"Azər
Paşa Nemət çağdaş
dövrümüzün lider
rejissorudur"
Adətən aktyorların digər
teatrlarda qoyulan tamaşalara baxması böyük marağa səbəb
olur. Elə bu müsahibənini yaranmasında da qeyd elədiyim
amilin böyük rolu oldu. Belə ki, bir neçə gün
öncə Akademik Milli Dram Teatrının səhnəsində
tamaşaya qoyulan "Boy Çiçəyi"nin
seyrçiləri arasında Gənc Tamaşaçılar
Teatrının simalarından hesab olunan xalq artisti, aktyor və
rejissor Ağaxan Salmanlı da var idi. Tamaşadan sonra sənətkarla
həm baxdığı tamaşa. həm də digər məslələrlə
bağlı söhbətləşdik.
- Bu gün teatrlarımızın
səhnəsinə nəzər salanda bir coşqu ilə gedən
yaradıcılığın şahidi oluruq. Hər bir teatr
öz axtarişlarinda milli teatr ənənələrimizi əsas
götürərək dünya teatr səviyyəsi ilə
müqayisə oluna biləcək tamaşaya can atır, bu
standartlara cavab axtarir. Hər yaradıcı şəxsin istəyi
bu fikrə yönəlib. Bəzən-"Milli teatrimiz
böhran keçirir" kimi söyləmələrə də
rast gəlinir. Düşünürəm ki bu yanlış
fikrin yayilmasna səbəbkar teatra biganə qalan
teatrşünaslar və teatr dəyərlərinin təbliginə
etinasiz yanaşan televiziya kanallarıdır.
-
Sizcə son illər teatrlarımız nəzərəçarpacaq
uğur qazanıblarmı?
- Son illərin teatr ugurlari
çoxdur.Tamaşalara quruluş verməkçün dəvət
olunan xarici mütəxəssislər, bir sıra yeni layihələr.
Müxtəlif teatr aktyorlarının bir tamaşaya dəvət
almasi, onların birgə fəaliyyəti və sairə
yaradiciliq eksperimentləri buna sübutdur. Bu tamaşaların hər
birindən söhbət açmaq, təhlil işi aparmaq, təbliğat,
reklam, yayımlama tədbirləri görmək gərəkdir.
Diqqət cəlb edən tamaşalar sırasinda xalq artisti,
.professor Azər Paşa Nemətin quruluşunu verdiyi
tamaşalar xüsusi yer tutur. Belə ki 56 il ömrünü
səhnədə keçirmiş bir şəxs olaraq deyə
bilərəm ki, Azər Paşa Nemətin quruluş verdiyi
tamaşalar ilkin cağlarindan daima milliliyə. aktualliga.
novatorluga meylli olmuşdur. Xatirlayiram "Qardaşim klarnet
çalir". "Bumbaraş", "Təmas",
"Mirəlinin sag əli", "Fudzi dağında
qonaqlıq", "Yelkənlər üzərində nəğməli
külək", "Yuxulama", "Ötən ilin son gecəsi"
və nəhayət ən önəmlisi "Danabaş kəndinin
məktəbi" tamaşalarında mövzu aktualligi, milli dəyərlər,
mentalitet,.cəsarətli. hətta dissidentlik dərəcəsinə
çatan yanaşmalar mühitlə mübahisə doğuran
toqquşmalar törədən fikirlərin təcəssümü
bu tamaşalarin əsas cəhətləridir.
"Danabaş kəndinin məktəbi"
müxtəlif janrli iki əsərin-nəsrlə dramın
sintezindən yaranan bu meydan tamaşasında Rus
ağalarının kəndə gəlişi, yad
anlaşılması mümkünsüz olan etika və estetika
daşıyıcılarının bir kəhdin simasinda
bütöv millətə yapışmayacağı məsələsi
qoyulurdu. Son dövrün tamaşalarında - "Hamlet",
"Boy çiçəyi", "Afinalı
Timon"-obrazlılıq baxımından maraqlıi cəhətlərlə
bu xalqın, bu millətin dünya mənəviyyati
anlayışı içərisində özünəməxsus
yeri oldugu çözülür.
-
Bu tamaşaların sənət və sənətkarlıq
baxımından digərlərin fərqi nədədir?
- Əvvəlcə onu deyim ki
"Hamlet" tamaşasının elə ilk məqamında
super pərdənin tam örtülməməsi, pərdə
arxasından ancaq ayaq hərəkətlərinin
görüntüləri bir növ başsız ayaqların hərəkəti,
məcazi mənada bu insanların əməlləri başla
deyil, ayaq işlətməklə icra olunduguna işarədir. Azər
Paşa Nemət hər tamaşada özünü yenidən təsdiqləmə
imtahani verir və bu imtahandan üzüağ
çıxır. Belə tamaşalardan biri də "Boy
çiçəyi"-dir. 1964-cü ildə İlyas Əfəndiyevin
bu pyesi "Sən həmişə mənimləsən"
adi ilə oynanmışdı və Azərbaycan milli
dramaturgiyasında psixoloji dram janrinin əsası da bununla
qoyulmuşdu.Tamaşa o dövrdə möhtəşəm bir
rezonans yaratdi. Belə ki bu günə qədər həmin
tamaşanın bir çox seyrçiləri təsirindən
çıxa bilmirlər, o təsirdən ayrilmaq istəmirlər
Mən də həmin tamaşann seyrçisi olmuşam, hissləri
keçirmişəm. bu günə qədər də oradaki
nüanslari xatsrlayram. Tamaşaya gəlincə, hadisələr
Həsənzadə və Nargilə xətti üzrə
inkişaf edir. Həsənzadə təkdir,
yaşlıdır, həyaty yoldaşı vəfat edib,
oğlu uzaq yerə işləməyə gedib. O zavod
direktorudur. Nargilə isə yetkinlik yaşına yenicə qədəm
atmış gənc qizdir. Onun isə atası vəfat edib,
atalığı Fərəc ağır təbiətli, kəmfürsət,
acıdil adamdır. Xasiyyətindəki bu cəhətlər
Nargilənin təbiətinə ziddir. Ona görə Nargilə
evdən çıxıb kirayə qalmağa və işləyib
özünü dolandırmağa qərar verib.
Qarşılaşdığıi zavod direktoru Həsənzadənin
xeyirxahligi və bir para insani keyfiyyətləri Nargilənin
diqqətini cəlb edir. Saf qəlbə, səmimi xasiyyətə
malik Nargilə gənc qəlbilə özündə olan
keyfiyyətləri Həsənzadədə görür və
içində ona qarşi rəğbət hissləri oyanir. Həsənzadə
ilə görüşlərdə özünü rahat,
qayğısız hiss edir. Getdikcə bu rəğbət hissləri
güclü, ayrılmaz sevgiyə çevrilir. Hər iki tərəf
nə qədər bu münasibətdən rahat nəfəs
alsalar belə sonda ayrılıqla nəticələnir.
1964-cü ildə baxdığım və indiyə qədər
unutmadığım bu sevgi hekayətini əfsanəyə
çevirən bu idi.
Aktyor oyunu da
qarşılıqlı sevgi hissləri üstündə
köklənmişdi.Həsənzadə rolunda Əli Zeynalov
lirik, bir qədər romantik, qayğıkeş, ədalətli,
sevilə biləcək qədər mehriban bir obraz
yaradırdı. Nargilə rolunda Amaliya Pənahova olduqca səmimi,
saf qəlbli, xeyirxah insani hisslərə həris sevən bir
qizcığaz təsiri bağışlayırdı.
Aktrisanın fakturasinda qadınlığın bütün
gözəllikləri cəmlənmişdi-lirik səs
çalarlari, valehedici xarici gözəllik, coşqun hisslər
əsl sevgi mücəssəməsi idi. Bu keyfiyyətlər
seyrçini yaş fərqləri iki qütbdə olan
insanların istər-istəməz sevgisinə aparırdı.
- O cür tamaşadam sonra
tamaşanın fərqli quruluşda səhnəyə
qoyulması böyük cəsarət tələb edir. Yəqin
ki razılaşırsınız?
- 1964 ilə 2011-ci il
arasında 50 ilə yaxın zaman var. Zamanın çarxı elə sürətlə fırlanır ki, həyatdakı kəskin dəyişiklikləri görməmək
mümkünsüzdür. Azər
Paşa Nemətin bu gün tamaşaya
yenidən müraciəti
gördüyümüz, bildiyimiz
yanaşma ilə olsaydi mənasız olardı.Ona görə ehtiyac duyuram ki tamaşaçi zalına daxil olandan başlamış axıradək təəssüratımla
paylaşım, gördüklərimdən
gəldiyim nəticələrlə
bölüşüm.
- Buyurun.
- Səhnə alaqaranlıqdır, qurulmuş
dekorların kontur cizgiləri-həndəsi fiqurlar,
dairə, dördbucaq,
üçbucaqlar işıqlanir.
oyun başlanır. məkan işıqlananda bir düzümdə üç otaq görünür, ətraf
boşluq, əngin bir dərinlik. fəzaya açılan genişlik görürük.
Sanki gördüyümüz məkan bir adaya bənzəyir. Ətraf dünyaya gedən yol, burada baş verən hadisələrin uzaqlara yayımlanması mümkünlüyü vardır.
Ümumiyyətlə, Azər
Paşa Nemətin tamaşalarının çoxunda
meydan geniş olur. Baş varən hadisələr qapalı qalmayıb kiçik bir məkanda baş verənlərin əks-sədasi
dünyaya yayımlanır.
Fəza genişliyi olur onun tamaşalarında.
Burada da belədir. Ortada qurulmuş üç otağın dörd tərəfində paralel olaraq hadisələr tamaşa boyu davam edir. Rejissor
əsas hadisələri
səhnə vasitələri
ilə qabardirsa, 2, 3,
4 hətta daha artıq planlarda həyatındavamını görürük.
Bu polifoniya tama.anın
həm məzmununu həm də hadisələri qapalılıqdan
qoparıb ətrafa səpələyir. Polifonik
yanaşma Azər Paşa Nemət tamaşalarının önəmli
cəhətlərindəndir.
- Bəs niyə məhz "Boy çiçəyi"
?
-Simvolik bir məna daşıyır
bu ad. Bu çiçəyin özünəməxsus
keyfiyyəti var. Kitab arasında herbari kimi qurudulanda belə öz ətrini itirmir. Mən belə qənaətə gəlirəm
ki, bu işarət
insanlarin arasında olan xoş münasibətlər-xeyirxahliq,
əl tutmaq, həyan olmaq kimi keyfiyyətlərdir ki heç zaman
dəyərini itirmir.
Belə bir metamorfoza tamaşanın lirik. romantik, həm də fəlsəfi mayasını
təcəssüm edir.
Bu gün baxdığımız
"Boy çiçəyi" tamaşasında iki şəxsin münasibətlərində
sevgi vardirsa da bu sevgi
çevrilib insani dəyərlərə yönələ
bilir və bu dəyərlərin əbədi olduğuna inam oyadır. Tamaşanın sonunda Həsənzadə xariclə
işbirliyi quraraq getməli olur. Bu gedişin özü də birmənalı deyil, ümumiləşmiş
məna kəsb edir. Bütün iştirakçılar səhnəyə
toplaşır, bu insan kütləsi hərə bir qayğı ilə haradasa qaranlıqda qeyb olurlar. Qatar gəlir, ətrafı dolanır. fırlanır yer kürəsinin özü kimi. Sanki hər kəs öz zamanını gözləyir
- Amma maraqlıdır ki, aktyor oyununa
toxunmadınız. Axı
tamaşada Fuad Poladov kimi sənətkar
oynayır
- Əlbəttə
Fuad Poladov böyük sənətkardır.
Aktyorların oyununda rejissor tərəfindən
qoyulan ali fikirin daşıyıcılarını,
özü də layiqli daşıyıcılarını
gördüm. Xüsusilə
Fuad Poladov-Həsənzadə
və Məsmə Aslanqizi-Nargilə ilə bərabər bütün
aktyorlar öhdələrinə
düşən fikir payınıi bir məcraya yönəldə
bildilər. Tamaşanin
həm modern üslubda
paylanmiş tərtibatı,
incə duyumla seçilmiş musiqisi, xüsusi zövqlə qurulmuş işiq tərtibati olduqca həmahəngdir. Sonradan məlum oldu ki. bütün bu komponentlərin də müəllifi quruluşçu rejissor Azər Paşa Nemətdir. Bütün bunlar göstərir ki, çağdaş dövrümüzün öncül
rejissoru Azər Paşa Nemət milli teatrımızxn səhnəsinə verəcəyi
töhfələrin ardı
var. Deyirlər hər
tamaşanın finalı
möhtəşəm olmalıdır.
Finalına rejissorun özünün qatılması,
hər aktyorun əlindən tutub onu bir uşaq
sevincilə tamaşaçılara
təqdim etməsi, onların oyunundan, tamaşaçıiarin hərarətli
alqışlarından aldığı
sevinc payını hamının sevincinə qatması Azər Paşa Nemətin tamaşa iştirakçilarına
və tamaşaçılara
olan böyük sevgisinin təzahürüdür.
O şağdaş dövrümüzün
lider rejissorudur. Mən ona deyəndə
ki. sənin bu cür yanaşman
məni riqqətə
gətirdi. Dedi ki, aktyorlar mənim
yetirmələrim, mənim
balalarım, tamaşaçılar
isə sevimli dostlarımdır. Bu qənaətə
gəlirəm ki,
"Boy çiçəyi" tamaşasi yenə tarixi və zaman rolunu oynayacaq.
uzun müddət səhnədə yaşayacaq.
İlyas Əfəndiyev
dramaturgiyasi əbədiyaşar
mövzularla zəngin
olduğu kimi həmişə səhnəmizin
mənəviyyat məktəbi
olacaqdir.
İntiqam VALEHOĞLU
Ədalət.-2012.-23
may.-S.7.