Atatürk Universitetində
Məmməd Araz gecəsi
Atatürk Universitetində qurtuluşun
il dönümünü
qeyd etmək tədbirləri çərçivəsində
universitetin ədəbiyyat
fakültəsinin çağdaş
türk ləhcələri
və ədəbiyyat
bölümlü tərəfindən
«Şair Məmməd
Arazın anım proqramı» gerçəkləşdirilib.
Sayğı duruşundan və istiqlal marşından sonra Atatürk Universiteti çağdaş
türk ləhcələri
və ədəbiyyatı
bölümünün başqanı
doktor Sedat Adıgözəl açılış
nitqi söyləyib. Adıgözəl bəy öz çıxışında Məmməd
Arazın həyatı
ilə bağlı ətraflı məlumat verib və şairin
«Azərbaycan dünyam
mənim» şeirini söyləyib. Proqamın
ilk hissəsində Azərbaycanın
sabiq dövlət məmuru, hazırda həmin universitetin professoru olan Vurğun Əyyub Azərbaycan türkçəsi
ilə Türkiyə türkçəsi arasındakı
bağlılıqlardan geniş
bəhs etməklə
fikirlərini Məmməd
Arazın poeziyası vaistəsilə təsdiqləyib
və bildirib ki, Məmməd Arazın şeirlərindən
qaynaqlanan vətən
sevgisi, dünya görüşü türk
dünyası ədəbiyyatının
əzəmətini daha
da artırır
Mərasimin ikinci hissəsində Məmməd Arazın qızı, yazıçı-publisist,
«Ədalət» qəzetinin
baş redaktoru İradə Tuncay çıxış edib. İradə xanım
böyük şairin
həyatından, şeirlərindən
və bu yaradıcılıqda insanlara
və millətlərə
böyük diqqətdən
bəhs edib. Vurğulayıb ki, «Şeir
oxuyun. Şeir dünyaya ancaq və ancaq sevgi
gətirir!»
Mədəniyyət mərkəzində
keçirilən anım tədbirinin sonunda
millət vəkili, yazıçı Aqil
Abbas üzünü
hər kəsə tutaraq bildirib:
«Ölkəni yüksəldən, onu gələcəyə
daşıyan sizlər olacaqsınız. Bunun
üçün çox
çalışmalı, əsl vətəndaş
olmalısınız. Məmməd Araz bir şeirində dediyi kimi, «Vətən daşı olmayanadan,
olmaz ölkə vətəndaşı». Siz bu vətənin adi bir daşı
olsanız yenə vətənə xidmət etmiş
olarsınız». Aqil Abbas öz
çıxışında Azərbaycan və Türkiyə şair və yazıçılarının türk birliyi, bərabərliyi
fikirlərini daha geniş
təbliğ etməyinin önəmli olduğunu
vurğulamaqla Türkiyənin
dünyadakı yerindən, Türkyənin Azərbaycanın
keçmişdəki və bugünkü
tarixindəki önəmindən ətraflı
danışaraq fikrini türk
birliyinin möhkəmlənəcəyi təqdirdə
Türkiyənin dünya siyasətində
necə böyük söz
sahibi olacağını dinləyicilərə
anladıb.
Ədalət.-2012.-25 may.-S.5.