Təbrizdə
oğurlanan şairlərimiz
tapılmır
Axtarışlara
Kamal Abdulla da qoşulub
"İrana Bakıdan səfər
etmiş iki gənc Azərbaycan şairi Şəhriyar
Hacızadə və Fərid Hüseynin tapılması barədə
İrandakı Baş Konsulluğumuzu məlumatlandırmışıq.
Hazırda baş konsulluq...
"İrana Bakıdan səfər
etmiş iki gənc Azərbaycan şairi Şəhriyar
Hacızadə və Fərid Hüseynin tapılması barədə
İrandakı Baş Konsulluğumuzu məlumatlandırmışıq.
Hazırda baş konsulluq bu məsələni
araşdırır".
Bu sözləri Lent.az-a
açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Elman Abdullayev deyib. E. Abdullayevin
bildirdiyinə görə, gənclərin hansı şəraitdə
yoxa çıxdıqları, tutulub-tutulmadığı barədə
də məlumat yoxdur: "Onlardan xəbər çıxan
kimi konsulluq bizi məlumatlandıracaq və biz də mətbuata
məlumat verəcəyik".
Xatırladaq ki, kulis.az saytı iki
azərbaycanlı şair Şəhriyar delGerani (Hacızadə)
və Fərid Hüseynin Təbrizdə mülki geyimli şəxslər
tərəfindən həbs edildiyi barədə xəbər
yayıb. Xəbərdə deyilir ki, Təbrizə poeziya
festivalına gedən gənclər geri qayıdarkən
mülki geyimli şəxslər tərəfindən naməlum
istiqamətə aparılıblar. Mayın 2-dən bəri
onlardan xəbər yoxdur.
Şəhriyarın atası
Hacı Mail Hacıyev artıq İran səfirliyinə
sorğu göndərildiyini deyib. Məsələ ilə
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla şəxsən
İran səfirliyinə müraciət edib. Hacı Mailin
sözlərinə görə, məsələni həm də
Azərbaycanın Xarici İşlər Nazirliyi
araşdırır.
Hadisə ilə bağlı
"Dünya ədəbiyyatı" dərgisinin baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə
Heyətinin üzvü Səlim Babullaoğlu İranın Ali
Dini rəhbəri Ayətullah Xamneyi, prezidenti Mahmud Əhmədinejad
və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır
Bəhramiyə müraciət edib.
S.Babullaoğlu bildirib ki, adları
çəkilən adamlar olduqca istedadlı gənc ədəbiyyatçılardır,
gənc olmalarına rəğmən Azərbaycanda kifayət
qədər yaxşı tanınırlar və onlar indiyəqədərki
heç bir hərəkəti və yazısı ilə nə
İran dövlətinin, nə də Azərbaycan-İran
dostluğunun əleyhinə olmayıb:
"Düşünmürük ki, gənc həmkarlarımız
İranda olduqları müddətdə hər hansı qanun
pozuntusuna yol veriblər. Bunu eyni vaxtda İranda olan və
onların saxlanmasına şahidlik edən həmvətənlərimiz
də söyləyirlər".
Müraciətdə deyilir ki.
İslamın uca, insanpərvər idealları əsasında
qurulan və yaşayan dövlətdə belə bir xoşagəlməz
hadisənin olması dərin təəssüf hissi
doğurur: "İnanrıq ki, İran dövlətinin
müvafiq strukturları bu məsələni tezliklə həll
edəcək, ilk növbədə bu gənclərin onları
artıq 5 gündür səbirsizliklə gözləyən
valideynlərinin, sonra isə ədəbi ictimaiyyətin
narahatlığına son qoyulacaq.Sizdən çox xahiş
edirik ki, bu məsələnin tezliklə həll olunmasında
öz böyük nüfuzunudan istifadə edəsiniz və ədalət
bərqərar olsun!".
Anar
Ədalət.-2012.-8
may .-S.4.