FƏRƏHLİ
ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ
(əvvəli ötən
sayımızda)
Nadir və xoş bir hadisə: Prezident 3 gün ərzində
iki dəfə Şəkiyə gəlir
...Sentyabr ayının 12-də cənab
Prezidentimizin xanımı Mehriban Əliyeva və ölkəmizdə
işgüzar səfərdə olan Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğanla birlikdə Şəkidə qonaq olması bizim
üçün olduqca fərəhli və sevindirici bir hadisə
idi.
Cənab Prezidentimiz İlham Əliyev
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Şəkidə türk əsgərinin abidə kompleksini
ziyarət etmiş, Şərq memarlığının nadir
incisi hesab olunan Şəki Xan Sarayı, Kiş kəndindəki
Alban məbədi, Yuxarı və Aşağı Karvansara
mehmanxana kompleksləri ilə tanış olmuş, Şəki
Cümə məscidinə baş çəkmişlər. Hesab
edirəm ki, Cənab Prezidentimiz İlham Əliyev və
xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın
Şəkiyə olan bu səfəri şəhərimizin
ictimai-siyasi həyatında cox mühüm tarixi hadisədir.
Bir-birini
əvəz edən əlamətdar sentyabr günləri
...Qeyd etdiyim kimi bu ilin sentyabr
ayı şəhərimiz üçün olduqca əlamətdar
hadisələrlə zəngin olmuşdur. Sentyabr ayının
22-də şəhərimizdə görkəmli maarifçi və
ictimai xadim M. F. Axundzadənin 200 illik yubileyinə həsr
olunmuş bayram tədbiri keçirilmişdir. Respublikanın
tanınmış elm və mədəniyyət xadimlərinin,
millət vəkillərinin, ziyalıların, xarici ölkələrdən
dəvət olunmuş qonaqların iştirak etdikləri mərasimdə
bildirilmişdir ki, 2012-ci il TÜRKSOY tərəfindən həm
də "M. F. Axundzadə" ili elan olunmuşdur. Bu
baxımdan Axundzadənin yubiley tədbirlərində
TÜRKSOY-un üzvü olan ölkələrdən, o cümlədən
Türkiyə, Qazaxıstan və Rusiya Federasiyası,
Başqırdıstan Respublikasından dəvət olunmuş
qonaqlar iştirak etmişdir.
Yubiley tədbirləri M.F. Axundzadənin
ev muzeyinin açılışı ilə
başlanmış, daha sonra tədbir M.F. Axundzadənin
adını daşıyan mədəniyyət və istirahət
parkında təşkil olunmuş "Kitab bayramı" ilə
davam etdirilmişdir. Həmin gün bilavasitə cənab
Prezidentimizin tapşırığı əsasında inşa
olunmuş 600 yerlik "Yay Teatrı"nın
açılışı olmuş, burada Azərbaycan Milli
Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə "Mirzə Fətəli Axundzadə - 200"
mövzusunda Beynəlxalq elmi simpozium keçirilmişdir. Mirzə
Fətəli Axundzadənin 200 illik yubileyi onun vətəni
Şəkidə ədəbiyyat, poeziya və söz
bayramı kimi qeyd olunmuşdur. Sentyabrın 23-də isə
şəhərimizdə ilk dəfə olaraq Şəkinin
2700 illik yubileyinə həsr olunmuş "Şəhər
günü" bayram tədbiri keçirilmişdir. Şəhərin
mərkəzi meydanlarından birində bayramın təntənəli
açılışından sonra tədbir Şəki Xan
Sarayının həyətində davam etdirilmişdir.
"Şəhər günü" çərçivəsində
Şəki şəhər bələdiyyəsi ilə
Türkiyənin Konya şəhər Məram bələdiyyəsi
arasında qardaş şəhər haqqında protokol
imzalanmış, "Yuxarı Karvansara" mehmanxana kompleksində
rəsm və çiçək sərgisi
açılmışdır. "Şəhər
günü" bayram tədbirinə Türkiyənin məşhur
"Anadolu atəşi" rəqs ansamblının konserti ilə
yekun vurulmuşdur. Yubiley tədbirləri nəinki şəhərimizin,
bütövlükdə ölkəmizin mədəni həyatında
əlamətdar hadisəyə çevrilmişdir.
Uğur strategiyası
2012-cu ilin doqquz ayında ilkin
hesablamalara görə, faktiki qiymətlərlə 295 milyon 190
min manatlıq məhsul buraxılmışdır ki, bu da
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə
16,4 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə
1666 manatlıq, yaxud 2011-ci ilin müvafiq dövrü ilə
müqayisədə 15,2 faiz çox məhsul
buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı
230 manat olmuşdur . Bu əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
2012-cu ilin doqquz ayı ərzində Şəki rayonunda 967
iş yeri açılmışdır ki, onların da
hamısı daimi iş yerləridir. Bununla yanaşı qeyd
olunmalıdır ki, rayonda gedən abadlıq-quruculuq işləri
zamanı yüzlərlə insan mövsümü işdə
çalışmışdır.
2012-cu ilin doqquz ayında Şəki
rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi
202 milyon 567 min manat olmuşdur. Bu 2011-ci ilin müvafiq
dövrü ilə müqayisədə 14 faiz çoxdur.
Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət
göstərir ki, bunların da 13-ü kiçik müəssisədir.
2012-ci ilin doqquz ayında Şəki rayonunda istehsal və
qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş
investisiyanın həcmi 77 milyon 896 min manat olmuşdur. Bu
2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 69
faiz çoxdur. İstifadə edilmiş investisiyanın 90,5
faizi dövlət mülkiyyətinin, 9,5 faizi qeyri-dövlət
mülkiyyətin payına düşür. 2012-ci ilin doqquz
ayında əsas kapitala yönəldilmiş
investisiyanın 88,8 faizi tikinti
quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çoxdur.
Şəki Rayon Məşğulluq
Mərkəzinə 2012-ci ilin doqquz ayında 344 nəfər
işaxtaran müraciət etmişdir. Hesabat dövründə
167 nəfər işə düzəlmişdir. İcra
Hakimiyyəti başçısının Sərəncamına
əsasən müəyyən edilmiş 18 kvota yerinə 8 nəfər
işə götürülmüşdür.
(ardı
gələn sayımızda)
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.-2012.-3 noyabr.-S.4.