20 İLLİK
ŞUŞA HƏSRƏTİ
"Əsgər
Analarına Dəstək" İctimai Birliyi
Şuşanın düşmən tapdağında
qalmasının 20 illiyi ilə əlaqədar tədbir
keçirdi. Tədbiri giriş sözü ilə açan
İctimai Birliyin sədri Növrəstə İbrahimova ilk
öncə bu günlə əlaqədar hamıya
başsağlığı verdi. Sonra isə
insanlarımızın laqeydliyindən danışdı:
"Torpaqlarımız neçə illərdir inildəyir,
deyir ki, axı səni boya-başa çatdırdım, gəl
məni bu zülmdən qurtar. Bu iniltiləri mənəvi və
cismi duyğu ilə duymaq, şəhidlərimizin ruhunu şad
eləmək əvəzinə gözdən pərdə asmaq
üçün ildə bir dəfə "filan yerin
işğal günüdür" deyilir. Hələ üstəlik
ağla, əxlaqa sığmayan hərəkətlərə
də yol verilir. Dünyada gözəlliyi ilə ikinci yeri
tutan çinar meşəli, səfasından gözlər
doymaz Zəngilanı, firuzə, qızıl yataqlı, məlhəmləri
daxili və xarici xəstəlikləri sağaldan gözəl
Kəlbəcəri, uca dağlar zirvəsində qartalların
oylağı Laçını, Azərbaycanın görən
gözü, vuran ürəyi, axan qanı, mirvari
Şuşanı, qəhrəmanları ilə ün salan
Qubadlını, gözəl mənzərəli Cəbrayılıg
əldən verməsinə baxmayaraq, bu gün şənlənərək,
təmtəraqla şouları xalqa sırıyanları ən
azından arsız adlandırmaq olar. Halbuki qız-gəlini erməni
əlində əsir olan ölkənin kişilərinin gərək
gecələr yuxusu qaçsın, gündüzlər
rahatlığı pozulsun".
Ədalət.-2012.-9 may.-S.4.