UZAQ,
YOXSA YAXIN BALAKƏN?
Uzaqlarda
qalan boz xatirələr
Bilirsiniz, indi nələri xatırlayıram? 16-17 il bundan əvvəlləri. O vaxtları ki, gənc respublikamızın sərhəd rayonları sanki çox uzaq və ünyetməz görünürdü. Hansı ki, paytaxtdan bütün istiqamətlərə 4-5, uzaqbaşı 6-7 saatlıq bir məsafədir. Balakən də uzaqlarda qalmışdı elə bil. Gecələri qaranlıq, gündüzləri boz-bulanıq primitiv bir dağ rayonu.
İşıqlı, al-əlvan vətən
torpağı...
Milli liderimiz Heydər Əliyevin ən
çətin dövrlər üçün hesablanmış
daxili və xarici siyasəti respublikanın
iqtisadiyyatını bütün istiqamətlər üzrə
yüksəltməyə başladı. Belədə Balakən
kimi ucqar rayonların da bəxti güldü. Bu inkişaf, bu tərəqqi
bütün respublikanı bürüdü, Azərbaycan kəndli-şəhərli
yeni bir mərhələyə qədəm basdı.
Ulu öndərin layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ümummilli strategiyanın ən
mühüm uğurlarına imza atdı.
Qəbul edilmiş Dövlət
Proqramları ölkəni arzulanan xoş bir gələcəyə
daşıdı və daşımaqdadır. Müstəqilliyin,
daxili və xarici siyasətdəki nailiyyətlərin
qazandırdığı ən gözəl nümunələrdən
biri də elə bu günün Balakənidir.
Daim inkişafda olan
işıqlı, müasir və qarşı dağları
kimi əzəmətli Balakən. Həm də ucqar olub da,
çox yaxında görünən Balakən...
Yüksək etimadı doğrultmağın prinsipi
Bu gün rayon mərkəzində, rayonun hər bir qəsəbə və kəndində sıravi sakindən tutmuş rayon rəhbərliyinə kimi bir məqsəd uğrunda mübarizə gedir. İqtisadiyyatın bütün sahələrində uğurlar qazanmaq, sosial-mədəni həyatın yüksəlişini təmin etmək, Prezidentin etimadını doğrultmaq. Burada ötən hər günün öz uğuru, dəst-xətti görünür. Bu səbəbdəndir ki, rayon əhalisi icra hakimiyyətinin başçısı İslam Rzayevin bütün çağırışlarına canla-başla, böyük istəklə cavab verir. Çünki bir rayon rəhbəri kimi ona inanırlar...
Uğurlarla başlanan
Artıq may ayı da sona
yaxınlaşır. Ancaq bir ay əvvəl Nazirlər
Kabinetində keçirilən müşavirənin
yaratdığı işgüzar əhval-ruhyiyyə daha da
yüksəlməkdədir. Nazirlər Kabinetində cənab
İlham Əliyevin sədrliyi ilə cari ilin birinci
rübünün yekunlarına həsr olunmuş
müşavirədə ölkə prezidenti həm
görülən işlər və əldə olunan nəticələrdən
danışmış, həm də qarşıda duran vəzifələrə
və həllini gözləyən problemlərə
toxunmuşdur.
Ölkə Prezidenti İlham Əliyev
bütövlükdə iqtisadi sahədə verilən
tapşırıqların yerinə yetirildiyini, sosial
infrastrukturun yaradılması istiqamətində proqram üzrə
işlər aparıldığını qeyd etmiş, birinci
rübdə informasiya-kommunikasiya sektorunda və hərbi-sənaye
potensialında artım müşahidə edildiyini, daxili
investisiya imkanlarının, ixrac potensialının
artdığını göstərmişdir. Prezident
sosial-iqtisadi uğurlardan danışarkən mövcud problemlərə
də toxunmuş, xüsusilə içməli su, kanalizasiya,
qazlaşdırma, yolların təmirinin və digər problemlərin
həllinin son illərdə ən çox diqqət yetirilən
məsələ olduğunu bildirmişdir. Bu məqsədlə
Dövlət İnvestisiya Proqramının tam şəkildə,
vaxtında və ən önəmlisi yüksək keyfiyyətlə
icrasının vacibliyini vurğulamışdır.
Başçı inamla danışır
Bu yaxınlarda rayonda keçirilən
ümumrayon müşavirəsində Balakən Rayon İcra
Hakimiyyətinin başçısı İslam Rzayevin
çıxışında da bir sıra tezislər
sosial-iqtisadi və mədəni həyatın bütün
sferalarını əks etdirməklə diqqət mərkəzində
olmuşdur. İ.Razayev demişdir:
- İlin I rübündə rayonda
görülən işlərdən danışmazdan əvvəl
qeyd etmək istəyirəm ki, 2012-ci ildə Balakən-Qazma-Darvazbinə
yolunun yenidən tikilməsi nəzərdə tutulmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyev həmin tədbirin
icrası məqsədilə 28 mart 2012-ci ildə "Balakən
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Sərəncam
imzalamışdır. Həmin sərəncamı
infrastrukturun inkişafına çox əhəmiyyətli bir
töhfə, ilin əvvəli üçün rayonun
sosial-iqtisadi həyatının ən mühüm hadisəsi
adlandırmaq olar...
...Rayon iqtisadiyyatının əsasını
kənd təsərrüfatı təşkil edir. Cari ilin məhsulu
üçün 493 ha payızlıq taxıl, o cümlədən
242 ha buğda, 256 ha arpa əkilmişdir. Rüb ərzində
rayonda heyvandarlığın inkişaf etdirilməsi
üçün müvafiq işlər
görülmüşdür. Rübün yekununa görə
rayonda iribuynuzlu mal-qaranın sayı 38113 baş,
qoyun-keçilərin sayı 36092 baş, quşların
sayı 185866 baş, arı ailələrinin sayı 7439 ailə
olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən
iri buynuzlu mal-qaranın sayı 338 baş, ana malın sayı
688 baş, qoyun-keçilərin sayı 307 baş, arı ailələrinin
sayı 318 ailə artmışdır. 1229 ton ət, 4103 ton
süd, 1686 min ədəd yumurta istehsal edilmişdir ki, bu da əvvəlki
ilin müvafiq dövründən 5 ton ət, 25 ton süd, 22
min ədəd yumurta istehsalının artımı deməkdir.
Heyvandarlıq məhsulları istehsalının
artırılması ilə yanaşı, mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində də
zəruri tədbirlər həyata keçirilmişdir. Qeyd
olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 15
yanvar 2007-ci il tarixli "Kənd təsərrüfatı
istehsalçılarına dövlət dəstəyi
haqqında" sərəncamının icrası istiqamətində
ardıcıl işlər aparılır.
Görülmüş işlər istehsalçılara
dövlət hesabına yardımların verilməsi, texnika ilə
təminatın yaxşılaşdırılması, mineral
gübrələrin güzəştlə satılmasına və
digər sahələr üzrə dövlət dəstəyinin
göstərilməsinə istiqamətlənmişdir.
Buğda istehsalçılarına hesablanmış 5296 manat
yardımın plastik kart hesablarına köçürülməsi
təmin olunmuşdur.
Kənd təsərrüfatı istehsalçılarının
mineral gübrələrlə təminatının
yaxşılaşdırılması üçün 117 ton
azot və 15 ton nitroamofoska gübrəsinin gətirilməsi təmin
edilmişdir. "AzərYemSənaye" MMC-yə xaricdən
idxal olunan 64 baş cins malın dövlət hesabına
güzəştli qiymətlərlə satılması təşkil
olunmuşdur ki, bu da gələcəkdə mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına öz təsirini
göstərəcəkdir...
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2012.-23 may.-S.7.