Ceyhun
Mirzəyev əfsanəsi
Bir vardı, biri yoxdu, cənnətməkanda
Abdal-Gülablı adlı bir kənd vardı. O kənddən
çox istedadlar Azərbaycan adlı məmləkətin ədəbiyyat,
mədəniyyət aləminə atılmışdı.
Hamısı da öz sahəsinin sevilən, seçilən
adamlarından olmuşdular. Bu kənd istedad istehsal edirdi.
1993-cü ilə qədər...
Həmin il Qarabağın digər
qarabəxt kənd və şəhərləri kimi
Abdal-Gülablı da yağmalandı, viran qoyuldu.
Ona qədər bu məkanda 9 aprel
1946-cı ildə bir nəfər də dünyaya gəldi. Bilsəydi
gəlməzdi. Bacarsaydı zamanın çarxını geri
fırladar, taleyinə yazılmışları dəyişdirərdi.
Elə Qarabağın da taleyini öz taleyi kimi yenidən
yazdırardı, amma bacarmazdı. Nə yazıq ki, insan
adlı ali varlığın nə doğuluşu, nə
ölümü, nə də taleyi öz əlində deyil. Əlimizdə
olan nə var ki?..
Bu dünyaya iradədən
asılı olmayaraq gəlirsən, iradənə zidd olsa belə
yaşayırsan, istəmədən ölüb gedirsən. Nə
gəldiyin könüllüdür, nə də getdiyin, nə
də həyat tərzin...
Bəlkə ona görə insan
ömür boyu azadlıq yanğısı çəkir, bəzilərimiz
onun üçün mübarizə belə aparırıq. Mənasız
mübarizə...
Ceyhun Mirzəyev də bütün
insan övladı kimi gəldi bu özülü ədalətsiz
qoyulmuş dünyaya. Gözlərini həyata təzə-təzə
açıb həyat deyilən nəsnənin ləzzətini
dadmağa başlayarkən onu verən qüvvə
atasını ondan aldı. Uşaqkən itki yaşayan Ceyhun
atasızlığı bütün varlığı ilə
içindən keçirdi, bu hiss elə içində onunla
bahəm yaşadı. Gecələr yorğan altına girib əzablı
günün yorğunluğunu yuxudan əvvəl göz
yaşları ilə çıxaran anasının
xısıntısını eşidib öz
yorğanını başına çəkərək qəlbində
ona qoşulan Ceyhun uşaqkən böyüyür. Ana
qayğısı çəkir, balaca çiyinlərinə
ailə məsuliyyəti götürür.
Atasızlığı
unutmağa, anasına arxasız olmadığını
göstərməyə çalışır. Yalnız təklikdə
öz aləmində atalı Ceyhunun həyatının
ssenarisini yazır. Pozur, dəyişir, hər gün daha bir
xoşbəxt Ceyhun ssenarisi yazılır.
Belə ssenari yazmaq
bacarığı onu "Azərbaycanfilm"ə sınaq
çəkilişlərinə gətirib
çıxardır.
Oxuduğu məktəbə
uşaq rolu üçün sınaq çəkilişlərinə
balaca oğlan uşağı gəzən rejissor köməkçiləri
onun şeytan simasına heyran qalıb kinostudiyaya dəvət
edirlər. Tanımadığı rejissorun - "Bu filmə
çəkilməsə belə onun gözəl ekran
siması var, əsil kinoluqdur"- rəyi Ceyhunun kinoya olan
marağını birə beş artırır.
İlk dəfə 11 yaşında
"Görüş" filmində Şıxəlinin
uşaqlarından birini oynayır. Filmdə heç gözə
çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri
olmur ki, peşəkarın gözündən
yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi
"Ögey ana" filmində İsmayıl rolu
üçün artıq gözaltı edib. Ona Ceyhunu
tanıtdıran isə Nəcibə Məlikova olub.
Sınaq çəkilişindən
sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə
aparacağını gözləyən Ceyhun dəhlizin o
başından bu başına keçən Nəcibə
xanımı görür. Aktrisanı ilk dəfə canlı
görməsi, onun gözəlliyi balaca kişini neçə
heyran edirsə, özü də bilmədən ağzı
açıq qalır. Nəcibə xanım ona - balası,
ağzını yum-deyə eyham edib keçib gedir. Sonra nə
düşünürsə, duruxub geri dönür. Aktrisa
Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa
keçib "Ögey ana" filminin çəkilişlərinə
aktyor yığan rejissora İsmayılı tapdım, öz
ayaqları ilə gəlib, dəhlizdədir - deyir. Rejissor
çıxıb Ceyhuna baxıb "Doğrudan
İsmayıldır ki!"-deyir. Bu filmə çəkiləndə
onun 12 yaşı olub.
Ceyhunun üçüncü filmi də əsas rol olur.
14 yaşında P. Meremenin əsəri əsasında Tofiq
Tağızadənin çəkdiyi "Matteo Falkone"
filmində baş - Fortunato rolu ona həvalə olunur. Bu iki
uğurlu obraz onun kinoda vizit kartına çevrilir. Sonra
çəkildiyi filmləri sadalamağa ehtiyac yoxdur. Zatən,
sadalamağı xoşlamıram. Ceyhun Mirzəyev deyəndə
tamaşaçının gözləri qarşısından
hansı obrazlar keçirsə, onları həmin aktyor
yaradıb.
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirəndən sonra
Moskvada da təhsil alır. İşinin peşəkarı
olmaq üçün. Onun 48 illik ömrünün 35 ilə
yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev
kinostudiyada müxtəlif peşələrdə
çalışıb. Assistent də olub, rejissor köməkçisi
də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi
filmlər də çəkib. "Mozalan" satirik
kinojurnalı üçün süjetlər çəkəndə,
onun bədii rəhbəri olanda çox gənc idi. Tanrı
Ceyhun Mirzəyevi həyatda çatacaqlarına çox tez,
vaxtından əvvəl çatdırıb.
Görünür, onu vaxtından əvvəl o dünyaya
aparmaq üçün. Kino çəkilişlərində,
gərgin iş rejimində Ceyhun Mirzəyevin dostlarını,
həmkarlarını parodiya etməsi adət halını
almışdı. Bunu ondan gözləyirdilər artıq.
Hamının dönüb ona baxdığını görəndə
birinci bunu ondan istəyən adamı parodiyadan
başlayardı.
"Mozalan"ın
başlığında səslənən vızıltı səsi
də ona məxsusdur, arını parodiya edir.
Özündən böyükləri
parodiya etməzmiş, bir dəfə necə olursa, Rasim Ocaqovu
parodiya edir və "cinayət başında"
yaxalanır, arxadan Rasim Ocaqov gəlib baxır və
görür. Ceyhun çevrilib baxanda Rasim Ocaqovun dönüb
getdiyini görür. Onun gözünə görünməmək
üçün bir aylıq Moskvaya ezamiyyət
götürüb aradan çıxır.
Bu bir ay ərzində Ceyhun Mirzəyev
indiyə qədər ona tanış olmayan bir hiss
yaşayır, sevir. Qarşısına çıxan Lida
adlı gənc qız onu elə ovsunlayır ki, evlənməyə
qərar verir. Həm də bu qarşılıqlı sevgi onun
yaradıcılıq yoluna da işıq salır. Evlilikdən
sonra Ceyhun Mirzəyev sevimli işində daha maraqlı etapa
keçir.
İllər keçir, Ceyhun Mirzəyevin
bir qızı dünyaya gəlir. Ana hüquq- mühafizə
orqanlarında çalışır, ata mədəniyyət
adamı. Qız hərtərəfli yüksək qabiliyyətə
malik olduğundan, gözəl şeirlər
yazdığından tezliklə ailənin dostlarının da
sevimlisi olur.
Ceyhun isə çəkilir,
süjetlər çəkir, kinonun qara işində də əli
olur, ağ işində də. Ətrafda isə təbii ki,
onu sevənlərlə bahəm, onun uğurlarına
qısqanıb paxıllıq edənlər,
ayağının altını qazıb çuxura salmaq istəyənlər
də az deyil. Ona veriləcək film son anda alınıb
başqasına, üzünə gülüb arxasınca
"iş görən" kəsə verilir. Bunu
görür, duyur, namərdliyə qarşı eyni hərəkəti
etməyi bacarmır, içinə atır. Bir gün, beş
gün. Həyat get- getə namərdləşir, daha
doğrusu, mərdlərin deyil, məhz namərdlərin,
ikiüzlülərin, ayaq altı qazanların dünyasına
çevrilir. Ceyhun uşaqkən böyüdüyü kimi,
düşüncələriylə gənckən qocalır
günbəgün. Beləcə, 90-cı illər gəlib
çıxır. Qarabağla bağlı olaylar Ceyhunun
rahatlığını əlindən almağa
başlayır. Gördüyü işlər gözündən
düşür. Gecə-gündüz nə isə Qarabağ
mövzusunda bir film ortaya qoymağın vacibliyi fikri onu narahat
edir. "Fəryad"ın ideyası yaranır. Onun çəkilişlərinə
başlananda artıq 1993-cü il idi. Ağdam, onun
doğulduğu Abdal-Gülablı işğal olunmuşdu.
Ceyhun Mirzəyev bu ağrını da nisbətən azaltmaq
üçün bütün enerjisini "Fəryad"a sərf
edirdi.
Kinonun çəkiliş məkanını
operator Kənan Məmmədovla Ceyhun Mirzəyev seçirlər.
Qışın oğlan çağında Murovun ətəyində,
Goranboy rayonunda çəkilişlər başlayır. Ceyhun
Mirzəyev çəkiliş arası döyüş yerlərinə
gedir. Döyüşçülərlə
görüşür, onların döyüş söhbətlərini
dinləyir.
Kərkicahan uğrunda
döyüşlərdə yaralanmış, əsir
düşmüş Arif İsmayılov adlı bir döyüşçü
sonralar "Fəryad" filminə baxanda heyrətə gəlir.
Filmdəki kadrlar bir vaxtlar qospitalda yatarkən ona baş
çəkməyə gələn Ceyhun Mirzəyevə
danışdıqları epizodlardır. Arif İsmayılovla
Ceyhun Mirzəyev zahirən də bir-birilərinə çox bənzəyirlər.
Çəkilişdən evə
qayıdan rejissor evdə iki gün rahat dincələ
bilmirmiş, qospitalları gəzir, əsirlikdən
qaytarılmış, yaralanmış
döyüşçülərlə görüşür,
gecələr yuxuda belə o epizodları görüb
hövlnak yuxudan oyanarmış. Xanımı Lida
danışır ki, bizim də rahatlığımız pozulmuşdu:
"Ceyhun əvvəlki kimi ailəsinə, canından
çox sevdiyi qızı Cəmiləyə bağlı
deyildi, hardasa başqa yerdə idi, bizimlə olan yalnız cismi
idi. Onu da bizdən əsirgəyib vaxtından tez çəkiliş
meydançasına qayıdırdı."
Tələsirdi Ceyhun, kaskadyor Əlini
iştirak etdiyi Qarabağ döyüşlərindən
çağırıb filmin lazım olan hissələrində
çəkirdi, amma elə səhnələr vardı ki,
Ceyhun özü çəkilirdi, Əlini döyüşdən
gətirtmirdi. Məsələn, Xocalıda balaca qız
uşağını işgəncə ilə qətlə
yetirən erməninin başını əzmək
üçün dağ çayından keçən Ceyhunun
sonradan buzlamış qıçları şişib göyərir.
Erməni obrazını oynayan Məlik Dadaşov onun
qıçına vuranda Ceyhun həqiqi ağrı hiss etdiyindən
inildəyir.
Bu ağrıları, əzabları
yaşamaqdan zövq alırmış, yox mazoxist deyildi,
işğal olunmuş yurdunun ağrı-acısını
içindən bu minvalla çıxartmaq istəyirmiş.
Özünə özündən:- niyə vətənin
işğal olunur, amma sən heç nə edə bilmirsən
və yaşayırsan?-deyə sual edib bir növ işgəncə
verirmiş.
Kinonun çəkilişləri
başa çatır, montaj başlayır. Ceyhun əməyinin
bəhrəsini görəcəyi günü həsrətlə
gözləyir və hər gün texniki prosesi izləmək
üçün kinostudiyaya gedir, tələsir,
darıxırdı.
Belə günlərin birində
sinəsindən qopan ağrı Ceyhun Mirzəyevi az qala
göyə çəkir. Müqavimətini saxlaya bilməyib
yıxılan Ceyhunu evə çətinliklə
çatdırırlar. Son vaxtlar Ceyhunun ağrıyan ürəyinin
az qala əlində silah keşiyində duran Lida xanım da bu
dəfə heç nə edə bilmir.
Onu köhnə Yasamal məzarlığında-
atasının, əmisinin yanında dəfn edirlər. Cəmi
48 yaşlı Ceyhun körpə ikən itirdiyi , indi
özü yaşında qalan atasına qovuşur.
Cəmilə isə atasız
qalır, bu günə qədər bu itki
qızcığazın qəlbində sağalmaz yaraya
çevrilib. Özünə qapılıb, filoloqdur, atası
barədə yazdığı şeirlərlə təsəlli
tapır.
Özünün görə bilmədiyi
film onun ölümündən sonra təqdim olunur. Filmə
baxan hər kəs tamaşa zalını bir fikirlə tərk
edirdi: "Bu filmi çəkən şəxs yaşaya bilməzdi,
çünki rejissor-aktyor çəkilməyib, çəkməyib,
olanları yaşayıb. Yaşayıb... və ölüb.
Bir vardı, biri yoxdu, cənnətməkanda
Abdal-Gülablı adlı bir kənd vardı. O kənddən
çox istedadlar Azərbaycan adlı məmləkətin ədəbiyyat,
mədəniyyət aləminə atılmışdı.
Hamısı da öz sahəsinin sevilən, seçilən
adamlarından olmuşdular. Bu kənd istedad istehsal edirdi.
1993-cü ilə qədər...
Həmin il Qarabağın digər
qarabəxt kənd və şəhərləri kimi
Abdal-Gülablı da yağmalandı, viran qoyuldu.
Ona qədər bu məkanda 9 aprel
1946-cı ildə bir nəfər də dünyaya gəldi. Bilsəydi
gəlməzdi. Bacarsaydı zamanın çarxını geri
fırladar, taleyinə yazılmışları dəyişdirərdi.
Elə Qarabağın da taleyini öz taleyi kimi yenidən
yazdırardı, amma bacarmazdı. Nə yazıq ki, insan
adlı ali varlığın nə doğuluşu, nə
ölümü, nə də taleyi öz əlində deyil. Əlimizdə
olan nə var ki?..
Bu dünyaya iradədən
asılı olmayaraq gəlirsən, iradənə zidd olsa belə
yaşayırsan, istəmədən ölüb gedirsən. Nə
gəldiyin könüllüdür, nə də getdiyin, nə
də həyat tərzin...
Bəlkə ona görə insan
ömür boyu azadlıq yanğısı çəkir, bəzilərimiz
onun üçün mübarizə belə aparırıq. Mənasız
mübarizə...
Ceyhun Mirzəyev də bütün
insan övladı kimi gəldi bu özülü ədalətsiz
qoyulmuş dünyaya. Gözlərini həyata təzə-təzə
açıb həyat deyilən nəsnənin ləzzətini
dadmağa başlayarkən onu verən qüvvə
atasını ondan aldı. Uşaqkən itki yaşayan Ceyhun
atasızlığı bütün varlığı ilə
içindən keçirdi, bu hiss elə içində onunla
bahəm yaşadı. Gecələr yorğan altına girib əzablı
günün yorğunluğunu yuxudan əvvəl göz
yaşları ilə çıxaran anasının
xısıntısını eşidib öz
yorğanını başına çəkərək qəlbində
ona qoşulan Ceyhun uşaqkən böyüyür. Ana qayğısı
çəkir, balaca çiyinlərinə ailə məsuliyyəti
götürür.
Atasızlığı
unutmağa, anasına arxasız olmadığını
göstərməyə çalışır. Yalnız təklikdə
öz aləmində atalı Ceyhunun həyatının
ssenarisini yazır. Pozur, dəyişir, hər gün daha bir
xoşbəxt Ceyhun ssenarisi yazılır.
Belə ssenari yazmaq
bacarığı onu "Azərbaycanfilm"ə sınaq
çəkilişlərinə gətirib
çıxardır.
Oxuduğu məktəbə
uşaq rolu üçün sınaq çəkilişlərinə
balaca oğlan uşağı gəzən rejissor köməkçiləri
onun şeytan simasına heyran qalıb kinostudiyaya dəvət
edirlər. Tanımadığı rejissorun - "Bu filmə
çəkilməsə belə onun gözəl ekran
siması var, əsil kinoluqdur"- rəyi Ceyhunun kinoya olan
marağını birə beş artırır.
İlk dəfə 11 yaşında
"Görüş" filmində Şıxəlinin
uşaqlarından birini oynayır. Filmdə heç gözə
çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri
olmur ki, peşəkarın gözündən
yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi
"Ögey ana" filmində İsmayıl rolu
üçün artıq gözaltı edib. Ona Ceyhunu
tanıtdıran isə Nəcibə Məlikova olub.
Sınaq çəkilişindən
sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə
aparacağını gözləyən Ceyhun dəhlizin o
başından bu başına keçən Nəcibə
xanımı görür. Aktrisanı ilk dəfə canlı
görməsi, onun gözəlliyi balaca kişini neçə
heyran edirsə, özü də bilmədən ağzı
açıq qalır. Nəcibə xanım ona - balası,
ağzını yum-deyə eyham edib keçib gedir. Sonra nə
düşünürsə, duruxub geri dönür. Aktrisa
Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa
keçib "Ögey ana" filminin çəkilişlərinə
aktyor yığan rejissora İsmayılı tapdım, öz
ayaqları ilə gəlib, dəhlizdədir - deyir. Rejissor
çıxıb Ceyhuna baxıb "Doğrudan
İsmayıldır ki!"-deyir. Bu filmə çəkiləndə
onun 12 yaşı olub.
Ceyhunun üçüncü filmi də əsas rol olur.
14 yaşında P. Meremenin əsəri əsasında Tofiq
Tağızadənin çəkdiyi "Matteo Falkone" filmində
baş - Fortunato rolu ona həvalə olunur. Bu iki uğurlu obraz
onun kinoda vizit kartına çevrilir. Sonra çəkildiyi
filmləri sadalamağa ehtiyac yoxdur. Zatən, sadalamağı
xoşlamıram. Ceyhun Mirzəyev deyəndə
tamaşaçının gözləri qarşısından
hansı obrazlar keçirsə, onları həmin aktyor
yaradıb.
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirəndən sonra
Moskvada da təhsil alır. İşinin peşəkarı
olmaq üçün. Onun 48 illik ömrünün 35 ilə
yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev
kinostudiyada müxtəlif peşələrdə
çalışıb. Assistent də olub, rejissor köməkçisi
də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi
filmlər də çəkib. "Mozalan" satirik
kinojurnalı üçün süjetlər çəkəndə,
onun bədii rəhbəri olanda çox gənc idi. Tanrı
Ceyhun Mirzəyevi həyatda çatacaqlarına çox tez,
vaxtından əvvəl çatdırıb.
Görünür, onu vaxtından əvvəl o dünyaya
aparmaq üçün. Kino çəkilişlərində,
gərgin iş rejimində Ceyhun Mirzəyevin dostlarını,
həmkarlarını parodiya etməsi adət halını
almışdı. Bunu ondan gözləyirdilər artıq.
Hamının dönüb ona baxdığını görəndə
birinci bunu ondan istəyən adamı parodiyadan
başlayardı.
"Mozalan"ın
başlığında səslənən vızıltı səsi
də ona məxsusdur, arını parodiya edir.
Özündən böyükləri
parodiya etməzmiş, bir dəfə necə olursa, Rasim Ocaqovu
parodiya edir və "cinayət başında"
yaxalanır, arxadan Rasim Ocaqov gəlib baxır və
görür. Ceyhun çevrilib baxanda Rasim Ocaqovun dönüb
getdiyini görür. Onun gözünə görünməmək
üçün bir aylıq Moskvaya ezamiyyət
götürüb aradan çıxır.
Bu bir ay ərzində Ceyhun Mirzəyev
indiyə qədər ona tanış olmayan bir hiss
yaşayır, sevir. Qarşısına çıxan Lida
adlı gənc qız onu elə ovsunlayır ki, evlənməyə
qərar verir. Həm də bu qarşılıqlı sevgi onun
yaradıcılıq yoluna da işıq salır. Evlilikdən
sonra Ceyhun Mirzəyev sevimli işində daha maraqlı etapa
keçir.
İllər keçir, Ceyhun Mirzəyevin
bir qızı dünyaya gəlir. Ana hüquq- mühafizə
orqanlarında çalışır, ata mədəniyyət
adamı. Qız hərtərəfli yüksək qabiliyyətə
malik olduğundan, gözəl şeirlər
yazdığından tezliklə ailənin dostlarının da
sevimlisi olur.
Ceyhun isə çəkilir,
süjetlər çəkir, kinonun qara işində də əli
olur, ağ işində də. Ətrafda isə təbii ki,
onu sevənlərlə bahəm, onun uğurlarına
qısqanıb paxıllıq edənlər,
ayağının altını qazıb çuxura salmaq istəyənlər
də az deyil. Ona veriləcək film son anda alınıb
başqasına, üzünə gülüb arxasınca
"iş görən" kəsə verilir. Bunu
görür, duyur, namərdliyə qarşı eyni hərəkəti
etməyi bacarmır, içinə atır. Bir gün, beş
gün. Həyat get- getə namərdləşir, daha
doğrusu, mərdlərin deyil, məhz namərdlərin,
ikiüzlülərin, ayaq altı qazanların dünyasına
çevrilir. Ceyhun uşaqkən böyüdüyü kimi,
düşüncələriylə gənckən qocalır
günbəgün. Beləcə, 90-cı illər gəlib
çıxır. Qarabağla bağlı olaylar Ceyhunun
rahatlığını əlindən almağa
başlayır. Gördüyü işlər gözündən
düşür. Gecə-gündüz nə isə Qarabağ
mövzusunda bir film ortaya qoymağın vacibliyi fikri onu narahat
edir. "Fəryad"ın ideyası yaranır. Onun çəkilişlərinə
başlananda artıq 1993-cü il idi. Ağdam, onun
doğulduğu Abdal-Gülablı işğal olunmuşdu.
Ceyhun Mirzəyev bu ağrını da nisbətən azaltmaq
üçün bütün enerjisini "Fəryad"a sərf
edirdi.
Kinonun çəkiliş məkanını
operator Kənan Məmmədovla Ceyhun Mirzəyev seçirlər.
Qışın oğlan çağında Murovun ətəyində,
Goranboy rayonunda çəkilişlər başlayır. Ceyhun
Mirzəyev çəkiliş arası döyüş yerlərinə
gedir. Döyüşçülərlə
görüşür, onların döyüş söhbətlərini
dinləyir.
Kərkicahan uğrunda
döyüşlərdə yaralanmış, əsir
düşmüş Arif İsmayılov adlı bir
döyüşçü sonralar "Fəryad" filminə
baxanda heyrətə gəlir. Filmdəki kadrlar bir vaxtlar
qospitalda yatarkən ona baş çəkməyə gələn
Ceyhun Mirzəyevə danışdıqları epizodlardır.
Arif İsmayılovla Ceyhun Mirzəyev zahirən də bir-birilərinə
çox bənzəyirlər.
Çəkilişdən evə
qayıdan rejissor evdə iki gün rahat dincələ
bilmirmiş, qospitalları gəzir, əsirlikdən
qaytarılmış, yaralanmış
döyüşçülərlə görüşür,
gecələr yuxuda belə o epizodları görüb
hövlnak yuxudan oyanarmış. Xanımı Lida
danışır ki, bizim də rahatlığımız
pozulmuşdu: "Ceyhun əvvəlki kimi ailəsinə,
canından çox sevdiyi qızı Cəmiləyə
bağlı deyildi, hardasa başqa yerdə idi, bizimlə olan
yalnız cismi idi. Onu da bizdən əsirgəyib vaxtından
tez çəkiliş meydançasına
qayıdırdı."
Tələsirdi Ceyhun, kaskadyor Əlini
iştirak etdiyi Qarabağ döyüşlərindən
çağırıb filmin lazım olan hissələrində
çəkirdi, amma elə səhnələr vardı ki,
Ceyhun özü çəkilirdi, Əlini döyüşdən
gətirtmirdi. Məsələn, Xocalıda balaca qız
uşağını işgəncə ilə qətlə
yetirən erməninin başını əzmək
üçün dağ çayından keçən Ceyhunun
sonradan buzlamış qıçları şişib göyərir.
Erməni obrazını oynayan Məlik Dadaşov onun
qıçına vuranda Ceyhun həqiqi ağrı hiss etdiyindən
inildəyir.
Bu ağrıları, əzabları
yaşamaqdan zövq alırmış, yox mazoxist deyildi,
işğal olunmuş yurdunun ağrı-acısını
içindən bu minvalla çıxartmaq istəyirmiş.
Özünə özündən:- niyə vətənin
işğal olunur, amma sən heç nə edə bilmirsən
və yaşayırsan?-deyə sual edib bir növ işgəncə
verirmiş.
Kinonun çəkilişləri
başa çatır, montaj başlayır. Ceyhun əməyinin
bəhrəsini görəcəyi günü həsrətlə
gözləyir və hər gün texniki prosesi izləmək
üçün kinostudiyaya gedir, tələsir,
darıxırdı.
Belə günlərin birində
sinəsindən qopan ağrı Ceyhun Mirzəyevi az qala
göyə çəkir. Müqavimətini saxlaya bilməyib
yıxılan Ceyhunu evə çətinliklə
çatdırırlar. Son vaxtlar Ceyhunun ağrıyan ürəyinin
az qala əlində silah keşiyində duran Lida xanım da bu
dəfə heç nə edə bilmir.
Onu köhnə Yasamal məzarlığında-
atasının, əmisinin yanında dəfn edirlər. Cəmi
48 yaşlı Ceyhun körpə ikən itirdiyi , indi
özü yaşında qalan atasına qovuşur.
Cəmilə isə atasız
qalır, bu günə qədər bu itki
qızcığazın qəlbində sağalmaz yaraya
çevrilib. Özünə qapılıb, filoloqdur, atası
barədə yazdığı şeirlərlə təsəlli
tapır.
Özünün görə bilmədiyi
film onun ölümündən sonra təqdim olunur. Filmə
baxan hər kəs tamaşa zalını bir fikirlə tərk
edirdi: "Bu filmi çəkən şəxs yaşaya bilməzdi,
çünki rejissor-aktyor çəkilməyib, çəkməyib,
olanları yaşayıb. Yaşayıb... və ölüb.
Bir vardı, biri yoxdu, cənnətməkanda
Abdal-Gülablı adlı bir kənd vardı. O kənddən
çox istedadlar Azərbaycan adlı məmləkətin ədəbiyyat,
mədəniyyət aləminə atılmışdı.
Hamısı da öz sahəsinin sevilən, seçilən
adamlarından olmuşdular. Bu kənd istedad istehsal edirdi.
1993-cü ilə qədər...
Həmin il Qarabağın digər
qarabəxt kənd və şəhərləri kimi
Abdal-Gülablı da yağmalandı, viran qoyuldu.
Ona qədər bu məkanda 9 aprel
1946-cı ildə bir nəfər də dünyaya gəldi. Bilsəydi
gəlməzdi. Bacarsaydı zamanın çarxını geri
fırladar, taleyinə yazılmışları dəyişdirərdi.
Elə Qarabağın da taleyini öz taleyi kimi yenidən
yazdırardı, amma bacarmazdı. Nə yazıq ki, insan
adlı ali varlığın nə doğuluşu, nə
ölümü, nə də taleyi öz əlində deyil. Əlimizdə
olan nə var ki?..
Bu dünyaya iradədən
asılı olmayaraq gəlirsən, iradənə zidd olsa belə
yaşayırsan, istəmədən ölüb gedirsən. Nə
gəldiyin könüllüdür, nə də getdiyin, nə
də həyat tərzin...
Bəlkə ona görə insan
ömür boyu azadlıq yanğısı çəkir, bəzilərimiz
onun üçün mübarizə belə aparırıq. Mənasız
mübarizə...
Ceyhun Mirzəyev də bütün
insan övladı kimi gəldi bu özülü ədalətsiz
qoyulmuş dünyaya. Gözlərini həyata təzə-təzə
açıb həyat deyilən nəsnənin ləzzətini
dadmağa başlayarkən onu verən qüvvə
atasını ondan aldı. Uşaqkən itki yaşayan Ceyhun
atasızlığı bütün varlığı ilə
içindən keçirdi, bu hiss elə içində onunla
bahəm yaşadı. Gecələr yorğan altına girib əzablı
günün yorğunluğunu yuxudan əvvəl göz
yaşları ilə çıxaran anasının
xısıntısını eşidib öz
yorğanını başına çəkərək qəlbində
ona qoşulan Ceyhun uşaqkən böyüyür. Ana
qayğısı çəkir, balaca çiyinlərinə
ailə məsuliyyəti götürür.
Atasızlığı
unutmağa, anasına arxasız olmadığını
göstərməyə çalışır. Yalnız təklikdə
öz aləmində atalı Ceyhunun həyatının
ssenarisini yazır. Pozur, dəyişir, hər gün daha bir
xoşbəxt Ceyhun ssenarisi yazılır.
Belə ssenari yazmaq
bacarığı onu "Azərbaycanfilm"ə sınaq
çəkilişlərinə gətirib
çıxardır.
Oxuduğu məktəbə
uşaq rolu üçün sınaq çəkilişlərinə
balaca oğlan uşağı gəzən rejissor köməkçiləri
onun şeytan simasına heyran qalıb kinostudiyaya dəvət
edirlər. Tanımadığı rejissorun - "Bu filmə
çəkilməsə belə onun gözəl ekran
siması var, əsil kinoluqdur"- rəyi Ceyhunun kinoya olan
marağını birə beş artırır.
İlk dəfə 11 yaşında
"Görüş" filmində Şıxəlinin
uşaqlarından birini oynayır. Filmdə heç gözə
çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri
olmur ki, peşəkarın gözündən
yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi
"Ögey ana" filmində İsmayıl rolu
üçün artıq gözaltı edib. Ona Ceyhunu
tanıtdıran isə Nəcibə Məlikova olub.
Sınaq çəkilişindən
sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə
aparacağını gözləyən Ceyhun dəhlizin o
başından bu başına keçən Nəcibə
xanımı görür. Aktrisanı ilk dəfə canlı
görməsi, onun gözəlliyi balaca kişini neçə
heyran edirsə, özü də bilmədən ağzı
açıq qalır. Nəcibə xanım ona - balası,
ağzını yum-deyə eyham edib keçib gedir. Sonra nə
düşünürsə, duruxub geri dönür. Aktrisa
Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa
keçib "Ögey ana" filminin çəkilişlərinə
aktyor yığan rejissora İsmayılı tapdım, öz
ayaqları ilə gəlib, dəhlizdədir - deyir. Rejissor
çıxıb Ceyhuna baxıb "Doğrudan İsmayıldır
ki!"-deyir. Bu filmə çəkiləndə onun 12
yaşı olub.
Ceyhunun üçüncü filmi də əsas rol olur.
14 yaşında P. Meremenin əsəri əsasında Tofiq
Tağızadənin çəkdiyi "Matteo Falkone"
filmində baş - Fortunato rolu ona həvalə olunur. Bu iki
uğurlu obraz onun kinoda vizit kartına çevrilir. Sonra
çəkildiyi filmləri sadalamağa ehtiyac yoxdur. Zatən,
sadalamağı xoşlamıram. Ceyhun Mirzəyev deyəndə
tamaşaçının gözləri qarşısından
hansı obrazlar keçirsə, onları həmin aktyor
yaradıb.
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini bitirəndən sonra
Moskvada da təhsil alır. İşinin peşəkarı
olmaq üçün. Onun 48 illik ömrünün 35 ilə
yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev
kinostudiyada müxtəlif peşələrdə
çalışıb. Assistent də olub, rejissor köməkçisi
də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi
filmlər də çəkib. "Mozalan" satirik
kinojurnalı üçün süjetlər çəkəndə,
onun bədii rəhbəri olanda çox gənc idi. Tanrı
Ceyhun Mirzəyevi həyatda çatacaqlarına çox tez,
vaxtından əvvəl çatdırıb. Görünür,
onu vaxtından əvvəl o dünyaya aparmaq
üçün. Kino çəkilişlərində, gərgin
iş rejimində Ceyhun Mirzəyevin dostlarını, həmkarlarını
parodiya etməsi adət halını almışdı. Bunu
ondan gözləyirdilər artıq. Hamının
dönüb ona baxdığını görəndə
birinci bunu ondan istəyən adamı parodiyadan
başlayardı.
"Mozalan"ın
başlığında səslənən vızıltı səsi
də ona məxsusdur, arını parodiya edir.
Özündən böyükləri
parodiya etməzmiş, bir dəfə necə olursa, Rasim Ocaqovu
parodiya edir və "cinayət başında"
yaxalanır, arxadan Rasim Ocaqov gəlib baxır və
görür. Ceyhun çevrilib baxanda Rasim Ocaqovun dönüb
getdiyini görür. Onun gözünə görünməmək
üçün bir aylıq Moskvaya ezamiyyət
götürüb aradan çıxır.
Bu bir ay ərzində Ceyhun Mirzəyev
indiyə qədər ona tanış olmayan bir hiss yaşayır,
sevir. Qarşısına çıxan Lida adlı gənc
qız onu elə ovsunlayır ki, evlənməyə qərar
verir. Həm də bu qarşılıqlı sevgi onun
yaradıcılıq yoluna da işıq salır. Evlilikdən
sonra Ceyhun Mirzəyev sevimli işində daha maraqlı etapa
keçir.
İllər keçir, Ceyhun Mirzəyevin
bir qızı dünyaya gəlir. Ana hüquq- mühafizə
orqanlarında çalışır, ata mədəniyyət
adamı. Qız hərtərəfli yüksək qabiliyyətə
malik olduğundan, gözəl şeirlər
yazdığından tezliklə ailənin dostlarının da
sevimlisi olur.
Ceyhun isə çəkilir,
süjetlər çəkir, kinonun qara işində də əli
olur, ağ işində də. Ətrafda isə təbii ki,
onu sevənlərlə bahəm, onun uğurlarına
qısqanıb paxıllıq edənlər,
ayağının altını qazıb çuxura salmaq istəyənlər
də az deyil. Ona veriləcək film son anda alınıb
başqasına, üzünə gülüb arxasınca
"iş görən" kəsə verilir. Bunu
görür, duyur, namərdliyə qarşı eyni hərəkəti
etməyi bacarmır, içinə atır. Bir gün, beş
gün. Həyat get- getə namərdləşir, daha
doğrusu, mərdlərin deyil, məhz namərdlərin,
ikiüzlülərin, ayaq altı qazanların dünyasına
çevrilir. Ceyhun uşaqkən böyüdüyü kimi,
düşüncələriylə gənckən qocalır
günbəgün. Beləcə, 90-cı illər gəlib
çıxır. Qarabağla bağlı olaylar Ceyhunun
rahatlığını əlindən almağa
başlayır. Gördüyü işlər gözündən
düşür. Gecə-gündüz nə isə Qarabağ
mövzusunda bir film ortaya qoymağın vacibliyi fikri onu narahat
edir. "Fəryad"ın ideyası yaranır. Onun çəkilişlərinə
başlananda artıq 1993-cü il idi. Ağdam, onun
doğulduğu Abdal-Gülablı işğal olunmuşdu.
Ceyhun Mirzəyev bu ağrını da nisbətən azaltmaq
üçün bütün enerjisini "Fəryad"a sərf
edirdi.
Kinonun çəkiliş məkanını
operator Kənan Məmmədovla Ceyhun Mirzəyev seçirlər.
Qışın oğlan çağında Murovun ətəyində,
Goranboy rayonunda çəkilişlər başlayır. Ceyhun
Mirzəyev çəkiliş arası döyüş yerlərinə
gedir. Döyüşçülərlə
görüşür, onların döyüş söhbətlərini
dinləyir.
Kərkicahan uğrunda
döyüşlərdə yaralanmış, əsir
düşmüş Arif İsmayılov adlı bir
döyüşçü sonralar "Fəryad" filminə
baxanda heyrətə gəlir. Filmdəki kadrlar bir vaxtlar
qospitalda yatarkən ona baş çəkməyə gələn
Ceyhun Mirzəyevə danışdıqları epizodlardır.
Arif İsmayılovla Ceyhun Mirzəyev zahirən də bir-birilərinə
çox bənzəyirlər.
Çəkilişdən evə
qayıdan rejissor evdə iki gün rahat dincələ
bilmirmiş, qospitalları gəzir, əsirlikdən
qaytarılmış, yaralanmış döyüşçülərlə
görüşür, gecələr yuxuda belə o
epizodları görüb hövlnak yuxudan oyanarmış. Xanımı
Lida danışır ki, bizim də rahatlığımız
pozulmuşdu: "Ceyhun əvvəlki kimi ailəsinə,
canından çox sevdiyi qızı Cəmiləyə
bağlı deyildi, hardasa başqa yerdə idi, bizimlə olan
yalnız cismi idi. Onu da bizdən əsirgəyib vaxtından
tez çəkiliş meydançasına
qayıdırdı."
Tələsirdi Ceyhun, kaskadyor Əlini
iştirak etdiyi Qarabağ döyüşlərindən
çağırıb filmin lazım olan hissələrində
çəkirdi, amma elə səhnələr vardı ki,
Ceyhun özü çəkilirdi, Əlini döyüşdən
gətirtmirdi. Məsələn, Xocalıda balaca qız
uşağını işgəncə ilə qətlə
yetirən erməninin başını əzmək
üçün dağ çayından keçən Ceyhunun
sonradan buzlamış qıçları şişib göyərir.
Erməni obrazını oynayan Məlik Dadaşov onun
qıçına vuranda Ceyhun həqiqi ağrı hiss etdiyindən
inildəyir.
Bu ağrıları, əzabları
yaşamaqdan zövq alırmış, yox mazoxist deyildi,
işğal olunmuş yurdunun ağrı-acısını
içindən bu minvalla çıxartmaq istəyirmiş.
Özünə özündən:- niyə vətənin
işğal olunur, amma sən heç nə edə bilmirsən
və yaşayırsan?-deyə sual edib bir növ işgəncə
verirmiş.
Kinonun çəkilişləri
başa çatır, montaj başlayır. Ceyhun əməyinin
bəhrəsini görəcəyi günü həsrətlə
gözləyir və hər gün texniki prosesi izləmək
üçün kinostudiyaya gedir, tələsir, darıxırdı.
Belə günlərin birində
sinəsindən qopan ağrı Ceyhun Mirzəyevi az qala
göyə çəkir. Müqavimətini saxlaya bilməyib
yıxılan Ceyhunu evə çətinliklə
çatdırırlar. Son vaxtlar Ceyhunun ağrıyan ürəyinin
az qala əlində silah keşiyində duran Lida xanım da bu
dəfə heç nə edə bilmir.
Onu köhnə Yasamal məzarlığında-
atasının, əmisinin yanında dəfn edirlər. Cəmi
48 yaşlı Ceyhun körpə ikən itirdiyi , indi
özü yaşında qalan atasına qovuşur.
Cəmilə isə atasız
qalır, bu günə qədər bu itki
qızcığazın qəlbində sağalmaz yaraya
çevrilib. Özünə qapılıb, filoloqdur, atası
barədə yazdığı şeirlərlə təsəlli
tapır.
Özünün görə bilmədiyi film onun ölümündən sonra təqdim olunur. Filmə baxan hər kəs tamaşa zalını bir fikirlə tərk edirdi: "Bu filmi çəkən şəxs yaşaya bilməzdi, çünki rejissor-aktyor çəkilməyib, çəkməyib, olanları yaşayıb. Yaşayıb... və ölüb.
Ədalət.-2012.-5
may.-S.24.