyyatçı
indi "Sarı Gəlin"in məmləkətini tapmağa
çalışır, bilinmir; ancaq İstanbul Texnik
Universiteti Dövlət Konservatoriyası müəllim heyətinin
üzvi və QOBUSTAN toplusunda yazılarıyla bizim oxuculara da
tanış olan Süleyman Şənəl, uzun illər davam
edən çalışmasında, "SARI GƏLİN"lə
bağlı xeyli maraqlı və önəmli dəyərləndirmələr
üzə
çıxarmışdır.Çalışmasını
Xalq Oyunları Dərnəyinin orqanı olan "Motiv"
jurnalında geniş bir repartajla da açıqlayan
Süleyman Şənəl, "Sarı Gəlin"
mahnısının ilk yazılı nümunələrinin
12-ci yüzilin ilk yarısına qədər uzanan məşhur
"Şeyx Sənan" hekayətindən gəldiyini
düşünür. Araşdırmalarında mahnının
sözlərinə fərqli bir bucaqdan baxan Şənəl,
apardığı görüşmələrdə, ən
parlaq sübutlarla bu sözlərin haralardan başlayıb
haralara vardığını söyləyir. "Ən
çarpıcı sübut,mahnının içində
keçən "Vay nənən ölsün" sözlərdir.
Mahnının yarandığı bildiyimiz bölgələrdə
NƏNƏ çox zaman ANA sözünün əvəz edərək
işlədilir.Bilirik ki, sevən oğlan, sevdiyi qıza belə
bəddua etməz. Bəddua etməyi üçün bir səbəb
olmalı. Mahnıya baxdığınız zaman bu səbəbi
görə bilmirsiniz. Eyni mahnının başqa variantında
"Nənən ölsün" sözü "Sinan
ölsün" şəklində var olmuşdur. Sinan
Aşiq olan, Sarı Gəlin məşuqdur. Yəni "Sənin
üçün mən ölüm" deyir."
Süleyman Şənəli bu
mövqeyə aparan ikinci yol isə yenə mahnının
başqa bir versiyasında keçən sözlər:
Vardım kilisəsinə baxdım
xaçına
Mail oldum bölük
pörçük saçına
Qız səni götürəm
İslam içinə
Vay Sinan ölsün
Sarı Gəlin".
Şənəl,
burada Müsəlman bir gənclə xristian bir qızın
eşqinin anladıldığını
bildirir və əlavə edir: "Anadolunun İslamlaşması
boyunca ortaya çıxan bu cür ədəbi mətnlər çoxdur. Bu da o dönəmdə
cəmiyyətə təsir
edən bir eşq hekayəsini gündəmə gətirir.
Sonu ölümlə bitən xristian-Müsəlman eşqini
anladan və bölgədə fərqli
inancı olan insanlara təsir edən bir məsələ
ortada. Bu araşdırmalar fonunda baxdığınız zaman
12-ci yüz ilin ilk yarısında yazılmış
Attarın "Mantık-ut
Tayr" adlı əsərində bir hekayət var.O da "Şeyx Sənan", ya da "Şeyx Sənan hekayəsidir."
Burada bir musiqi məsələsi də
var.
Mahnın hara aid olduğu mövzusunda bəzi sənətçilər onun
musiqisindəki melodiyanın
da mühüm rol oynadığını
ortaya qoyur.Süleyman Şənəl, əsərin
musiqisindən çıxış
eləyərək ən
çox 18-ci yüz ilə qədər gedilə biləcəyini və ordan oyana
bu əsərin musiqisi haqqında daha başqa mənbələr tapıla
biləcəyi qənaətində
deyil.Şənələ görə
bir əsərin musiqiyə yatımı və ya əsərə
musiqi bəstələnməsi
və xalq arasında və ya müasir dildə desək cəmiyyətdə vətəndaşlıq
alması müddəti
ortalama 150-200 il ola bilir və
bir əsər birdən-birə yaddaşlarda
qalmır.Və onun variantları meydana çıxmır. Ona görə, əskilərin
"tegannide inşad"
dediyi melodiyaya söz seçilməsi buna mane olur: "Çünkü əsər
davamlı yenilənir
və bu yeniləmə müddəti
də dəyişir. Nəsildən nəsilə
keçdikcə gəlişir
və intişar
tapır.Bu mahnıda,
tema üzərində
aparılmış dəyişikliklərlə
bir xalq hekayəsinin dəyişdiyini
düşünürəm."
"SARI GƏLİN" üç il
öncəsinə qədər
mahnıların içində
hər hansı bir mahnıydı. Ancaq aid olduğu bölgəyə
bağlı aparılan
müzakirələr və
mahnının tarixinə
yeni baxış onu populyar bir
mahnıya çevirdi.
Bunda şübhəsiz Türk-Erməni
münasibətlərinin təsiri
də keçilməz
sayılmamalıdı. Süleyman Şənəl, "SARI GƏLİN" mahnısının variantlarındakı
təsir gücünün
unudulmamasını diqqətə
yönəldir."SARI GƏLİN",
bir mahnının mədəni gücünün,
siyasi gəlişmələrə
belə necə təsir etdiyinin gözəl bir nümunəsidir. Belə məlum olur ki,bir mahnı
hətta gündəm
dəyişdirə bilir
və hətta zarafat-zarafat siyasi münasibətlər də
belə dəyişikliklər
yarada bilər.
"Sarı Gəlin" və onun kimi mahnılar
bir mahnı olaraq dinlənilməkdən
qırağa, artıq
yaddaşımızdan silinib
getməyə məruz
qalan bir çox şeyləri də yaşadır.Zəngin
bir folklor gələnəyinə sahib olan
Türkiyədə dillərdə
dolaşan kim
bilir neçə mahnı, daha hansı tarixi və mədəni gerçəyin aydınlanmasına
yardım edəcək?
Süleyman Şənəl bu fikirdədir ki: deyilənlər, dar düşüncəli insanların
MƏNİMDİ- SƏNİNDİ iddialarına
bir bəhanə olsa da, daha
sonra fərqli tərəflərə doğru
yönəldir düşüncələri.
Məsələn, Türkiyə
radiolarında hər hansı bir mahnı çalındığı
zaman Türkiyənin müxtəlif bölgələrindən
artıq siqnallar gəlməyə başlayır : "O
MAHNI, BİZİM TƏRƏFLƏRİN MAHNISIDIR VƏ ELƏ
DEYİLDİR" deyə müdaxilə edənlər
də olur. Belə bir sahiblənmə duyğusu mənə ləzzət eləyir və bunu məsum
düşüncələrə bağlamaq gəlir içimdən.
Amma SARI GƏLİN də
olduğu kimi ortaya atılan dedi-qodular,qiybətlər və
işin içinə siyasi şeylərin qatılması hadisəni
Erməni-Türk çatışmasına
dönüşdürür. Amma mən bütün
bunların təbii qarşılanmasının lazım
olduğunu düşünürəm.Burada diqqət çəkici
başqa bir şey var; o da bütün bunlar folklorun gözəl
bir mənbə olduğuna danılmaz örnəkdir.
İnsanlarda SARI GƏLİN mahnısının özlərinə
aid olduğunu bildirən görüşlər içində
də folklora bir müraciət var.
PƏRÇİM
- 6
Aprel ayının 18-i .
Adamın dili də gəlmir desin: əllərin
qurusun,ayaqların qurusun belə nəvə. Dünyanın
işinə bax: bir nəvə (təbii ki, adını,
familiyasını "Xəzər Tv".
Açıqlayır, mən yadda saxlamamışım.) dostu
ilə əlbir olub ( Əlbir olub bir ayı, bir şir ilə
kimi) nənəsinin evinə girir və nənəsinin ki,
güman ki, ona layla çalıb,boya-başa
çatdırıb və o səliqə-səhmanla evin
açarı ilə nənəsinin evinin qapısını
açır.Nənəsinə kimdənsə miras qalan xeyli
qızıl əşyalarını oğurlayırlar.Təxminən
15 min manatlıq ( burda bir parantez: xeyli puldu vallah, adam bir xeyli
borcunu qaytara bilər).Sakitcə aparıb bir nəfərə
verirlər və 15 min manat alıb qoyurlar ciblərinə.Daha
dəqiqi 9 minini nəvə qoyur cibinə və 6 minini verir
oğru həmkarına,o da kiməsə borcludu, ona
qaytarır.Polis xəbər tutur və tezliklə ələ
keçirlər. İş indi polisdə.
Və Anar bəy Nəcəfli bir
az fasilə eləyib :
NƏ OLAYDI MƏNİM DƏ BELƏB
BİR NƏNƏM OLAYDI- deyir.
Anar bəy nə eləyər? Bax
bu mənə qaranlıq qaldı.
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
Ədalət.-2012.-5 may.-S.15.