FƏRƏHLİ ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ

 

   İndi ən pessimist adamı dindirsən belə...

  

   Azərbaycanın dünya ölkələri sırasında mötəbər yer alması, təbii ki, uğurlara hesablanmış stabil daxili xarici siyasət strategiyasının nəticəsidir. Sürətli sosial-iqtisadi inkişaf ən pessimist insanları da qarşıya qoyulmuş mühüm vəzifələrin həllinə inandırmaqdır. Paytaxtdan tutmuş ucqarlaradək yeniləşən Azərbaycan hər bir ölkə vətəndaşını qürurlandırır.

   ...Qədim Şəki də son illərin inkişafına, qürur dolu hadisələrinə sevinməkdədir. Şəkililər indi gələcəyə nikbin baxırlar. Onların arzuladıqları, xəyal etdikləri gerçək olur. Qədim və gözəl Şəki indi daha əzəmətli, daha yaraşıqlı görünür. İşsizlik problemləri də tədricən aradan qaldırılır. Digər sosial məsələlərin həllində də daimi irəliləyiş hiss edilir. Şəki camaatı bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildirirlər. Onlar hörmətli Prezidentin Şəkiyə hər səfərini səbirsizliklə gözləyir və bu səfərlərin hər birini bayram edirlər.

 

   Sevimli Prezident!

 

   ...Şəkililərin minnətdar olduqları başqa bir məqam da var. Bunun bir şahidi kimi Şəkiyə yolum düşən vaxtlarda fürsət tapıb bütün zümrələrin nümayəndələri ilə söhbətlərdən eşitdiyim inamlı sözlərdir. Sakinlər rayon rəhbərliyinin fəaliyyətindən razılığını, görülən işlərin miqyasını cənab Prezidentə minnətdarlıq kimi ifadə edirlər.

   Prezidentin diqqət və qayğısı ilə həqiqətən Şəkidə çox iş görülür, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkililərin arzuladığı əsl xalq və dövlət adamıdır.

   Respublikanın ən böyük kənd rayonlarından biri öz keçmiş şöhrətini qədim və müasir Şəki formasında geri qaytarmaqda, sakinləri yeni uğurlara ruhlandırmaqdadır.

 

   İlin ötən 9 ayı

 

   Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir".

   Həmin iclasla əlaqədar Şəki şəhərində keçirilən müşavirədə bütün bu məsələlər iftixar hissi ilə qeyd olunmuşdur. 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair məruzəsi maraqla dinlənən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonla bağlı əlamətdar hadisələri də xüsusi vurğulamışdır:

   - Bu ilin sentyabr ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Sentyabr ayının 9-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Orijinal memarlıq üslubunda inşa olunacaq və ümumi sahəsi 5 min 629 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır. Ərazidə həmçinin Heydər Əliyev Parkı, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur. Cənab Prezidentimiz Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına inşa olunmuş taxıl anbarı və dəyirman kompleksinin, dördulduzlu "Shaki Palace" otelinin açılışında iştirak etmiş, M. F. Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük işlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə. Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq. Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələr icra edilir.

   Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir".

  

   (ardı gələn sayımızda)

 

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Ədalət.-2012.-2 noyabr.-S.7.