MÜASİRLƏŞƏN
MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ
(mövzu əsasında VI yazı)
Daim inkişafda olan strateji dövlət
qurumu
Bu mövzuda
söhbət açarkən
əvvəlcə bir sıra vacib məsələləri xatırlamaq
lazım gəlir.
Məlumdur ki, Böyük
və Kiçik Qafqaz dağlarının əhatəsində yerləşən
respublikamızın coğrafi
mövqeyi, təbiəti,
relyefi rəngarəng
və mürəkkəbdir.
Belə bir təbii şəraitə malik olan respublikamızda 8300-dən
artıq çay mövcuddur və bunların 154-ü seltörədici
çaylar hesab olunur. Bu çaylar
həyat mənbəyi
olmaqla yanaşı, yaratdıqları daşqın
və sellərlə insanların həyatı,
yararlı torpaq sahələri, şəhər
və kəndlər, bütövlükdə iqtisadiyyat
üçün təhlükə
mənbəyinə də
çevrilə bilirlər.
Keçmişlərdə suvarma işləri
ilə yanaşı, sel və daşqınlara
qarşı mübarizə
tədbirləri də
primitiv üsullarla aparılmışdır.
Azərbaycanda meliorasiya və
irriqasiya işlərinin
təməlinin XX əsrin
əvvəllərində qoyulmasına
baxmayaraq, onun əsas inkişafına
60-cı illərin sonlarında
nail olunmuşdur. Həmin
illərdə geniş
quruculuq işləri aparılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir
meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox
artmışdır.
Ulu Öndər Heydər
Əliyevin vaxtilə ölkədə meliorasiya
və su təsərrüfatının inkişafına
göstərdiyi qayğı
hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurla davam etdirilir. Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən
ümumi su tutumu 21,5 milyard kubmetr olan 140 su anbarı, 19 hidroqovşaq, 52 min kubmetr suvarma kanalları, 32 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi,
1000-ə yaxın nasos
stansiyası, 120 min müxtəlif
hidrotexniki qurğu,
7300 subertezian quyusu və digər dövlət əhəmiyyətli
su təsərrüfatı
sistemləri və qurğuları istismar olunur.
Kənd təsərrüfatı əkinlərinin fasiləsiz
olaraq suvarma suyu ilə təmin
etmək üçün
bütün mövcud
imkanlar səfərbər
edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin
yüksəldilməsi üzrə
tədbirlər həyata
keçirilmişdir.
Dövlət Proqramının
icrası
Prezident İlham Əliyevin
bu sahəyə diqqətinin nəticəsi
olaraq son 8 ildə meliorasiya tədbirlərinə
ayrılan vəsaitin məbləği 4 dəfədən
çox, bütün
maliyyə mənbələri
hesabına sahəyə
əsaslı kapital qoyuluşu təqribən
23 dəfə artmışdır.
Bunun nəticəsində
mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı
xeyli yaxşılaşmış,
sistem üzrə işçilərin əməkhaqqı
5 dəfə artmış,
sahənin maddi-texniki bazası gücləndirilmiş,
mindən artıq maşın və mexanizm alınmışdır.
Prezident İlham Əliyev tərəfindən təsdiq
olunmuş "Azərbaycan
Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na uyğun olaraq, meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının
təşkili, suvarılan
torpaqların meliorativ
vəziyyətinin, onların
su ilə təminatının yaxşılaşdırılması
məqsədi ilə nəzərdə tutulan bütün tədbirlərin
aparılması, əlavə
iş yerlərinin açılması istiqamətində
ASC fəaliyyətini davam
etdirir.
Uğurların stimullaşması
Bütün sahələr üzrə
qazanılan uğurların möhkəmlənməsində
qabaqcıl təcrübə mühüm rol oynayır. Tapşırılan
işləri nümunəvi həyata keçirən təşkilatlardan
biri də Zərdab Suvarma Sistemləri İdarəsidir. Bu idarəyə
uzun illərdir ki, təcrübəli mütəxəssis
Soltan Sadıqov başçılıq edir. "Tərəqqi"
medalı ilə təltif olunmuş idarə rəisi ilə
söhbətimiz zamanı o, kollektivin fəaliyyətindən,
keçən il və bu ilin birinci rübündə
görülən işlərdən əhatəli
danışdı:
- Əsasən kənd təsərrüfatı
olan Zərdabda aqrar sektorda işlərin ahəngdar təşkili,
məhsuldarlığın, məhsul istehsalının
artırılması bütövlükdə ərzaq
bolluğunun yaradılması üçün vacib şərt
olan əkin sahələrinin bol suvarma suyu ilə təmin
olunması bizim üzərimizə düşür. Bu məqsədlə
rayon üzrə 39511 hektar əkin sahəsinə xidmət edən
72 nasos stansiyasının 141 aqreqatının gücündən
istifadə olunur.
Keçən il rayonumuzda 17805 ha
taxıl, 902 ha pambıq, 17060 ha yonca, 1168 ha meşə və
tut bağı, 644 ha bostan və tərəvəz bitkiləri,
1932 ha həyətyanı sahələrdə suvarma
aparılmışdır. Suvarma üçün mənbədən
394987 kubmetr su çıxarılmışdır. Ondan 351923
kubmetri elektrik enerjisi, 43064 kubmetri dizel yanacağı ilə
çıxarılmışdır. Rayonun kəndlərində
700 km-ə yaxın suvarma kanalları lildən təmizlənmişdir.
85 km nov kanalı təmir edilmiş və lildən təmizlənərək
bərpa vəziyyətinə gətirilmişdir. 27 ədəd
nasos, 16 ədəd elektrik mühərriki, 2 ədəd
güc transformatoru, 6 ədəd dizel mühərriki, 88 ədəd
hidrotexniki qurğu əsaslı təmir edilmişdir. İl ərzində
Yuxarı Seyidlər, İsaqbağı, Nəzəralılı
nasos stansiyalarında əsaslı təmir işləri
aparılmışdır. Sınaq məqsədilə Gəlmə
kəndi ərazisində BM nov kanalının 360 metr hissəsinin
sökülərək yenidən tikintisində silikat tərkibli
şüşə lifli nov kanalı istifadə edilmişdir. Nəticə
sevindirici olmuşdur. Belə ki, Azərbaycan
Respublikasının istehsalı olan bu novlar yüksək
keyfiyyətli olmaqla, həm də lillənmə əmsalı
az, su keçirmə qabiliyyəti çoxdur. Bunu nəzərə
alan Cəmiyyətin rəhbərliyi gələcəkdə
rayonumuzda həmin tipli nov kanalların tikintisini davam etdirəcəkdir.
Ötən il dövlətimizin
başçısı cənab İlham Əliyevin rayonumuza səfəri,
Zərdab rayonuna və bütün zərdablılara göstərdiyi
diqqət və qayğı bizi daha yaxşı işləməyə
səfərbər etmişdir. Dövlətimizin rəhbərinin
tapşırığına əsasən toxumçuluğu
inkişaf etdirmək məqsədilə Zərdab rayonu ərazisindən
Bəyimli qəsəbəsi və onun ətrafındakı
Dövlət Fondu Torpağından 5000 hektar sahə
ayrılmış və kompleks meliorasiya işlərinin
aparılması ikinci mərhələdə nəzərdə
tutulmuşdur. Bundan başqa Damazlıq Birliyinin ərazisində
1500 hektar sahədə də kompleks meliorasiya işlərinin
görülməsi üçün layihə işləri
aparılır...
2012-ci ilin birinci rübü ərzində
rayonumuzda 10935 ha taxıl, 400 ha pambıq, 13650 ha yonca, 1168 ha
meşə və tut bağı, 20 ha bostan-tərəvəz
bitkiləri, 1932 ha həyətyanı sahələrdə
suvarma aparılmışdır. Rüb ərzində idarəmizin
texnikalarının gücü ilə rayonun kəndlərində
138,2 km suvarma kanalı lildən təmizlənmiş, 7 ədəd
nasos, 4 ədəd elektrik mühərriki, 1 ədəd güc
transformatoru, 1 ədəd dizel mühərriki əsaslı, 19
ədəd hidrotexniki qurğu cari təmir edilmişdir. Bu ilin
əsaslı təmir planına uyğun olaraq "Təzəkənd"
nasos stansiyasının tikintisinə, inventisiya layihəsinə
əsasən BM nov kanalında, "İsaqbağı" və
"Zaparoji-2" nasos stansiyalarında təmir işinə
başlanmışdır. Nov kanallarının vəziyyəti
barədə müntəzəmliklə Səhmdar Cəmiyyətə
və rayon rəhbərliyinə məlumat verilmişdir. Məhz
onların ardıcıl səyləri nəticəsində bu
il də şüşə lifli nov kanalının tikintisi
davam etdiriləcəkdir. Onu da qeyd edim ki, ölkə
başçısının göstərişinə əsasən
müasir suvarma texnologiyalarının tətbiq olunması
bütün layihələrdə öz əksini
tapmışdır. Kənd təsərrüfatının
inkişafını daim diqqət mərkəzində saxlayan
dövlət başçımız, kənd təsərrüfatı
məhsullarının istehsalına məsul olan idarə və
təşkilatlara "keyfiyyətli, ekoloji cəhətdən
təmiz, insanların səhhətinə ziyan vurmayan" məhsullar
istehsal edilməsi göstərişini vermişdir.
Möhtərəm Prezidentimizin
tapşırığına əsasən respublikamızda
toxumçuluğun inkişaf etdirilməsi üçün
rayonumuzda da kompleks meliorasiya işlərinin aparılmasına
hazırlıq görülür...
Məzahir
ƏHMƏDOĞLU
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-12
may.-S.21.