"MƏN
GEDƏRSƏM, VAR OLSUN AMALIM..."
MİRZƏ
ƏLƏKBƏR SABİR-150
Mirzə Ələkbər SabirgAzərbaycanda
ən çox oxunan, ən çox sevilən, ən çox xatırlanan bir şair... 150 il əvvəl dünyaya gəldi, cəmi 49 il yaşadı. Çox yox, beş-altı il ədəbi yaradıcılıqla
məşğul oldu,
məşhur satiralarını
yazdı, "Molla Nəsrəddin" jurnalı
vasitəsilə bu satiralar bütün Azərbaycana və Şərqə yayıldı,
yatmışları oyandırdı,
insanlara haqq yolunu göstərdi. Bir ədəbi məktəb yaratdı. Onun ən yaxın
dostu və müasiri Abbas Səhhət yazırdı
ki: "Sabir ...müqəllid deyil, bəlkə elə mücəddir ki, köhnə şeirlər
ilə yeni şeirlər arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri
dönüb, o uçurumu
atlanmağa kimsədə
cürət və cəsarət qalmadı. Bir kərə düşünülsün, ədəbiyyatımızda
nə qədər böyük bir təsir, nə qədər əzim bir inqilab vücudə
gətirmiş! Böyük
şairin əsərləri
İran məşrutəsinə
bir ordudan ziyadə xidmət etmişdir". Abbas Səhhət Sabirə həsr etdiyi şeirində yazmışdı:
Sabir! Ey sən sevimli
şairimiz,
Müntədir,
duzlu sözlü Sabirimiz!
Necə qan olmasın sınıq könlüm?
Səni çox tez ayırdı bizdən ölüm!
Yox, yox, əsla sən ölmədin, dirisən,
Ən böyük qəhrəmanların
birisən.
Qələminlə,
dilinlə, halın ilə
Köhnələnməz
şirin məqalın
ilə.
Sünülər
açmayan yolu açdın,
Qələmindən
cəvahirat saçdın.
Kim, vermədi sənə qiymət
Qəlbdən aşiq olduğun millət.
Sabir satiralarında elə bir qüvvə, elə bir enerji
vardı ki, özündən sonra o qüvvə və enerji indi də,
bir əsr keçəndən sonra yenə tükənmir. Cəmiyyətin bütün
siniflərinin, zümrələrinin
sifəti Sabir satiralarında əks olunurdu və xalqı, milləti düşündürən bütün
problemlər, qlobal yüklü məsələlər
bu satirada öz əksini tapırdı. Sabirin satiraları bütün Şərqin aynası idi. Görkəmli ədib Mir Cəlal Paşayev yazırdı ki: "Cəlil Məmmədquluzadədən sonra
yalnız Azərbaycanda
deyil, bütün Yaxın Şərqdə realizmin bayraqdarı Sabir idi. XIX əsrin 60-cı illərindən
XX əsrin onuncu illərinə qədər
yarım əsrlik mürəkkəb bir dövrü bütün ziddiyyətləri ilə görüb dürüst anlamaq üçün bədii ədəbiyyatda məhz Sabir şeirinə müraciət
etmək lazımdır".
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana
bilmirəm!..
Derlər utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bilmirəm!...
Neyləməli,
göz görür, əqlim kəsir,
Mən günəşi göydə
dana bilmirəm!..
Derlər usan, hərzəvü hədyan demə,-
Güc gətirir dərd, usana bilmirəm!..
Bəli, Sabir həqiqət aşiqi idi və gördüklərini
bircə-bircə satira
dili ilə xalqa bəyan edirdi.
Sabir pulun qarşısında təzim edən həmvətənlərinin "məhəbbətini" belə
təsvir edirdi: "Bir cibimdə əskinasım, bir cibimdə ağ manat, Olsun, olsun,
qoy çox olsun boylə ləzzətli həyat!".
Oğlunu qoçu görüb onun "şücaətlərinə" heyran olan nadan
Ata görün necə
sevinir: "Oğlumuz,
ay Xansənəm, bir yekə pəhlivan imiş! Gözlərinə
döndüyüm sanki
bir aslan imiş!" İran şaşı Məmmədəlinin
satirik karikaturasını
da şeirlə ilk dəfə Sabir yaratmışdı: " Mən
şahi-qəvişövkətəm, İran özümündür!
İran özümün,
Rey, Təbəristan özümündür!
Abad ola, ya qalsa da viran,
özümündür!" Ziyalı bir kişiyə ərə gedən qadın görün nə deyir: "Gah görürsən ki, miz üstə yıxılır, Baxıram
halına qəlbim sıxılır. Bir qarandaş, bir-iki parə kağız, O qədər çəkmir-olur
qarə kağız".
Kitaba, elmə, mədəniyyətə, əsrin
tərəqqi işlərinə
nadancasına göz yuman avamlarsa deyir: "Yaşamaq istər isək, sırf əvam olmalıyız! Bizə ağalıq edən əhlə qulam olmalıyız!". Dini fanatizmin əsiri olanlar, öz müsəlmançılığına qısılıb səbr və təhəmmül yolunu seçənlər və öz kiçikliyini etiraf edənlərsə deyirdilər:
Çaqçaq
başın ağrıtdı,
kefin çəkdi dəyirman,
İş həcvə düzüldü.
Bu çərxi-sitəmkarın
aman məsxərəsindən!
Bais, balan ölsün!
Baxmış bu müçəlmanlara qəm pəncərəsindən
Çərxin
üzü dönsün!
Əvvəl bu fələk cümlədən əymişdi
damağı,
Qəm kasəsi daşdı!
Axırda bizim başımıza vurdu çanağı,
Su başdan aşdı.
Bir rus görəndə oluruq xar yanında,
Quzu, keçiyik biz.
Keçməz
sözümüz bir
pula sərdar yanında,
Çünki nəçiyik biz?!
Tanrı buna şahid-
Quzu, keçiyik biz...
Unudulmaz xalq şairimiz Rəsul Rza bir məqaləsində yazırdı: "Sabirin yaşadığı mühiti
gözünüzün qabağına
gətirin. Sabiri-sabun tiyanı başında gününü keçirib,
böyük ailəsinə
gündəlik ruzi qazanmaq məcburiyyətində
qalan Mirzə Ələkbəri təsəvvür
edin. Sabirin dərdlərini yaxından
duymağa çalışın,
Sabirin qarşısında
duran yolları xatırlayın: mərsiyə,
qəzəl yazmaq, o zamankı Şamaxının
əyən və əşrəflərinin gözündə
mömin, Allah bəndəsi
bir adam olmaq, Kərbəla müsibətlərini, eşq
macəralarını yanıqlı
bir dildə tərənnüm edən
bir şair olmaq, hörmətlilərin
hörmətini qazanmaq,
firavan yaşamaq, hədiyyələr, ehsanlar,
müavinatlar içində
qayğısız bir
həyat keçirmək.
Bu yol Sabirin qarşısında açıq
idi. O, bu yolla gedə bilər və çəkdiyi möhnətlərin
yüzdən birini görməyə bilərdi
İkinci yol, xalqın könül tərcümanı
olmaq, onun yaralarını açıb
göstərmək, əlac
aramaq, ictimai tüfeylilərə qarşı
çıxmaq, hakim dairələrin
riyakarlığını ifşa
etmək, sabun tiyanı başında dayanıb yalnız o zamankı müstəmləkə
Azərbaycan deyil, bütün Yaxın Şərqin faciəsini dərindən duyub anlamaq, şahlara, sultanlara qarşı, çarlara, krallara, bəy, xan, molla, müctəhidlərə,
qoçulara, yalançı
millətçilərə qarşı amansız bir müharibə elan etmək, xalqın ağrılarını
ovutmağa çalışmaq.
Bu da bir yol idi.
Bu yolda qazanc, gəlir, şöhrət
yox, məhrumiyyət,
yoxsulluq, hər cür tənə və təhqirlərə
məruz qalmaq, əzab və işgəncə vardı.
Sabir, həqiqi xalq şairi, Azərbaycanın böyük
oğlu, ikinci yolu-mübarizə və məhrumiyyət yolunu seçdi".
Sabir bir şeirində yazırdı:
Sanma əzdikcə fələk
bizləri viranlıq olur.
Un təmənnası
ilə buğda dəyirmanlıq olur!
Qarışıqdır
hələlik millətin
istedadı,-
Ələnirsə, safı bir yan,
tozu bir yanlıq olur!
Çalxalandıqca, bulandıqca
zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı
ayranlıq olur!
Kim ki, insanı sevər,-aşiqi
hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
Sabir hürriyyət aşiqi idi. "Mən gedərsəm, var olsun amalım, Yaşasın şəhriyari-hürriyyət!
- dedi.
Sabirdən sonra Azərbaycanın
başına çox fəlakətlər gəldi. Şura
inqilabı oldu. Yetmiş il Qırmızı İmperiyanın
maddi və mənəvi əsarəti. Amma Sabirin ruhu sönmədi,
sovet dövründə də o ruh yaşadı. Müstəqillik
dönəmində isə Sabirin müasirliyi bir daha parlaq
şəkildə üzə çıxdı. Gəlin Sabirin
bir əsr bundan qabaq yazdıqlarını bir də oxuyun,
görərsiniz ki, çox şey dəyişilməyib...
Baxın:
Millət necə tarac olur olsun, nə
işim var?!
Düşmənlərə
möhtac olur olsun, nə işim var?!
Tərpənmə, amandır, bala,
qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən
ayılma"
***
Bimərhəmət əyanlarına
şükr, xudaya!
Bu sahibi-milyanlarına şükr,
xudaya!
***
Daş qəlbli insanları neylərdin,
ilahi?!
Bizdə bu soyuq qanları neylərdin,
ilahi?!
Artdıqca həyasızlıq olur
el mütəhəmmil,
Hər zülmə dözən canları
neylərdin, ilahi?
***
Ax!..necə kef çəkməli əyyam
idi,
Onda ki, övladi-vətən xam idi!
Sabir haqqında, onun ölməz sənəti barədə çox danışmaq olar və lazımdır.
O, Azərbaycan
ədəbiyyatı tarixində
Nizami, Füzüli, Nəsimi, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlillə bir sırada duran nəhəng sənətkardır. Həyatının
sonunda yazdığı
bir şeirdə Sabir yazırdı:
Seyli-tən öylə təməvvüclə
alıb
dövri bərim-
Bənzərəm
bir qocaman dağə ki,
dəryada durar!
Nə qəm, uğratsa da
bir gün məni ifnayə zaman,
Mən gedərsəmsə
məramım yenə dünyadə durar!
Vaqif YUSİFLİ
Ədalət.-2012.-26
may.-S.19.