Lerikdən o yana
haçadır yollar
(əvvəli
ötən sayımızda)
Dağların dərdi – yol
Bir-iki stəkan pürrəngi çaydan sonra Miriş Xanış oğlu Şahıyevin dərdi açıldı:
- Bu yağışlar
bilirsən bizə nə zülm edir? Dağlarda bu yağışın,
qarın əlindən
yol-iz qalmadı.
Ərazimizdəki 496 kilometr
kəndarası yolları
daim nəzarətdə
saxlamağımıza baxmayaraq
əsaslı təmirə
ehtiyacı var. Azərbaycan
Respublikası Prezidentinin
"Lerik rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"
2012-ci il 03 aprel tarixli sərəncamı
ilə Lerik-Qosmalian-Kəlvəz
avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.
Əhalinin müraciətini nəzərə
alan Rayon İcra Hakimiyyəti elə onların köməyi ilə Piran-Daster, 50-ci kilometr-Ağçay
kəndarası avtomobil
yolunun tikintisinə başlanmışdır. Nücü ərazisindəki
kəndarası, Lərmərud
-Masallı yolunda əsaslı təmir işlərinin qızğın
çağıdır. Artıq Lərmərud -Masallı yolunun 5-ci kilometrliyində minik və yük maşınlarının hərəkəti
üçün körpü
inşa edilmişdir. Şingədulan, Zenoni, Ağçay
kənd yollarında indi kiçik minik maşınları da rahat hərəkət
edə bilir. Halbuki bir vaxtlar burda
ancaq iri yük maşınlarına
təsadüf etmək
olardı.
Qısası, dağlarda yol
saxlamaq igidlikdir desəm, mübaliğə
etmərəm. Bircə dəfə
babat yağışdan
və ya güclü qardan sonra dağ yollarını suların necə yuduğunu görmək ağırdır.
Buna baxmayaraq daxili
imkanlar hesabına, sakinlərin öz gücünə xırda təmirləri özümüz
aparırıq. Böyük işləri
də gördüyün
kimi hökumətin özü həyata keçirir.
Yeri gəlmişkən qeyd edim ki, iş qrafikinin
sıx olmasına baxmayaraq "Ədalət"
qəzetinin jurnalistinə
vaxt ayıran Lerik rayon icra hakimiyyətinin başçısı
Rövşən Bağırov
da rayonun yol təsərrüfatına
ayrıca fikir verildiyini vurğuladı. Əlavə etdi ki, rayonda
aparılan çox böyük abadlıq-quruculuq
tikinti işlərinin
layiqincə, vaxtında
aparılması üçün
bütün qüvvələr
səfərbər edilmişdir.
Həyat qayğıları ilə
rəngarəngdir
Paytaxtdan, eləcə də
digər şəhər
və rayonlardan xeyli uzaqda-dağlarda yaşamaq doğrudan çətindir.
Qış aylarında burda
yaşamaq bəlkə
də qəhrəmanlıqdır.
Ancaq öz el-obalarını, dağlarını, dərələrini
sevən "dağlılar"
bu çətinliklərdən
qorxmurlar.
Lerik şəhərində və ona yaxın
6 yaşayış məntəqəsində
ilk mavi qaz açılışında 2006-cı ildə Ölkə Prezidentinin özü iştirak edib. Ötən ilin dekabrından rayonun Hıramo, Yuxarı Binə, Mastayıl, Binə, Livədirgə, Murya, Qədiməküçə, Əvilə
kəndlərinə qaz
xətlərinin çəkilməsinə
başlanmışdır. Anbu, Barzavu, Şinəband kəndlərində
bu istiqamətdə işlər davam etdiriləcəkdir. Kirəvud,
Gürdəsər, Hamarmeşə
və digər kəndlərə mavi qazın verilməsi nəzərdə tutulub.
Rayonun elektrik təsərrüfatında
vəziyyətə nəzarət
etmək üçün
köhnə transformatorlar
təmir edilmiş və ya dəyişdirilmişdir.
İstismar müddəti bitmiş
elektrik dirəkləri,
naqillər yenilənmişdir.
Şingədulan-Zenoni-Ağçay elektrik xəttinin
tikintisi yekunlaşmaq üzrədir.
Dağlara səpələnmiş uzaq kəndləri elektriklə daha yaxşı təmin etmək üçün Lerikdə 17 meqavatt elektrik gücündə olan modul tipli
elektrik stansiyası inşa edilir. 30 milyon manat
dəyərində olan
bu dövlət müəssisəsinin tikintisi
üçün 5 hektar
torpaq sahəsi ayrılmışdır. Tikinti başa
çatdıqdan sonra
burda 80 nəfər işçi çalışacaq.
2011-ci ildə Təhsil Nazirliyi tərəfindən
Hamarmeşə və Veri kənd tam orta məktəbləri
tikilmişdir. Rayonun köhnə, yararsız daha 24 məktəbində
2011-2013-cü illərdə müasir məktəb
binasının tikintisi aparılacaq. Züvüç, Barzavu,
Aran, Davradibi, Ləkər, Daster, Kələxan kəndlərində
ələbata uyğun məktəb binalarının
inşasına başlanmışdır. Rayonun digər kəndlərində
də bu istiqamətdə işlər aparılır.
Su
aydınlıqdır, həyatdır
Ta qədimdən belə deyib
babalarımız. Ancaq heç kim inanmaz ki, dağlar qoynunda
yerləşən Lerik şəhərinin özündə
insanlar su sarıdan zaman-zaman korluq çəkiblər. Şəhərin
su təchizatını yaxşılaşdırmaq, kanalizasiya
sisteminin yaradılması məqsədi ilə işə
başlanmışdır. Dəyəri 22 milyon manat olan bu
layihəni Türkiyənin "Gelişim Group" şirkəti
həyata keçirəcək. 16569 metr məsafədən
çəkilən ana su xəttinin düz 3 kilometrinin
qayalıqdan keçməsinə baxmayaraq artıq 12 kilometr
kanal qazılmışdır. Zuvand çayı üzərində,
xəttin mənbəyində su qəbuledici məntəqə
tikiləcək və ekoloji cəhətdən təmiz olan bu
su Lerik şəhərinə veriləcək. Şəhərin
ən yüksək nöqtəsində sutəmizləyici qurğu
inşa ediləcək. Təmizlənmiş bu su nasos vasitəsilə
məhəllələrdə tikiləcək 4 su anbarına
vurulacaq. Beləliklə, bütün şəhər daim fasiləsiz
su ilə təmin ediləcək. Mənzillərə su
anbarlardan öz axarı ilə gedəcək.
3 mərhələdə
reallaşacaq bu layihədə indi işlərin
qızğın çağıdır. Su şəbəkəsinin
tikintisində müxtəlif ölçülü borulardan
istifadə edilir. Yaxın vaxtlarda burdakı işçilərin
sayı 170-180 nəfərə çatacaq. Kanal
toplayıcı xəttin uzunluğu 1300, kanal şəbəkəsinin
uzunluğu isə 35820 metrdir. Burdakı çirkab suların
öz axarı ilə sutəmizləyici qurğulara
ötürülməsi baş verəcək. Həm su, həm
də kanalizasiya xəttinin tikintisini 2013-cü ilin
fevralında yekunlaşdırmaq planlaşdırılır.
Yazının sərlövhəsinə
qoyulmuş şeir misrası isə Leriki və Azərbaycanı
çox sevən lerikli şair Ağacəfər Həsənlinindir.
Ağacəfər sevgisinə qoşulan:
Səxavət
Məmmədli
Azərbaycan
Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
fondunun maliyyə yardımı ilə
Ədalət.-2012.-30
may.-S.7.