RUHLAR
QİYAMI
poemadan
bir parça
Ah, Şuşa!
İçimdən yandırdın
məni,
Dağlara çəkilib əzəlin
sənin.
Niyə məlul-məlul baxırsan mənə?!
Hanı gözəlliyin, gözəlin sənin?!
Burda öz zövqümlə seçib hər daşı,
Haman bu
qalanı gətirdim başa.
Tarixin məhvəri dönəndə
geri
Qala yox, insan da dönərmiş daşa.
Faciə səhnəli Azərbaycanın
Hankı baharıyla vursun
qəlbimiz?!
İyirmi faizlə baş aldatmayaq,
Yetmiş faizini itirmişik biz!
Torpaq da haramdır, hava da haram,
Qeyrət qanımızdan top atmayınca.
Bir daha ölmərəm, öldüyüm kimi
Bütöv Azərbaycan yaratmayınca!
Vətən, korocağın, şərəfsizin
çox,
Dünən səndə olan
bu gün kimindi?
Bir vaxt İrəvanı paytaxt verənlər,
Hörmətlə,
izzətlə anılır
indi!
Ələmdən,
kədərdən, müdhiş
bəladan
Yüz il də
danışsaq, yenə
azdır, az.
Qanıyla göylərə sülh yazmayanın
Vətən torpağında tozu
da qalmaz.
Xəyal hey atlanır Xudafərindən,
Arazı keçəndə gözlə!
- demişəm.
Təbrizə,
Salmasa, Xoya, Zəncana
Qələbə
ümidli söz də vermişəm!
Avropa günahla oyadır bizi,
Xaç örtüb üstünü
tökülən qanın!
Göylərdə
təklənən dağlar
qartalı
Matəm bayrağıdır Azərbaycanın!!!
Hələ çoxmu dözək
həmsədrlərə?!
Hər biri daşnakla
yal dadıb gedir.
Əfələ
göz vurub bizim tərəfdə,
Ərsiz arvad kimi aldadıb
gedir!
Bakının mövqeyi suya da bəlli -
Millətə xəyanət, dövlətə
qəsddir.
Erməni Şuşada yollar çəkirsə,
Sülhdən danışmağın özü
əbəsdir!
Səngər qəbr evidir,
əsgər başdaşı.
Daşnak bayrağını endirməyibsə.
De, kimə gərəkdir "İstiqlal"ımız,
O bir qan içəni gəbərtməyibsə!
Düşməni
coşdurur atəşfəşanlıq,
Bizdə atəşkəsə bayraq
baş əyir!
Erməni qızının atdığı
güllə
Bizim oğulların başından
dəyir!
Hünər barmağıyla tətiyi çəksən
Dilə zindan olmaz qandallı bilək.
Sönmüş
ocaqları yandırmaq
üçün
Bakı qətiyyəti od
olsun gərək!
Zülmün məşəqqəti gözdən
qıranın
Nə eyninə tuşdur,
nə də vecinə.
Köçü
Qarabağa boyun bükənin
Özü candan keçir
ölüm gücünə.
Tənbəki qoxulu qəbrlər artır,
Nağıl nənələrin ömrü
yuxalıb!
Burda qoyun, keçi çox olduğundan
Çaqqalın,
tülkünün sayı
çoxalıb!
Həyatda çox şeyi
dəyişir zaman.
Torpağın yaddaşı heç
vədə itmir.
Şuşanın
qəm açan "Xarı bülbül"ü
Nazını çəksən də qürbətdə bitmir.
Göz görəndən qorxar, ağıl kəlamdan,
Nağıl danışmaqla yara
sağalmaz.
"İsa bulağı"ndan su içən durna
Bakı göylərindən lələk də salmaz.
Daş-torpaq iyrənib, Yer-göy ürpəşir,
Belə insan olar, insanlıq olar?!
Qanun çəp düşəndə, haqq
pozulanda,
Qəddar, baş kəsən
də cəzasız qalar.
Min dəfə
deyilib: - Gözləmək
yetər!
İndi söz qılıncın,
güc silahındır.
Elə bir uçqunla üz-üzəyik ki,
Bu suç
nə bəndənin,
nə Allahındır.
Xocalı qanında yorğan qızdırıb,
Qarabağ dərdini tanımır
BAKI!
"Tac-mahal"
ucaldıb firavanlığa,
Xalqın namərdini qınamır Bakı!
Qanlı bayraq asıb hər məşəqqətə,
Sultan da iqtidar, şah da iqtidar!
Cəllad da özüdür, zülmkar da o,
İqtidar yaradıb gopda iqtidar!
Yalnız həqiqətdir varı, dövləti
Vədi, etiqadı, vəfası
yalan.
Külli-ixtiyarı
verib tatlara,
Ölkəni yerindən oynadır talan!
Tərəzi düz çəkmir, mizan pozulub,
Şərdən maya tutan hamar yoldadır.
Biçarə
milləti ölümdən
başqa,
Bu qara torpaqda hər şey aldadır!
Nə mürvət, nə pənah, nə insaf, nə din,
Hamı bir-birinə tay
olub gedir.
Bu boyda Vətəndə bu boyda millət
Allah görə-görə
zay olub gedir!
Burda nanəcibdən kişilik
umma,
Bacarsa, axşama sabahı satar!
Evdə atasını, eldə qızını,
Gözünə
görünsə, Allahı
satar!
Səngərdən
o yana titrətmir,
nədən,
Hərbi zavodların səsi,
sorağı?
Bəs, nə vaxt Şuşaya
sancılacaqdır
Mübariz bükülən Vətən bayrağı?!
Burda buynuz sürüb qiyamət
günü,
Yalın qılınc kimi
çapır rəzalət.
Xalqı səfalətə verib gedəni
Tərbiyəm deyir ki, itinə lənət!
Həyatın müqəddəs
qanunları var,
Vicdan qaldıranı şər
yıxa bilməz.
Millət birləşəndə,
xalq bir olanda
Torpaq qəsrə dönər, ordu
yenilməz.
Son qərar sizindir,
səfərbər olun!
Biçək daşnakları hünərimizlə.
Bu zavallı xalqın, yazıq Vətənin
Yuyaq ələmini zəfərimizlə!
Özünə qaytaraq yurdu,
yuvanı,
Bulaqlar çağlasın,
çaylar durulsun.
Ruhlar ordumuza əmr etsin Vətən,
Cənab Mehmandarov komandan olsun!..
Pənah xan sözündən
ayrılır, bu dəm
Hər dildən, ağızdan bir
Vətən qopur!
İzdiham dalğalı hər
fikir, hər söz
Hər daşın, qayanın
köksünə hopur!
... Kim bilir, neçənci
qaqqıltıdır bu?!
Vətəndən-vətənə
köçür durnalar.
Sanki
Natəvanın göz yaşlarını
"İsa bulağı"ndan
içir durnalar!
... Arzudur, ümiddir açılan sabah,
Fərəh körpələrin dilində
uçur!
Döyüşən
Ordunun zəfər bayrağı
"Ağatlı
oğlan"ın əlində
uçur!...
EPİLOQ
Can Qarabağ! Sabahın
Könlümü
oyatmır, oy!
Əsərim sona çatdı,
Dərdim sona çatmır, oy!
Bu zavalı illərə,
Aylaramı danışım?!
Dərələrə
üz tutub,
Çaylaramı danışım?!
Ahını göydə qartal
Qanadında gəzdirir!
Qəzəbində qıy çəkib,
İnadında gəzdirir!
Dağlar maralsız qalıb! -
"Çeşməli, sulu
dağlar".
Bu dağa yerdə xalqım.
Göydə Allahım ağlar!
Fil çəkən yükdən
deyil
Vətən, torpaq itkisi.
Kişiyə yəmşaq örtər
Yurdun bayraq itkisi.
Başına hər gələni
Ocaqların danışır.
Çöl-çəmən
ağlar qalıb,
Oymaqların danışır.
Təkcə bənövşələrdi
Qəmini bölən sənin!
Uğrunda ölə bilmir
Dərdindən ölən sənin!
"Topxana" meşələri...
Hər kötükdə ələm
var.
Quşların cəhcəhini
Baltalayıb baltalar.
Burda sərgilənsə d
Hər gülün öz
qönçəsi,
Tarından pərdə
açıb
Tüfəng səsi, top səsi!
Hərdən heyvan aşsa da
Heyvanlığın həddini,
Heç vaxt keçmir ki,
keçmir
Şir-şirin sərhəddini!
Bu qədər korocaqlıq,
Nankorluq olarmı heç?!
Gendən gəlmə
şüardır:
Puldan yapış, yurddan keç!
İyirmi ildir tamam,
Alnına yaxıb gəzir
Burda tökdüyü qanı!
-
Erməni ordusunun
Ağrıdağ
iştəhalı
Ali Baş Komandanı!
Daşnak prezidentin
Kefi kök, damağı çağ;
Hələ bunda sözə bax:
- Qarabağı
biz aldıq.
Gələcək
nəsillərə
Ərməğandı
Ağrıdağ!
Bax, bu yerdə deyiblər:
"Qalxan, yatan öküzün"....
A millətim, a
xalqım,
De, buna
nədir sözün?!
Oxucum, gendə durma,
Bir günah da səndədir.
Qarabağın
baharı
Tüfəng tətiyindədir,
Varmı - deyin - torpağa
Son sözünü
deyəsi?!
Nəyi gözləyir görən,
Əgər varsa yiyəsi?!
Oxuyub bu əsəri
Haqqa gəlin, barışın!
Ölülər
deyənlər
Dirilərə
danışın!
Nə qədər ki, düşmənin
Tökdüyü
qan sözdədir,
Nə kişilər bizimdir
Nə kişilik bizdədir!!!
MƏCNUN
GÖYÇƏLİ
Ədalət.-2012.-8 may.-S.6.