ETÜD
Pəncərəm
açılır qəbristanlığa,
Gördüyüm mənzərə
gözümə batır.
Məəttəl qalıram uca
Tanrıya,
Alimi cahillə yanaşı
yatır.
Burda soruşmurlar kimsən, nəçisən,
Möminsən, canisən, ya dilənçisən.
Cərgəylə
düzülüb sakit qəbirlər,
Burda heç bilmirsən sən
neçəncisən.
Cavanın tər ömrü
yarımçıq qalıb,
Bu qoca nə qədər
yaşayıb, Allah?!
Ömür də deyəsən
düz paylanmayıb,
İlahi, bağışla,
söylədim günah.
HƏMDƏMİM
DƏNİZ
Dəniz, sənlə
bölüşəndə,
Qəlbim yaman rahatlanır.
Duruluram suların tək,
Sızıldamır dərdli
ürək.
Həmdəmimdir mavi sular
Sualıma cavabları
öz dilində
ləpələrin
pıçıldayar,
Söylə, açsam ürəyimi
Dərdlərimə gücün
çatar?!
Dalğa-dalğa, ləpə-ləpə
dindi dəniz.
Gözlərimdə bir insana
döndü dəniz.
Həmsöhbətim, qorxma,
boşalt ürəyini.
Burda qoy get,
səni sıxan
sıxıntını,
kədərini.
Çox dərdləri mən
udmuşam,
Ehg dərdlər də
yaratmışam.
Ümmansızam,
hər dərdinə gücüm
çatar.
Bunu bil ki,
hər dənizin
özü boyda ürəyi var.
HƏSRƏTƏM
Durnalar köç edir payız gələndə,
Boş qalır "evləri",
yurd-yuvaları.
Dönürlər yenə də
bahar gələndə,
Yenə doğmalaşır
"yad" yuvaları.
Gör neçə
payızdır, gör neçə yazdır,
Həsrətəm ocağı
sönmüş yurduma.
Durnalar qayıdır, mən
qayıtmıram,
Bəxti əllərimlə
dönmüş yurduma.
Mən də dönəcəyəm
günün birində,
Ürəyim deyir ki, çox belə
getməz.
Lazımsa ölümə verib
ömrümü,
Dünyaya deyirəm: - Yox, belə
getməz.
Elimə həsrətəm, yuvama həsrət,
Vurub dağıdacam bütün sədləri.
Aşıb keçəcəyəm
nə vaxtsa, əlbət,
Sərhəd tək çəkilmiş
o məftilləri,
Sərhəd tək çəkilmiş
o məftillərig
YURD HƏSRƏTİ
Çatlayır nar kimi sinəmdə
ürək.
Qədrini vaxtında biləydik gərək.
Kaş külək olaydım, dəli
bir külək,
Əsəydi üstündə
sözüm yurdumun.
Qara qayasına dağ qalam deyib,
Dağlara uçulmaz ağca dam deyib,
Çopur daşına da öz balam deyib,
Qalandı üzündə izim yurdumun.
Təbrizi, Dərbəndi daladı getdi,
Göyçəni
odlara qaladı getdi,
Şuşanı
yad əllər taladı getdi,
Üstündə olmadı gözüm
yurdumun.
Dərd üstə qoyulmuş qaraca taxtdı,
Bu da bir taledi, bu
da bir baxtdı,
Bölünüb
yüz yerə gör bir nə
vaxtdı,
Yanında qaradı üzüm
yurdumun.
Yolunda kəsilən, ehg baş olaydım,
Dərdinə-sərinə
sirdaş olaydım,
Düşmənə
atılan bir daş olaydım,
Qurbanı olaydım özüm
yurdumun.
VƏTƏN,
BİZİ BAĞIŞLAMA
Dağın-düzün
yağıların tapdağı,
Meşələrin
yalquzaqlar oylağı,
Yaman olduq yad dillərin
qınağı,
Vətən, bizi bağışlama!
Ağ günümdən bircə-bircə
seç günü,
Göydən niyə daş
yağmadı köç
günü?!
Köçkünüyəm,
yüz illərin köçkünü,
Vətən, bizi bağışlama!
Baxışları
gül-çiçəyi kəsirdi,
Gəzməyəndə dağı-daşı küsürdü.
Yurd yerləri, aman
Allah, əsirdi.
Vətən, bizi bağışlama!
Budanıbdı,
nə sağım var, nə sol var,
Məntək dərddə nə
ağa var, nə qul var.
Xan Arazdan Təbrizəcən
nə yol var?
Vətən, bizi bağışlama!
"Cıdır
düzü" deyib,
könül dağladım,
Şuşa deyib, sellər
kimi çağladım.
Xarı bülbül qaldı xara ağladım,
Vətən, bizi bağışlama!
Yağmalandı
ocaqlarda varın, heyg
Kafirlərə
qismət oldu barın, heyg
Dədəm Qorqud, çatlamazmı gorun, heyg
Vətən, bizi bağışlama!
Zəhər dadır ayrılığın qar
dadı,
Ərənlərin varsa əgər,
hardadı?
Qız-gəlinin
əsir düşüb,
dardadı,
Vətən, bizi bağışlama!
Avandını
alan alıb,
tərs tutub,
Dar yaxandan
min dilbilməz kəs
tutub.
Harayından bu dünyanı səs tutub,
Vətən, bizi bağışlama!
Dağın-düzün
yenə bizim olunca,
Verən-verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan
yerdə qalınca,
Vətən, bizi bağışlama!
Qəzəbini
öz içində hörən, gəl,
Qara başın Babək kimi verən, gəl,
Koroğlu tək meydanlara girən, gəl,
Bəlkə Vətən bağışladı
bizləri.
İrəvanda
gur səsimiz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün Vətən torpağını
gözlərim,
Dəysin vətən torpağına
dizlərim.
50
YAŞIM
Müsahibim, həmsöhbətim, yol yoldaşım -
50 yaşım,
Təkcə ömür ağacının
budağında adi yarpaq
deyilsən
sən,
Titrək-titrək əllərimlə qırım, atım.
Yaşadığım
illərimsən,
Ömrün əriş-arğacında şirin,
acı
günlərimsən.
Əlli ildir yol gəlirəm səninlə
mən.
Sevgi, sevinc, qəm
bölürəm səninlə
mən.
Sən ömrümün əlli illik yaddaşısan,
Həm baharı, həm
qışısan.
Birgə keçdik bu yolları
Ələkləndi
səhvim, düzüm,
Bir çiçəyin ləçəyidi mənim
sözüm.
Bu ömürdə
nələri mən itirdimsə,
Nələri mən gətirdimsə
Səninləydim əlli yaşım.
İldırımlar, şimşəklərlə hər savaşım.
Qürurumsan, vüqarımsan
Qarşımda
mərd dayanmısan
Sən yaddaşım, məsləkdaşım,
can sirdaşım,
- 50 yaşı
Darıxıram,
ay ana!
Həsrət çəkən gözlərim
dikilir yollarına
Darıxıram ay, ana.
Gülüşünü
gəzirəm yad dodaqlar qaçanda,
Mən ətrini gəzirəm
çöldə güllər
açanda.
Toxunuram güllərə sənin
əllərin ilə,
Oxşayıram onları sənin
dillərin ilə.
Nə edim, necə
edim?
Heç nə yetmir dadıma,
sən
düşəndə yadımag
Darıxıram, ay ana.
Məni necə tərk etdin, bunu necə
etdin sən?
Məndən nəyi aldın sən,
mənə
nəyi verdin sən?
Xəzəl olub döşənim gələn yollarına mən
Sənsizlik həsrətindən qisası necə alım?
Mənə necə qıyırsan,
xəzəl ömrü
yaşayım.
Məni qovuşdur yenə analı anlarıma,
Körpəcə quzu kimi
xınalı anlarıma.
Darıxıram, ay ana
Səsin gəldiyi yerdə istərdim
itim-azım,
Səsinə qurban olum, hanı
o xoş avazın?
And yerin
"canım" idi
ay baharım, ay yazım.
Hara tələsdin
belə, bu imiş qara yazın?
Zümzümə
eləyərdin "Qaragilə"
havasın
Mən də heyran qalardım, o
şirin avazına
Darıxıram, ay ana.
Əllərinə toxunsam, hər
şey çıxar yadımdan,
Dönüb uşaq olaram,
yüyürərəm üstünə.
Sənə heyran olaram, sənə qurban olaram.
Düşərəm
mən analı günlərimin sehrinə,
Necə həsrət qalmışam
əllərinin mehrinə.
Öpərəm,
oxşayaram tellərindən
birbəbir,
Ətirli nəfəsinlə mənə
dünyanı gətir.
O xoş, o gözəl anlar
düşər yenə yadıma,
Darıxıram, ay ana.
Böyütdün, "od
götürdün" kipriyinlə,
gözünlə,
Mənə dünyanı verdin bircə
kəlmə sözünlə.
Mehriban davranışı,
dözümü, sədaqəti,
Sən verdin, gözəl anam, ləyaqəti,
qeyrəti.
Səndən aldığım dərslər
hər an gəlir karıma,
Sənsiz qar yağıb sanki
gül açan baharıma.
Darıxıram, ay ana.
Yoxluğunu duyduqca səni
axtarıram mən,
Gəl, gözümün
işığı, sənsiz darıxıram mən.
Bu ayrılıq bənzəməz,
heç bir ayrılıqlara,
Gəl aydınlıq gətir sən,
bütün qaranlıqlara.
Gəlmək sənə çətinsə,
məni çağır yanına,
Darıxıram sənin üçün,
darıxıram, ay ana.
Darıxıram
ay ana!
Nəzakət
Ədalət.-2012.-24
may.-S.7.