QAX
RAYONU İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ
(əvvəli ötən
saylarımızda)
Rayonun yerli xərcləri 3 milyon
142 min manata qarşı 3 milyon 123 manat və ya 99 fazi icra
olunmuşdur. 1012-ci ilin birinci rübündə vergi və tədiyyələrin
büdcəyə daxil olması rayon üzrə 724.2 min manat
proqnoza qarşı büdcəyə 518.1 min manat vəsait
daxil olmuşdur ki, bu da proqnozun 71.5 faizini təşkil etməklə
206 min manat azdır. Büdcəyə
yığılmış vəsaitin həcmi 2011-ci ilin birinci
rübünə nisbətən 34.9 min manat və ya 7.2 faiz
artıqdır. Büdcəyə daxil olmalarıda dövlət
müəssisələrinin xüsusi çəkisi 5.4 faiz və
ya 28.2 min manat, qeyri dövlət müəssisələrinin
xüsusi çəkisi 83.1 faiz və ya 430.5 min manat, fiziki
şəxslərin xüsusi çəkisi 11.5 faiz və ya
59.4 min manat təşkil etmişdir.
2012-ci ilin birinci rübündə
məcburi dövlət sosial sığorta haqları üzrə
680.4 min manat proqnoza qarşı ümumilikdə 721.6 min manat
daxil olmaqla proqnoz 106.1 faiz yerinə yetirilmişdir. Proqnoz
büdcə sektoru üzrə 110.4%, qeyri büdcə sektoru
üzrə isə 91.1 % yerinə yetirilmişdir.
Rayon Əhalinin Sosial Müdafiəsi
Mərkəzinə ünvanlı sosial yardım almaq
üçün 236 ailə müraciət etmiş, bundan 235
ailəyə ünvanlı sosial yardım təyin
edilmişdir. Təyin olunanlardan 10 ailə məcburi
qaçqın və köçkün ailəsi, 44 ailə
ümumi səbəblərdən əlil şəxslərin
ailəsi, 39 ailə isə çoxuşaqlı ailə
olmuşdur. Qanunla müəyyən olunaraq 49 nəfər vətəndaşa
sosial müavinət təyin olunmuşdur.
Tikinti quruculuq işləri davam edir
Hazırda rayon Qaz İstismar Sahəsi
tərəfində şəhərin və Qaxbaş kəndinin
yeni yaşayış massivlərinin
qazlaşdırılması işi aparılır. Şəhərdə
551 ədəd qaz sayğacı mənzil və həyətlərdən
çıxarılmaqla küçə xətlərinə
yenisi ilə əvəz olunmuşdur. Almalı kəndinə
yeni qaz xəttinin çəkilişi isə davam etdirilir.
Qax şəhərinin su və
kanalizasiya sisteminin yenidən qurulması işlərinə
başlanılmış, İlisu kəndindən 8 km
uzunluğunda Qaxbaş, Qax İngiloy və Qax şəhər
əhalisini içməli su ilə təmin edəcək yeni
su xəttinin çəkilişi davam etdirilir. Marsan kəndində
yeni artezian quyusu qazılıb istifadəyə verilmişdir.
Qaşqaçay kəndinə gələn içməli su xəttində
baş vermiş qəza nəticəsində sıradan
çıxmış 50 metr uzunluğunda 100 mm-lik polad boru
yenisi ilə əvəz olunmuşdur.
Rayon Elektrik Şəbəkəsi
tərəfindən 12 ədəd transformator yarımstansiyalarında
cari və əsaslı təmir işləri
aparılmış, 213 ədəd sayğac
quraşdırılmış, 9 km 10 kv-luq, 6 km 0.4 kv-luq hava xətti
əsaslı və cari təmir olunmuşdur.
Rayon Telekommunikasiya
Qovşağı tərəfindən 2012-ci ilin birinci
rübündə rayonun bütün kənd ərazilərində
sürətli internet yayımını təmin etmək
üçün uzunluğu 135 km olan kabel xəttinin 51 km-nin
çəkilişi başa
çatdırılmışdır. Sürətli internet abunəçilərinin
sayı 367 nəfər artaraq 1260 nəfər olmuşdur.
Suvarma kanallarında 60 min m3 həcmində
lildən təmizlənmə işləri
aparılmış, sahilbərkitmə işlərinin
aparılması məqsədilə 285 m3 beton bənd, 125 m3
daş beton bənd, 208 m3 beton kanal əsaslı təmir
olunmuş, 202 m3 daşqın və selə qarşı
çay məcralarının təmizlənməsi işi
aparılmışdır. İlisu kəndinin mühafizəsi
üçün tikilmiş suqəbuledici qurğuda 5 min
manatlıq əsaslı təmir işləri
aparılmışdır.
Malaxçayı üzərində
3 aşırımlı, 54 p/m uzunluğunda və
Kürmükçayı üzərində 700 p/m
uzunluğunda olan körpülərin tikintisi davam etdirilir.
360 şagird yerlik Zəyəm kənd
tam orta məktəb binasında, Əlibəyli kənd xəstəxanasında,
Güllük kənd həkim məntəqəsində,
İdman kompleksində, Dövlət Sosial Müdafiə
Fondunun Qax rayon şöbəsinin inzibati binasında,
Qarabaldır kəndi ərazisindəki süd məhsulları
emalı müəssisəsində, "El Resort" hotel
kompileksinin 2 mərtəbəli konfrans zalında, Heydər Əliyev
mərkəzində, Ağçay kəndi ərazisindəki
yeni istirahət mərkəzində, 40 mənzilli 9 mərtəbəli
və 18 mənzilli 4 mərtəbəli yaşayış
binalarında, "Səngər Qala" istirahət kompleksində
tikinti işləri davam etdirilir. Vergilər Nazirliyinin 13
saylı ərazi vergilər idarəsinin vergi ödəyicilərinə
xidmət göstərəcək vergi xidmət mərkəzi
tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetində 2012-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasındakı proqram
xarakterli çıxışından irəli gələn vəzifələrin
yerinə yetirilməsi istiqamətində royonda aparılan
işlər yeni vüsət almaqdadır. əvvəlcədən
nəzərdə tutulan tədbirlərin məqsədyönlü
icrası gələcək işlərin də uğurlu
davamına yaxşı stimuldur.
2012-ci ilin keçən
dövrü ərzində rayonda
taxılçılığın,
tütünçülüyün, heyvandarlıq məhsullarının
və emalının inkişaf etdirilməsi, toxumçuluq,
tingçilik sahələrində, barama istehsalının
artırılması, suvarılan torpaqların su təminatının
yaxşılaşdırılması sahəsində işlər
davam etdirilmişdir. Tütün emalı, Aqrotexservis xidməti,
bitki mühafizə, baytarlıq xidməti sahəsində məqsədyönlü
iş aparılması təmin olunmuşdur. Bu ilin ötən
dövrü ərzində 423 hektar sahədə yonca, 87,5
hektar sahədə tərəvəz, 278,9 hektar sahədə vələmir,
25,5 hektar sahədə bostan əkini aparılmış, 350
hektar sahədə tütün əkini üçün
hazırlıq işləri başa
çatdırılmış, 360 hektar sahəni təmin edəcək
həcmdə tütün ştillikləri
salınmışdır. Məhsul istehsalçılarına
güzəştli qiymətlərlə satılmaq
üçün Aqrolizinq tərəfindən 184 ton,
toxumçuluq təsərrüfatları tərəfindən
mərkəzləşdirilmiş qaydada 170 ton azot gübrəsi
gətirilmiş, suvarma kanalları və hidrotexniki qurğular
işlək vəziyyətə salınmışdır. Cari
ildə 400 hektar sahədə kartof, 500 hektar sahədə tərəvəz,
240 hektar sahədə bostan, 2500 hektar sahədə dən
qarğıdalı əkilməsi
proqnozlaşdırılmışdır. Hal-hazırda səpin
aparılması üçün qarğıdalı sahələrində
hazırlıq işləri başa çatmaq üzrədir.
Taxıl sahələrində 4000 hektara yaxın sahəyə
yemləmə gübrəsi verilmiş, 6000 hektardan çox
sahədə gəmiricilərə qarşı mübarizə
işi aparılmış, 1000 hektar sahəyə yaşıl
mala çəkilmişdir.
Beləliklə, Qax rayonunda son illər,
ayrıca olaraq 2011-ci ildə və 2012-ci ilin 1-ci rübündə
görülən işlərə nəzər saldıqda
bütün istiqamətlər üzrə mükəmməl
inkişafın şahidi olursan. Belə bir əhval-ruhiyyə
daha ciddi uğurlardan xəbər verir.
MƏZAHİR
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-8 may.-S.7.