"Müraciətə imza atandan sonra toya
getdim"
Salam Sarvan: "Bu nə zülümdür, bir-birimizə
eləyirik?"
Kulis.az-ın suallarını toylar əleyhinə müraciət müəlliflərindən
biri Salam Sarvan cavablandırır.
- Toy əleyhinə müraciət
ideyası kimdən gəldi?
- Bu barədə
əvvəllər də
düşüncələrimiz vardı, dəfələrlə
köşə yazılarımızda
öz narahatlığımızı
ifadə etmişik. Müraciət isə mən,
Murad və Aqşinin birgə söhbətlərimizin nəticəsi
olaraq ortaya çıxıb. Bu o qədər qabarıq problemdir ki, istər-istəməz söhbətlərdə
üç mövzudan
birinə çevrilir.
Axırıncı dəfə bu
barədə danışanda
belə qərara gəldik ki, bunu hansısa formada özümüz üçün həll etməliyik. Niyə deyirəm
özümüz üçün?
Biz bu müraciəti
imzalayanda bunun ictimai ajiotajına, ictimai faydasına iddia eləməmişik.
İlkin niyyət özümüzü xilas
eləməkdən ibarət
olub: biz getmirik, bizi dəvət etməyin. Bunu fərdi şəkildə
də etmək olardı. Qohumlara, yaxınlara deyə
bilərdik ki, toylarla qurtarmışıq,
bizi toya dəvət etməyin.
Amma düşündük ki, bəlkə özünü
xilas etmək istəyən başqa insanlar da var,
buna görə ictimailəşdirmək qərarına
gəldik. Həm də
zəif də olsa bir ümidimiz
də vardı ki, bəlkə bu müraciətin ictimai effekti də oldu. Bu, olacaqsa lap yaxşı,
olmayacaqsa, yenə də deyirəm, bizim özümüzü
başdan ayağa saxta olan bu
prosesdən yayındırmamız
da kifayətdir.
- Reaksiyalar sizi qane etdimi?
- Rayona getmişdim, indi gəlmişəm və görürəm ki, müəyyən effekt verib. Bu hamını
narahat edən məsələdir. Ancaq
bir iş var: Facebookda səhifə açacağıq,
görək, bu məsələdən adi
halda narahat olanlar peal əməldə
özlərini necə
aparacaqlar.
- Öz yazılarında toyları tənqid edənlərin bir çoxu müraciətə
qoşulmayıb. Bu, sizi narahat etmir
ki?
- Bu problem haqqında
təkcə yazarlar yox, hamı danışır. Biz yaxın günlərdə
insanların nə qədər səmimi olduğunu görəcəyik.
Müraciətə daha
çox adam
imza atsa, ictimai faydası da çox olar.
Bu cür problemlərin
həll etməyin bir yolu da
nəyisə dəbə
salmaqdır. Biz ümumiyyətlə
toylardan imtina etmirik ki... Toyların indiki
xarakterindən, indiki fəlsəfəsindən imtina
edirik.
- Bəzi insanlar deyirlər ki, ideya yaxşıdır,
ancaq heç bir faydası olmayacaq, buna görə də müraciətə imza atmaq istəmirik...
- Bunun ciddi ictimai effekti
olmaya da bilər, bu, bizi narahat etmir.
Bizim problemi kökündən həll etmək inamımız və iddiamız yoxdur. Sadəcə
biz özümüzü problemlərdən
kənara çəkirik.
İctimai effekt sonrakı məsələdir,
olsa, lap yaxşı.
- Lap yaxın qohumun toyuna necə getməmək olar?
- Sabah mənim
əmim oğlunun toyudur. Əmimin bu müraciətdən
xəbəri var deyə məni toya dəvət eləmədi. Zəng
elədi, gülə-gülə
dedi ki, "Salam, zəng elədim sənə deyəm ki, səni oğlumun
toyuna dəvət eləmirəm..."
- Bir müddət öncə "Mərasimlər
haqqında" qanunun
qəbulu gündəmdə
idi. Necə düşünürsünüz, qadağalar qoymaqla bu məsələni həll etmək mümkündür?
- Məncə bu problemi qanunla
həll etmək çətin məsələdir.
Bu, cəmiyyət üzvlərinin öz münasibətindən asılı
olan məsələdir.
İradə göstərmək lazımdır. Təəssüf ki, ortaya qəribə
şeylər çıxır.
Görürsən, cavan oğlandır,
bir müddət sonra özünün toyu olacaq, ona
görə gözləmə
mövqeyindədir. Olmadı
ki bu... Gözümüzün qabağında modelllər
var. Toya əlli nəfərdən artıq
qonaq dəvət etmirlər. Toylar bizimki kimi dəbdəbəli deyil.
Dəvət olunanlardan da
nəmər ummurlar.
Ürəyi istəyən hədiyyə
alıb gətirir.
Türklər bizim toylarda
iştirak edəndən
sonra dəhşətə
gəlirlər ki,
"Bizdə bu cür toyları ancaq Koç və Sabançı ailəsi keçirərdi".
Həyatımızın ağır
vəziyyətində onu
öz əlimizlə bir az da ağırlaşdırmağın
nə anlamı var axı? Ömrü boyu
görmədim ki, kimsə toydan razı getsin. Keyfiyyətsiz akustika, biabırçı
və şablon ssenari, repertuar bayağılığı kimə
xoş gələr?
Bir şeyi də deyim, yanlış başa düşülməsin.
Bəzən elə hal olur ki, bir
toplumun canından virusu çıxarmaq üçün maarifçilik
effekt vermir. Yəni, topluma zor tətbiq
etmək lazım gəlir. Yəni pozitiv vərdişlərin
zor tətbiq edəndən sonra yaranması da mümkündür. Mən
bir neçə il əvvəl
bir yazı yazmış Vasif Talıbova təşəkkür
etmişdim, yas məclisləri ilə bağlı atdığı
addımlara görə...
- Ayda nə qədər
toya gedirsiniz?
- Bu ay yeddi toya getmişəm. Minimum 50 manat da
pul yazdırmışam.
Gəlirim ayda yeddi toya getməyə imkan vermir axı.
Bu, nə zülümdü,
bir-birimizə eləyirik?
- Müsahibəyə
başlayanda dediniz ki, rayondan gəlirsiniz.
Deyəsən müraciətə
imza atandan sonra toya getmişdiniz...
- Bu dəvətnaməni
müraciəti imzalamamışdan
üç gün qabaq almışdım. Və gələcəyimə də
söz vermişdim.
Bu, iştirak etdiyim axırıncı toydur. Yenə deyirəm biz könüllü
və səmimi mövqe ortaya qoymuşuq. Həm maddi, həm də mənəvi baxımdan öz xeyrimizə olan mövqe... Qaldı prinsipiallığa, məsələnin
qoyuluşu belədir:
əgər söhbət
ictimai faydadan gedirsə, müraciətə
qoşulan vədinə
əməl etməli,
heç bir toya getməməlidir. İstisna hal ola bilməz.
- Belə çıxır ki, şair Qismətin
bu günlərdə baş tutacaq toyuna getməyəcəksiniz?
- Yox. Bu müraciətdən sonra Qismət yəqin ki bizə
dəvətnamə göndərməyəcək.
Çünki biz artıq xahiş
etmişik ki, bizi toya çağırmayın.
Görürsünüz, bəzi
məsələlər öz-özünə
necə rahat həll olunur ... Heç kim
də heç kimdən incimir. Qisməti çox istəyirəm, ancaq yəqin ki məni başa
düşər. İnanıram ki, toyundan sonra
Qismət özü də bu müraciətə
qoşulacaq, mütləq
qoşulacaq. Qismət də
bu cür düşünən adamlardandır,
ancaq indiki halda onu başa
düşürəm, yəqin
toy təşkilatçılığı
əvvəllər başlayıb,
indi geriyə addım mümkün deyil. Amma bizim gənc
yazarlar arasında xeyli subay var,
yaxşı olardı
ki, nümunə göstərsinlər. 50 nəfərdən
çox adam
dəvət eləməsinlər.
Əgər o 50 nəfərin
içində mənim
də adım olarsa, sevinərəm, toyda məmnuniyyətlə
iştirak edərəm,
təbii ki, nəmərsiz...
-
Sizin öz toyunuzda 50 nəfər iştirak etmişdi?
- Bunu elə-belə deyirəm,
postmodernizmin prinsiplərindən biri də ironiyadır. Əslində
şadlıq evindəki toy çadır toyuna ironiya etməli
idi. Amma indi, əksinə, çadır toyları
şadlıq evlərindəki toylara ironiya edir. İndi
"post" çadır toylarıdır. Kənd
toylarında dəbdəbə bu qədər deyildi. İki
cür yemək verilirdi: sulu yemək və plov. Salat adına
bir turşu qoyurdular, bir də göy-göyərti. İki
mağar qurulurdu: qonaqlar yeməklərini yeyib keçirdilər
o biri mağara. Hər halda çadır toyu şadlıq
evindəki toydan qat-qat maraqlı idi. Ancaq bu model də model
deyil. Ümumən, bunlar detallardır. Söhbət ondan gedir
ki, azərbaycanda evlənmək hadisəsinin
bütövlükdə mahiyyəti saxtadır. Sadəlövh
deyiləm, bilirəm ki, biz bu biabırçı ənənəni
laxlada bilməycəyik.
Biz hələ detallardan
danışırıq ki, nəmər məsələsi ilə
qurtarmaq lazımdır. Böyük toyu başa
düşdük, bəs sünnət toyu nədir? Dəhşətli
vəziyyət yaranıb, insanlar özünə ad
günü keçirir və yenə də nəmər
yığırlar. Kiminsə uşağı birinci sinfə
gedir, banket düzəldir, yenə də nəmər
yığır.
Ağa
Cəfərli
Ədalət.-2012.-2
noyabr.-S.8.