Nərgiz
Paşayeva orden
aldı
Dünən M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
professor Nərgiz Paşayevaya Macarıstanın "Xidmətlərə
görə" komandor xaç ordeninin təqdim edilməsi mərasimi
keçirilib.
APA-nın xəbərinə
görə, N.Paşayeva macar mədəniyyətinin Azərbaycanda
təbliği istiqamətindəki fəaliyyətinə
görə Macarıstanın dövlət
başçısının sərəncamı ilə bu təltifə
layiq görülüb.
Mərasimdə Macarıstanın
Azərbaycandakı səfiri Jolt Çutora Macarıstan
prezidentinin N. Paşayevanın ordenlə təltif edilməsi
barədə sərəncamını oxuyub.
Səfir
çıxışında iki ölkə arasında əlaqələrin
yüksək səviyyədə olduğunu, mədəni tədbirlərin
xalqları bir-birinə daha da
yaxınlaşdırdığını bildirib. Nərgiz
Paşayevanın bu istiqamətdəki rolunu xüsusi
vurğulayan diplomat Azərbaycanın mədəniyyətlərarası
dialoqun təşviq olunmasında da xüsusi rola və əhəmiyyətə
malik olduğunu qeyd edib.
N.Paşayeva Macarıstan
prezidentinin sərəncamı ilə yüksək mükafata
layiq görülməsinin onu
qürurlandırdığını, bunun iki ölkə
arasında mədəni dialoqun inkişafına göstərilən
diqqətin bariz nümunəsi olduğunu deyib.
Macarıstanın mədəni irsi
barədə danışan professor Qərbin bir çox məşhur
bəstəkarının məhz macar xalq musiqisinin təsiri
altında yaşayıb-yaratdıqlarını vurğulayıb.
N.Paşayeva "ÜNS"
yaradıcılıq səhnəsinin dəvəti ilə
Bakıda çıxış etmiş məşhur macar
vokalisti və bəstəkarı Marta Sebestyenin də bu ordenə
layiq görüldüyünü xatırladıb.
N.Paşayeva bu mükafata təkcə
rektor və "ÜNS" yaradıcılıq səhnəsinin
bədii rəhbəri kimi deyil, həm də Azərbaycanın
nümayəndəsi kimi layiq görülməyinin xüsusi əhəmiyyət
daşıdığını və qürurverici olduğunu
da vurğulayıb.
Daha sonra tədbir bədii hissə
ilə davam etdirilib. Tədbirdə Macarıstanın
"Duna" kvartetinin və rəqs duetinin
çıxışları olub.
Ədalət.-2012.-2
may.-S.4.