Yan Ola Sand:
"Azərbaycanın bu il
də qalib olmaq
şansı var"
"Eurovision" mahnı müsabiqəsinin
icraçı rəhbəri
(exectuve supervisor) Yan Ola Sandın
APA-ya müsahibəsi.
- Çıxışınızda
dəfələrlə Azərbaycandakı
şounun çox özünəməxsus və
möhtəşəm olacağını
bildirmisiniz. Bu il müsabiqədə
müxtəlif yaş
kateqoriyalı təmsilçilərin
yarışmasına necə
baxırsınız? Sizcə, bu
yarışmada müvafiq
bir yaş həddi olmalıdırmı?
- Bu hal olduqca sevindiricidir və bu onu
göstərir ki, müsabiqə daha fərqli və müxtəlif insanları,
kateqoriyaları, etnik mənsubiyyətləri cəlb
edir. Nəticə isə belədir
ki, yarışma daha da maraqlı
olur. Bir şeyi qeyd
etmək lazımdır
ki, bu, mədəniyyət
tədbiri üçün
çox vacib bir faktordur və
müxtəliflik tamaşaçılara
da geniş şanslar verir.
- Avropa Yayım
Birliyi tərəfindən
"Asiavision" musiqi
yarışmasının keçirilməsi
nəzərdə tutulur.
Bu layihənin "Eurovision"a rəqib olmasından narahat deyilsiniz ki?
- Bu yarışmanı
keçirmək EBU deyil,
EBU-nun digər ölkələrdəki
qardaş təşkilatları
tərəfindən həyata
keçiriləcək. Onlar "Asiavision"
etmək istəyindədirlər,
amma bu layihənin
konsepsiyası başqa
cür olacaq. "Asiavision"un canlı yayımı, tamaşaçı səsverməsi
olmayacaq. Ümumilikdə, onu deyə
bilərəm ki,
"Eurovision"dan böyük,
dünyanı əhatə
edəcək bir layihə etmək fikrində deyilik. Ərəb
ölkələri və Cənubi Amerika bu cür layihələrə
çox maraqlıdır, onlar
belə bir şey yaratmaq istəyirlər. "Eurovision" bu gün necə
işləyirsə, bundan
sonra da ideal formada işini davam etdirəcək. "Asiavision"u isə Asiyada EBU-nun tərəfdaş
təşkilatı həyata
keçirəcək.
- Builki 42 mahnını dinləmisiniz və fikriniz necədir? Bu il bir çox mahnılar ölkələrin öz dilində səslənəcək.
Sizin buna münasibətiniz necədir?
- Mahnıların
hər biri üslub baxımından seçilir. Mən təmsilçilərin öz dilində oxumaq azadlığını
yüksək qiymətləndirirəm.
Onların bir çoxu
öz dilində oxuyur və milli alətlərdən istifadə məni sevindirir. Hər il olduğu
kimi, builki müsabiqənin də mahnıları cəlbedicidir.
- Maraqlıdır, "Eurovision" mahnı müsabiqəsiin
rəhbərliyini icra
etdikdən sonra hansısa iştirakçıya
səs vermisinizmi?
- Bəli, səs vermişəm, amma kimə səs verdiyini açıqlamayacağam. Qoy
bu sirr olaraq
qalsın
- Hər il olduğu
kimi, bu il də bukmekerlər
müsabiqə iştirakçılarının
şanslarını dəyərləndirir,
"Eurovision" pərəstişkarları
arasında səsvermə
keçirilir. İsveç təmsilçisi Loreen hər iki səsvermədə
ilk yerdədir. Sizin
fikrinizcə, bu nəticə doğru ola bilərmi?
- Bu marağa hər zaman çox diqqətlə yanaşıram. Doğrudur,
bu il
İsveçin mahnısı
çox diqqət qazanıb. Ənənəvi olaraq, həm
"Ogae"in, həm
bukmekerlərin səsverməsini
izləyirəm. Bu gün
həqiqətən də
çox adam
İsveçdən danışır.
Amma bir məqama diqqət çəkmək
istəyirdim, çox
illər olub ki, kimsə favorit sayılsa da, həmin iştirakçı aşağı
yerlərdən birini tutub. Ötən il Böyük
Britaniya, Fransa, İrlandiyaya da maraq çox idi və bütün
səsvermələrdə ön
sıralarda idilər.
Ən vacib iki həftə hələ qabaqdadır, bu müddətdə böyük dəyişikliklər
ola bilər.
Həm də münsiflər heyəti var, onların fikri hələ məlum deyil.
- Bu il "Eurovision"un
60-cı mahnısı qalib
olacaq. Növbəti illərdə də
belə hallar baş verdiyi təqdirdə hansı addımı atmaq fikrindəsiniz?
- Bununla bağlı mexanizmimiz var və belə
olacağı təqdirdə
biz müvafiq addımlar
atacağıq. Belə
deyim, əgər belə bir hal
baş versə, o zaman eyni bal
toplamış ölkələrə
verilən 12 balların
çoxluğu hesablanacaq
və daha çox 12 bal qazanan ölkə qalib olacaq.
- Azərbaycanın ikinci il dalbadal
"Eurovision"da qalib
gəlmək şansı
varmı?
- Aydındır
ki, Azərbaycan müsabiqəyə qatıldığı
ildən bəri "Eurovision"a böyük
maraq göstərir. Ümumiyyətlə, ev sahibi olan ölkənin üstünlüyü ondadır
ki, hər zaman diqqət mərkəzində olur. Əlbəttə ki, Azərbaycanın bu il də
qalib gəlmək şansı var.
- Siz bu müddət
ərzində Azərbaycana
çox gəlib-getmisiniz.
Layihə bitdikdən sonra
"Odlar Yurdu" üçün darıxacaqsınız?
- Darıxacağam,
amma mən yenə də Azərbaycana gələcəyəm.
Azərbaycana və özümüzə
qarşıda gələn
möhtəşəm yarışmada
uğurlar diləyirəm.
Ədalət.-2012.-8
may.-S.8