Həsən Əblucun
70 illiyi qeyd edildi
Aprelin
30-da Akademik Milli Dram Teatrda görkəmli mədəniyyət
xadimi, əməkdar artist Həsən Əblucun anadan
olmasının 70 illiyinə həsr olunan xatirə gecəsi
keçirilib. Lent.az xəbər verir ki, tədbirə sənətkarın
sənət dostları, kino və teatr xadimləri
qatılıblar. Gecənin aparıcıları əməkdar
artist Azad Şükürov və xalq artisti Həmidə
Ömərova sənətkar haqqında fikirlərini
bölüşmək üçün
iştirakçılara söz verib. Azad Şükürov
deyib ki, Həsən Əbluc Azərbaycan incəsənət
aləmində özünəməxsus iz qoyan sənətkarlarındandır:
“O, aktyor, rejissor, bədii qiraətçi kimi bir çox
işlə məşğul olur və hər zaman da öz dəsti-xətti
ilə fərqlənirdi. Bu gün Azərbaycan teatr səhnəsində
onun davamçıları fəaliyyət
göstərməkdədir”.
Mərhum
sənətkarın qardaşı Ənvər Əbluc tədbirin
keçirilməsinə görə Mədəniyyət və
Turizm Nazirliyinə, həmçinin Akademik Milli Dram Teatrın
rəhbərliyinə və bütün əməyi keçənlərə
təşəkkür edib. “Qardaşım 18 ildir,
dünyasını dəyişsə də, ruhu hər zaman
bizimlədir. Çünki əsl sənətkar ölmür
və Həsən Əbluc da yaradıcılığı,
tamaşaları və ən əsası səsi ilə
insanların ürəyində öz yerini tutub” deyə Ə.Əbluc
qeyd edib.
Ədalət.-2012.-2 may.-S.8.