Riyazi poeziyadan nümunələr
ÜÇ
Bir-iki-üç
Tək-cəm-güc.
Neçə gözəl məsəl
var,
"Üçdən..." deyib
atalar.
Sağda-sağdış, solda-soldış,
Ortada-bəy,
ay sağolmuş!
Sovet zamanında ağactək bitib
Birinci, ikinci, üçüncü
katib.
İki müavinli başçı
ilə mən
Doğma yurd havası uduram hərdən.
Nağıllardan
boy göstərir qorxulu
söz:
Yarımvəhşi
adamların
Alnındaymış
üçüncü göz.
Üçqovaq
kəndinin akademiki
Ata ocağında
uşaqdı sanki.
Çoxdan göstərilmir
"Üç
gombul" filmi;
Bu, sənət
aləmində
Unutqanlıq deyilmi?
Bakının
"Üç meyvə"
Dükanından
al:
Alma, armud, portağal.
Müəllim!
İnsafın varsa,
Bir "üç" - kafi yaz ki, keçim
Mən də axırıncı kursa.
Yaman təsirlidir "İctimai"nin
"Üç
dost, üç tale" verilişi;
Alqışlansın
onun
Xeyirxahlıq işi!
Koordinat mərkəzindən
çıxır
üç şüa:
Biri - iks, biri - iqrek,
biri - zet-dir ha!
Tapılmasa oxlar üzrə üç nöqtə,
Ya əyri, ya da
ki, düz
Deyə bilmərik xəttə.
"Üçüncü
ayaq" adlandırıb
çəliyi kim?
Unudulmaz şairimiz Vaqif İbrahim!
Üç yoldaşıq - trio,
Biri - sənsən, biri - mənəm, biri - o.
Tar, kamança,
qaval-
Üçlük,
bir "Qoçəli"
çal!
Ay dost! Soruşursan
"Bəs ardı hanı?"
Gərək tamamlayam "Trilogiya"nı.
Qonşunun xanımı üçəm
doğubdur!
Məclisdə
ağsaqqal nə dedi o gün?
"Bütün
subayların toyu mübarək!
Millətin sayını artırmaq üçün,
Həzərat!
Hər evdə, hər ailədə
Ən azı üç uşaq doğulsun gərək!"
Yerdə gürzəyə bax, göydə qırğıya!
Mənim şikayətim var təbiətə:
Verib üç əsrlik ömrü qarğaya,
Əlvan kəpənəyə qıymayıb
həftə.
Dünya savaşının gün
idi anı,
Volqadan Elbaya gedən yol hanı?
Ya "üçkünclü" məktub,
ya "qara kağız"
Döyərdi Vətənimin qapılarını...
Hamı möhkəm öyrəşib
İclasdakı
adətə:
"Gizli səs" tapşırılsın
Üç nəfərlik heyətə.
"Dəcəl
meymun, çolaq ayı, çəp keçi..."
Bu təmsili əzbərləyib "beş"
almışam;
Müəllimim
"sağ ol" deyib,
Dağlar kimi ucalmışam...
Yada sal keçmişdə
gördüklərini,
Çobanın
Vurğuna dediklərini:
"Muğan Muğan olsa, biri üç eylər,
Muğan qəzəblənib üçü
heç eylər".
Yadıma Xurşudu görməyim düşür,
Üçatlı
araba sürməyib düşür.
Bütün dünya tanıyır
Aleksandr Dümanı;
Əbədi abidədir
"Üç
müşketör" romanı.
Xoşum gəlir Xoşqədəmin
"Üç
nöqtə" qəzetindən,
"Səni axtarıram"dakı
Şirin vüsal anlarının
Dadından, ləzzətindən.
"Üç
quyu" qanad açıb
Xəzərin
o tayında;
Səslənib
kinomuzun
Nizami sarayında...
Bu oğlanı
tanıyın-
Olsa da adı Qoçaq,
Həndəsədən
yenə də
"Üç"
qiymət aldı ancaq.
Dedim: - Payız gələndə
Sən göyə diqqətlə
bax:
Durnalar da havada
Qura bilir üçbucaq!
Payızda köç edən "Üç telli...durna",
Yazda qəriblərə təsəlli
durna!
Qulağıma
səda gəlir:
"Üç
gündən bir, beş gündən bir..."
"Bu gün ayın üçüdür,
Dilin badam içidir"-
Rəşid belə oxuyardı,
Cazibəli səsi vardı
Üçlük
- göydə Günəş,
Ay, Yer!
Üç hissəli təbəqədir
litosfer:
Üstü - çöküntü,
Qranit - orta qat,
Alt - bazalt.
Nağıllarla
dopdolu
Uşaqlıq tez ötüşdü;
Nənəm, dayım deyərdi:
"Göydən
üç alma düşdü".
Əhsən ailənin ilk övladına,
Bəyi - ata edir, gəlini
- ana!
Əgər bilmək istəsən,
Gedib boş vaxtında sor:
- Cənab
polis, nə üçün
Üç rənglidir işıqfor?
Şəmkirli
Hüseyn məclis qurardı,
Bülbülə
qoşulub cəh-cəh
vurardı:
"Ağ gül, qırmızı gül, bir də
sarı gül",
Saza güvənərdi nəğməli
könül.
Ay müğənni
dost,
Ya de, ya da yoz:
Kimin payıdır,
"Üç
badam, bir qoz"?
Qayğı yükü qalaq-qalaq,
Birləşəcək
bölünmüş xalq.
Göy, qırmızı, yaşıl
zolaq -
Bayraqlaşan amalımız!
CÜT QÜVVƏ
Cüt qüvvə fırladır
anamız Yeri,
Bütün ulduzları, səyyarələri
Daim hərləndirən bu böyük gücün,
Tamam açılmayıb göy
boyda sirri.
Günəş
təmənnasız nur
yaymaq üçün
Özünü
sönməyən oda
döndərib;
Yerin təkliyinə son qoymaq üçün
Yerin harayına Ayı göndərib.
Qoşa bülbülü var gəzdiyim bağın,
Qoşa arzuludur elin ürəyi
Doğru deyirlər ki, evin, ocağın
Kişi çörəyidir, qadın
dirəyi.
Çayda - zirvələrdən yol gələn sular,
Toyda gənclərimiz "Yallı"
gedirlər;
Cüt uçur havada səyyah durnalar,
Cüt gəzir meşədə zəhmli şirlər.
Cüt qanad kimidir ünsiyyət,
vüsal
Filin də qürbətdə qalmaz taqəti;
Əbədi ülfətə ən gözəl misal-
Leylək səxavəti, qu sədaqəti!
Cüt qüvvə nəğməsi
oxuyaraq mən,
Marsda da deyərəm: "Vahiddir
Vətən"
Vətəni ikiyə bölək zolaqda
Sanıram cüt qüvvə düşür qüvvədən.
Cüt qüvvə qanunu! Səslən əzm ilə,
Sən nə əfsanəsən,
nə də rəvayət.
Səni kəşf eləyən alim Ponsele
Ömür-gün
sirdaşı tapıb
nəhayət.
Fırlanır
dərə, dağ, fırlanır dəniz,
Qitələr,
adalar fırlanır müdam.
Qəfil, cüt qüvvəsiz yox olarıq biz,
Cüt qüvvə - yaşamaq, məhəbbət, inam!
Oqtay RZA
Ədalət.-2012.-26
may.-S.20.