Dağlar qoynundakı Lerik
(əvvəli ötən
sayımızda)
Buna
baxmayaraq son illər
Lerikdə yol tikintisinə ayrıca diqqət
verilir. Elə Lənkərandan Lerikə uzanan 56 kilometrlik yol buna misaldır.
Hal-hazırda Lerik şəhərindən
Zuvand yaşayış məntəqəsinə
yüksək keyfiyyətli asfalt yolun çəkilməsinin son
mərhələsidir. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2012-ci il tarixli sərəncamına
əsasən tikilən bu yolun
çox böyük iqtisadi-sosial mədəni əhəmiyyəti
olacaqdır. Azərbaycan Respublikasının Prezident
Administrasiyasının tövsiyyəsinə əsasən əhalinin
daha çox istifadə
etdiyi və sıx yaşadığı
36 kilometr məsafəsi olan
50-ci kilometr - Xanagah yolu barədə ilkin məlumatlar
toplanmışdır. Aparılmış hərtərəfli
araşdırmalar nəticəsində yol
haqqında akt yazılmış, smeta sənədlər
hazırlanmışdır. Müvafiq qərar
qəbul edilməsindən ötrü bütün sənədlər Prezident
Administrasiyasına, Nazirlər Kabinetinə təqdim edilmişdir.
Yollarla bağlı bir məsələni
də qeyd etmək yerinə düşər ki, 56 kilometrlik Lənkəran-Lerik
yolu son illər yağan intensiv yağışlar nəticəsində
xeyli dərəcədə ziyan çəkmişdir. Yoldakı
bu narahatlıqları aradan qaldırmaq üçün
respublikanın bütün aidiyyəti qurumlarına Lerik rayon
rəhbərliyi çoxsaylı müraciət etmişdir. Yəqin
ki, yaxın vaxtlarda müraciət olunan rəsmi qurumlar bu məsləyə
müsbət rəy verəcəklər.
Abadlıq
işləri davam etdirilir
Lerik rayonunun kəndləri ilə
bərabər şəhərin özündə də tikinti,
abadlıq işləri hər gün bir az da genişləndirilir.
Rayon mərkəzindəki küçə və səkilər
yenidən qurulur, istinad divarları ağ lay daşlarla bəzədilir.
Su ötürücüləri yeniləri ilə əvəz
edildiyindən indi qəsəbədə səliqə-sahman
daha çox hiss edilir.
Lerik rayon mərkəzinin əsas
küçələri və onlara paralel olan digər
küçələr asfaltlaşdırılıb. Bu
yöndə işlər indi də davam etdirilir. Rayon mərkəzindən
polis şöbəsinə qədər uzanan yolun ətrafında
olan xırda tikililər iriləri ilə əvəz edilir.
Onların ətrafında aparılan tikinti abadlıq işləri
müasir tələblərə cavab verə bilən görkəmə
salınır.
Fövqəladə Hallar Nazirliyi
rayonun Molalan, Durğan, Bürsülüm kəndlərində
qəza vəziyyətinə düşmüş 4
yaşayış evinin inşasına
başlamışdır. Hal-hazırda işlərin
qızğın çağıdır. Daha 14 belə
yaşayış evinin tikintisi üçün tələb
olunan texniki şərtlər, torpaqqayırma və digər sənədlər
hazırlanaraq nazirliyə təqdim edilmişdir. Fövqəladə
Hallar Nazirliyinin yaxın vaxtlarda bu evlərin tikintisinə də
müsbət rəy verəcəyi şübhə
doğurmur.
Hal-hazırda Lerik şəhərinin
İ.Yaqubov, Nizami, A.Əsədullayev küçələrində
yenidənqurma işləri aparılır, istinad divarları
hörülür, səkilər quraşdırılır.
Yeni istehsalat müəssisələri, yeni iş yerlə
Ölkənin bütün
regionlarında olduğu kimi Lerikdə də yeni istehsalat
müəssisələri, sahibkarlığın
inkişafı həmişə gündəmdə olan məsələlərdən
biridir. Çünki, yeni təşkil edilmiş istehsalat
müəssisələri yerli büdcəyə, eləcə
də respublika büdcəsinə mənfəət verməklə
bərabər həm də, yeni iş yerləri deməkdir.
Lənkəran-Lerik yolunun 37-ci
kilometrliyində süfrə suyu və şirə istehsal edən
müəssisənin davam edən tikintisi buna bariz nümunədir.
İş adamı tərəfindən Lerik şəhərində
əvvəllər tədarük məntəqəsi kimi fəaliyyət
göstərən tikililərdə yenidənqurma, əlavə
tikinti işləri aparılır. Tikintilər başa
çatdırıldıqdan sonra burda mebel, plastik qapı-pəncərə
istehsal olunacaq, əhaliyə digər xidmətlər göstəriləcək.
Hazırda köhnə çörək zavodu müasir tələblər
səviyyəsində iş adamı tərəfindən yenidən
bərpa edilir. Bütün bu işlərin yekunundan sonra
istehsala başlayacaq bu müəssisələrdə onlarla
iş yeri açılacaqdır.
Şəhərdə yeni
şadlıq sarayının, 2 mərtəbəli ictimai
iaşə obyektinin tikintisi də sürətlə
aparılır. Piran kəndində yumurta, ət, quş
istehsalı ilə məşğul olacaq broyler fabrikinin
tikintisində son tamamlama işləri aparılır. Hər
gün 50 ton quş əti istehsal edəcək bu fabrikdə
indi 80 nəfərdən çox lerikli işləyir. Müəssisə
tam fəaliyyətə başlayandan sonra burda 150-də
yuxarı daimi iş yeri yaradılacaq. Bu isə 150 nəfər
ailənin ailə-məişət şəraitinin daha da
yaxşılaşdırılmasına xidmət edəcək.
Daster kəndi ərazisində
sahibkar tərəfindən inşasına 2007-ci ildən
başlayan broyler sexi və ictimai iaşə obyekti fəaliyyətə
başlamışdır. Bu müəssisədə 18 nəfər
lerikli daimi işlə təmin edilmişdir.
Rayonda
ictimai asayiş mükəmməl qorunur
Əvvəlcə qeyd edək ki,
2012-ci ilin 9 ayında rayon İcra Hakimiyyətinin
başçısı hüquq- mühafizə orqanları,
rayonda fəaliyyət göstərən idarə-müəssisə
rəhbərləri ilə birlikdə səyyari qəbullar
zamanı vətəndaşları fərdi qaydada qəbul
etmiş və onların müraciətinə
baxmışdır. Bunların nəticəsində ictimai
asayişin daha yaxşı qorunması yolları və təklifləri
meydana çıxmışdır.
Qeyd etmək
lazımdır ki, Lerik
rayonu sakit həyat tərzi
keçirən rayonlarımızdandır. Rayon
polis şöbəsinin cinayət-axtarışı
üzrə rəis müavini, polkovnik leytenant Şahin Ağayev bildirdi ki, rayonumuzda
ictimai asayişə nəzarət edilir. Narkotik və oğurluq halları demək olar
ki, son həddə kimi azalmışdır. Ancaq uzun
müddət axtarışda olan 1949-cu il təvəllüdlü, Lerik
rayonunun Lələheyran kənd sakini Zeynəb Abdulrəhim qızı
Mahmudovanın aşkarlanması üçün
xeyli əziyyət çəkməli olmuşlar. 15 oktyabr 2012-ci
il tarixdə Bakının Yasamal
rayonunda ələ keçən bu qadın 1995-ci ildən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsi
ilə axtarışda olub. Vamazqon kənd sakinləri 1992-ci il təvəllüdlü Ülkər, Səfurə
Panalı qızı Panaliyeva
bacıları 2012-ci ilin 1 yanvarında evlərindən
çıxıb getmişlər. Uzun
müddət axtarışdan sonra məlum
olub ki, qızlar
Keşlə qəsəbəsində yaşayırlar. Evdən
getmələrindən səbəb isə ailədəki
narazılıq olub.
Enişli-yoxuşlu, dolanbac Lerik
yollarında 9 ay ərzində 6 yol nəqliyyat hadisəsi
alınıb. Nəticədə 2 nəfər həyatını
itirmiş, 6 nəfər isə xəsarət
almışdır. Qış qabaqdadır, ancaq leriklilər əmindirlər
ki, onlar qarlı-şaxtalı havalarda da öz
uğurlarını davam etdirəcəklər. Tikib-quracaq,
inkişaf edəcək və daha yaxşı yaşayacaqlar.
Səxavət
Məmmədli
Ədalət.-2012.-1
noyabr.-S.7.