HARADADIR TOY?
Esse
İyirmi bir ildir kapitalizimdə yaşayırıq.
Bütün cəmiyyət, təhsil,
səhiyyə, iqtisadiyyat,
mədəniyyət hər
şey, hər şey avropalaşıb.
Bəs əxlaqımız, mənəvi
dəyərlərimiz necə,
o da avropalaşıb?
Acı təəssüflə
deyək ki, hə, hə, bəzi adətlərimiz o
söz...g
"Tutmam tutdu" 9-cu sinifdə dərsə gələn
12 uşağa sual verdim:
- Kənddə
toy olur? Heç toyda oynayırsız?
Çiyinlərini çəkdilər
- yəni yox! bir oğlan
diribaş çıxdı,
məni "tutdu":
- Bir dəfə atam məni Zirvə-Kluba aparmışdı. Orda gördüm: toy qonaqlıq
kimi bir şeydi də, yeyir-içir, oynayır-oxuyurdular...
Bəyin
atası - kəndimizin
dəlləyi Həsənxana
"müəllim" deyirdilər.
Həsənxan haçandan müəllim
oldu? İki saat ötməmiş
hamı dağıldı.
Biz gəldik evə...
Bəli, yalan danışmır
uşaq. İstəsək-istəməsək belə ən
qədim adətlərimizin
ən gözəli, sevincə, şənliyə
çevrilən toy da
avropalaşıb. İndi
hansı kənddə
çadır qurur, aşıq gətirir, toy eləyirlər ki... Şadlıq
sarayları ağzını
açıb, müştəri
gözləyir. Yemək-içmək,
aşıq, masabəyi,
şar yağışı
qar yağışı,
daha nə, nə burda var. Təki əlin cibində olsun!
***
Xəyal, yaddaş əlimdən
bərk-bərk yapışıb
uşaqlıq illərimə
aparır məni.
Pirağa kişinin həyətində
toy olacaq. Su sonası Ərkinazla Dayandurun toyu. Bu el şənliyinə hazırlaşır hamı.
Pal-paltarlar yuyulub-ütülənir...
Yol qırağında, təndir
başında söz-söhbət
ancaq bu toy haqqındadır. Biz uşaqlar
ağ, qırmızı
köynək geyəciyikmi?
Qızlar süsən
sümbülə dönüb,
tez-tez güzgü qabağında boy-buxunlarına
tamaşa eləyirlər:
necə görünəcəklər,
bəlkə... bəlkə
bəxtləri elə
bu toyda açılacaq, hə?.. Subay bir qıza subay bir oğlan
"səni sevirəm"
deyəcək, hə?
Eh, cavanlıq, cavanlıq...
Kəndə
hay düşür: iki
gecəlik toyu ən dəbdə olan aşıq Şakir Hacıyev aparacaq. Pəh-pəh, nə gözəl müjdə! Sevincə, şadlığa bax!.. Budu, vaxt-vədə
yetişir: Birinci axşam. Mağarada 200-250 qonaq, arxa
tərəflərdə 300-400 qoca, qadın, uşaq. Qonşu Əsgərabad, Dəvrişli
kəndlərinin camaatı
da buradadır. Gündüz gəlin gələn ağ
əndamlı, başına
qırmızı kəlağayı
örtən Ərkinaz
da qadınların əhatəsində tamaşa
eləyir öz toyuna.
Bəs toybəyi kimdir?
Qonşu Mizan Rəhimov. Əlində nar çubuğu
qayda-qanun yaradır.
Durdusu-dayandısı yoxdur, hamıyla
zövqlə, həvəslə
oynayır. Bütün rəqslərin,
havaların ritmini tutur. Təkcə əli-qolu, ayaqları
yox, başı, beli... bütün əzabarı titrəyir onun. Bax, bax, əlləri başının arxasında,
sonra belində, sonra qabaqda dövrələmə...
bax, bax, bir ayağı havada, o birisi ilə süzür..
Səhərisi qeyri-adi, gözlənilməz
situasiya, dilə-dişə
gətirilməsi mümkün
olmayan hadisə baş verir. Onu yada salmasam olmaz.
Evlə kanalın arasında stol
açılıb manıglara
(özləri bir-birinə
belə deyir) səhər yeməyi veriləcək. Aşıqlar danışıb-gülür, camaatın xoş münasibətləri haqqında
söhbətləşirlər. Biz uşaqlar da
bu ətraflarda hərlənib, fırlanırıq.
Birdən aşıq Şaki məzələnir,
əl eləyib, hamımızı bir yerə cəmləyir, şərt kəsir:
- Kim kanalda çimib, su yuxarı üzsə, 3 manatı var.
Hay-harayla
soyunuruq. Uzun illər
poçtolyon içləyən
şil-bir qolu, bir qıçı mayıf İsmayıl hamıdan birinci tullanır suya və yox olur.
Ay aman köməyə
gəlin, çolaq boğuldu, batdı. Tez-tez suya baş
vurur, gəzirik onu... üç dəqiqə, beş
dəqiqə, yoxdu, yoxdu. Haçandan-haçana
Murtuz uzaq söyüd ağacının
dibindən başına
qaldırır onu, ölüsünü gətirib
uzadır sahilə... Ölüb, nəfəs almır.
Aşığın rəngi-ruhu
qaçıb, əlini
göyə qaldırır,
nəzir-niyaz deyir: özün rəhm elə ilahi, peşmançılıq vermə...
Biyabır olarıq...
Balabançı "ölü"nü başı üstə çevirib silkələyir.
Nağaraçı vay-həşirdədi,
başını söykəyib
İsmayılın sinəsinə,
nəfəsi təngiyə-təngiyə
deyir: tez, tez olun, dayanmayın,
ürəyi vurur hələ. Aşıq qıçından yapıçıb silkələyir,
ağız-burnundan su
tökülür çolağın.
Birdən gözünü
açır, dirilir o
və yapışır
aşığın qıçından
- Ver pulu, ver, ver...
Aşıq qoyun cibindən
qlrmızı onluq çıxarıb verir İsmayıla, o da qaçır düz evə. Qışqırır:
- Ay dədə
heyy! 10 manat, 10 manat...
Pah, axşam çadırın
arxasından görmüşəm
o pulu... Şövqlə, həvəslə oxuyur, çalır, dövrə vurur aşıq və hər kəs ona üç manat şabaş verir. Şakir gəlib dayanır kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Qızqayıt
Həsənovanın önündə,
çəkir zilə:
Azad bir qız girib bağa,
Gəzir boylana-boylana.
Ala gözün
sağa-sola,
Süzür boylana-boylana
Lap yaxında
Həsrət Hüseynovun
balabanı "alışıb-yanır".
Qızqayıt xanım
o qırmızı onluğu
qoyur sazın üstünə...
...Pirağa kişi ilk övladının
toyunu görürdü.
Sevinirdi,
hamıyla zarafatlaşırdı,
heç nəyini qızırğanmırdı. İki günə iki cöngə, neçə
qoyun, quzu kəsildi. Təkcə qonum-qonşu yeyib-içmədi,
kəndin lap ucqarındakı
evlərə-qocalara, xəstələrə,
zahı qadınlara bozbaş kasası çatdırıldı. Biz
uşaqların sevinci,
şadlığı dilə
gələsi deyildi.
Süd golünə düşmüşdük
sanki. Dəstə-dəstə cumurduq aşbazın
yanına, doyunca yeyir, qayıdırdıq çadırın həndəvərinə,
oynamağa.
Bir ildən sonra
Pirağa kişinin nəvəsi gəldi dünyaya. Adına aşığın adını
verdi: Şakir.
Sonra Şamil, Şahin...
***
Qonşu Əsgərabad kəndində
də bayramdı, şənlikdi. Toydu. Çadırda
100-150 adam varsa, ətraflara iki bu qədər
yığışıb. Şirni-noğul, günəbaxan toxumu satanların gəlhagəlidir.
Azı
5-6 saat "çak-çuk"
eləyəcəklər. Hamı həsrətlə toy havası
ilə yaşasa da, el şənliyi soyuq başlayır, şənlik nöyütü
tükənən onluq
lampaya bənzəyir.
Alınmır o gözəllik, o ahəng, o şirinlik.
Niyə?
Dava düşür? Yox, hamı
şəndi, mehribandır,
neçə vaxtdır
toy həsrəti ilə
yaşayır. Nə dava-dalaş.
Amma kimdir günahkar? Nə olub, nə baş
verib ki, alınmır toy? Səbəbi
başqadır bunun...
Qayıdaq ötən dövrə.
Rayonun rəhbərliyindəki "yenilik"lərə.
Birinci katib Dəmir Nəbiyev gədəbəyli,
RİK sədri Cahan İbrahimov tovuzludu. Gözünə döndüyüm
yaltaqlar, vəzifəyə
yarınmaq istəyən
yoldaşlar belə fikrə düşüblər:
elə o qərb zonasından toya aşıq dəvət eləyək. böyükləri
bəlkə toya gətirdik, bu kənddən olan kadrların sanbalı qalxdı (müsəlman yaltaqlığı da çeşid-çeşiddir). Tovuzdan aşıq İmran, Gəbəydən aşıq
İsfəndiyar bir ətək pul almaq şərti ilə təşrif buyurdular Əsgərəbada.
Arzuları gözündə
qaldı bəzi yoldaşların: rəhbərlərdən
heç biri gəlmədi toya.
Elə ki, aşıqlar başladılar "ağrın
alım", "nənəm
qurban uy, uy" deyə-deyə, sazda "Kərəmi",
"Zarıncı" çala-çala
gərdiş eləməyə
"Abbas və Gülgəz" dastanını
söyləməyə, hay-küy, qışqır-bağır
qopdu, toya gələnlər dəstə-dəstə
baş götürüb
getdi. Necə deyərlər, toyun mübarək olmadı... Məclisdə iki müəllim qaldı: qazaxlılar Əhməd Hətəmov, Kamal Əlihüseynov. Kimi dili
tutasan, məcbur edəsən ki, 4-5 saat otur, dastana
qulaq as, gülər sənə.
Belə ab-havanın
yaranmasının səbəbi hər kəsə
aydındır. Bizdə xalq mahnıları oxuyan müğənni
dəbdədir, rəqslər, dəstə-dəstə qol
götürüb oynamaq dəbdədir. Toyda qızların
sındıra-sındıra "nəlbəki"
oynaması, oğlanların "qoçəli"ni rəqs
edərkən bir-birlərini "yorması" gözəl
tamaşalar deyilmi?
Əlibaba Rəhimov
Ədalət.-2012.-1 noyabr.-S.7.