KİŞİ
ŞAİR, QƏHRƏMAN ŞAİR
ƏDƏBİ
HƏYAT
Onun səsi
meydanlardan, tribunalardan,
uca kürsülərdən, şeir məclislərindən gələrdi. Bu səsdə qətiyyət, cəsarət, kişilik vardı. Bütöv
bir məmləkətin azadlıq səsiydi...
O, həyatını,
varlığını Azərbaycanın müstəqilliyi,
azadlığı uğrunda mübarizəyə həsr etdi və
bu yolda son nəfəsinəcən bircə addım da geri
çəkilmədi. Onun yolu daşlı-kəsəkli
yollardan keçdi, təqiblər, mənəvi işgəncələr
yol yoldaşı oldu, zindanlara düşdü, amma ruhu
sarsılmadı. Bəlkə də adi bir ömür yolu qismətinə
düşsəydi. Çox şair dostu kimi hər şeyə
qane olardı; vəzifə, var-dövlət, rütbə, alilər
yanında fəxri yer. Amma o zaman bu başıbəlalı məmləkətin
Xəlil Rzası olmazdı.
Bir nəfər olmalıydı ki,
sinəsini irəli versin, rus süngüsünün
qarşısına şeirlə çıxsın.
O, hər şeydən əvvəl
ŞAİR idi. Ancaq səsini içinə qısan, xalqın
ən ağır günlərində bir otaq küncünə
çəkilib təbiətin gözəlliklərindən,
sevgidən şeir yazan şair olmadı. Poeziyada da, həyatda
da daim müxalifət yolunu seçdi. İmperiya
dövründə "gəmidə oturub gəmiçi ilə
dava elədiyi üçün" hər addımı təqib
olunurdu. 10 il APİ-də müəllim işlədi, tələbələrinə
həm də Azadlıq dərsi keçirdi. İşdən
çıxardılar və o, Nizami adına Ədəbiyyat
İnstitutunda işə girdi, burada namizədlik və doktorluq
dissertasiyaları müdafiə etdi, amma yolundan dönmədi.
"Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram, qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram!" deyən Xəlil Rza şeirlərində
vahid Azərbaycan ideyasını irəli sürür,
imperiyanın yeritdiyi siyasətə qarşı
çıxır, cəmiyyətdə baş verən mənfiliklərə
münasibətini bildirirdi. Onun fiziki iradəsi ilə mənəvi
gücü vəhdətdə idi, yoxsa həyatı boyu
çox işgəncələrə tab gətirə bilməzdi.
Sənətdə amalını belə
seçmişdi: "Məncə, müasir Azərbaycan
poeziyasının ümdə vəzifəsi xalqın ruh
yüksəkliyini, tərəqqi uğrunda əsrlər boyu
qazandığı böyük mübarizə təcrübəsindən
doğan tarixi nikbinliyi qoruyub saxlamaq və daha da zənginləşdirməkdir.
Müasir poeziyamız həmişə olduğundan daha qəti
və daha cəsur səslə hayqırmalıdır ki, Nizami
və Füzuli, Babək və doktor Tağı Ərani, Səttarxan
və Xiyabani. Nəsimi və Uavid, Sabir və Möcüz,
Firidun İbrahimi və Şəhriyar, ən
başlıcası misri qılınc və saz
yaradıcısı olan bir millət bir daha öz gücünə,
öz qüdrətinə inansın". Bu fikri Xəlil Rza
Sovet dövründə söyləmişdi. Və Xəlil Rza
bu gücü, bu qüdrəti öz xalqına bəxş etmək
üçün poeziyaya gəlmişdi. O, bir daha sübut etdi
ki, şeirlə, sözün qüdrətiylə xalqın
varlığına hakim kəsilmiş təslimçilik
ruhunu, ətalət duyğusunu dəf etmək, özünə
inamsızlığı, mürgüləyən azadlıq
eşqini ayağa qaldırmaq olar. Və Xəlil Rza hələ
istiqlal savaşından çox-çox əvvəllər
bütün bu həqiqətləri şeirlərində, hətta
heç nədən çəkinmədən məclislərdə
açıq deyirdi.
"Şəbi-hicran yanar
canım,
Tökər qan
çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım",
O sahildə, bu sahildə!
Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz,
O sahildə, bu sahildə!
Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir an olsu
O sahil də, bu sahil
də!
Rahatlıq bilməyən, təbiəti
etibarilə son dərəcə
çılğın və
inadkar olan Xəlil Rza bütün varlığı
ilə Azərbaycana və türk dünyasına bağlı
idi. Əgər biz həqiqi türk-bahadır
türk anmaq istəyiriksə, Xəlil
Rzanı da xatırlamalıyıq.
Arayıb-axtarsaq,
onun şeirlərində
ən çox işlənən (özü
də əzəmət
və qürur hissilyə) kəlmə AZƏRBAYCAN
idi. Onun xəyalındakı Azərbaycan
illər boyu uğrunda mübarizə apardığı, canını
qurban verdiyi yeni Azərbaycan idi.
Mənim əsrim sona yetir,
zaman gəlir, yeni zaman,
cahan doğur, yeni cahan.
Qupquru zoğlar içindən
qalxır cavan Azərbaycan
yaşıl fidan Azərbaycan!
Azərbaycanla
(tarixi, mədəniyyəti,
təbii sərvətləri,
böyük dahilər,
söz ustaları) bağlı elə bir mətləb olmayıb ki, Xəlil Rza poeziyasında öz əks-sədasını tapmasın.
Şairin "İgidlər,
dahilər" adlı
bir şeiri var. Xalqımızın böyük
şairi Bəxtiyar Vahabzadə bu şeiri müasir poeziyamızın ən gözəl incilərindən
biri sayırdı. Həmin şeir Xəlil Rzanın dahilik və igidlik anlayışlarına
poetik münasibətini
açıqlayır və
oxucu tam əmin olur ki, dahiliklə
igidlik əkiz doğulub:
Fikirlər içində çırpınır
könlüm,
Gedən Yer üzünə bir daha gəlmir.
Həyatdan hamını qoparır ölüm,
Yalnız dahilərə toxuna bilmir
Mamırlı, yosunlu məzarlar nə çox,
Fəqət yepyenidir Sabir, Nizami.
Dahilər torpağa ölü kimi yox,
Bəlkə basdırılır xəzinə
kimi.
Xəlil Rza Azərbaycan poeziyasında siyasi lirikanı ən yüksək bir məqama çatdırdı.Vaxtilə
siyasi lirika deyəndə Lenin, Kommunist
Partiyasının, sosialist
inqilabının tərənnümü
kimi mövzular düşünülürdü. Amma Xəlil Rza öz poeziyası
ilə bu təsəvvürü tamam
dəyişdirdi. Onun
"Davam edir 37" şeiri bu mənada
çağdaş Azərbaycan
poeziyasında yeni bir tendensiyanın yaranmasından soraq verdi. Poeziyada tarixlə müasirlik və bu günlə
gələcək qırılmaz
bağlarla bir-birini şərtləndirdi və
X.Rza sübut etdi ki, tarixin
şanlı səhifələri,
qanla yazılmış
vərəqləri hələ
qurumayıb, biz böyük
amallar uğrunda çarpışan söz
və qılınc bahadırlarını unutmamalıyıq.
Bu gün məmləkətimiz
bir çox qara ləkələri öz həyatından və varlığından
kənar etməlidir.
Nə qədər ki, bir milləti
yetmiş yerə bölənlər
var,
Nə qədər ki, rütbə üçün,
şöhrət
üçün ölənlər
var,
Nə qədər ki, kabineti, vəzifəni
gözlərinə
təpənlər var.
Tiranların yambızın
bir az altdan öpənlər
var,
Nə qədər ki, istedadı
addım-addım
pusanlar var.
Nə qədər ki, mənə
əxlaq dərsi verir
Fərarilər,
boşqab dibi
yalayanlar,
Nə qədər ki,
-Demokratiya!
Aşkarlama,-deyə-deyə
boğaz yırtır
Nə qədər ki, cəzasızdır
Xankəndimdə
evlər yıxan
yırtıcılar
Davam edir 37-
Daha kəskin, daha ciddi.
Azərbaycanın
istiqlal savaşında
fəal iştirakına
görə rus imperiyası tərəfindən
həbs edilən şair Moskvada, Lefertovo zindanında səkkiz aydan çox həbsdə yatdı. O, bu müddət ərzində
bir kitabdan artıq odlu-alovlu, hər misrası vətənpərvərliklə dolu şeirlər yazdı. Xalq yazıçısı İsmayıl
Şıxlı bu şeirlər haqqında yazırdı: "Bax bu dəmir zindanda:
"Göydə günəşin",
"Kəhkaşanda ulduzların",
"Ormanda ağacların"
dustaq olduğu dünyada Xəlilin döyüş ruhu sınmır. Onun nifrət dairəsi daha da genişlənir
və bir daha dərk edir ki. "mağara zindanların bütün daşı, kərpici Kremlin divarıyla
eyni kərpicdən imiş". Xəlil yığcam, poetik müqayisə yolu ilə oxucularına bildirir ki, bütün
fitnə-fəsadlar Kremldən
gəlir. O bir daha təsdiq edir ki, qara
Yanvar günlərində
küçədə onu
əhatə edən,
"ne şevelis qad! Əllər yuxarı"
- deyən tapançalı,
zirehli kabuslar da Moskvanın iradəsini yerinə yetirirlər. Şairin sinəsinə lülələr
tuşlananda da o, əllərini yox, "polad yumruqlarını qaldırıb".
Bircə göz qırpımında
necə qamarladılar
Bizi maşınla birgə
hop götürdü
darğalar.
Diz altına salıbanazca
tumarladılar,
Əlləri tapançalı
qul ürəkli ağalar.
Əlləşdirib
qoynumu,
ciblərimi, əynimi
Sordu:-varmı silahın?-
yoğun boynu tir adam.
Dedim:-gəzmə əynimi,
axtar qaynar beynimi,
Məgər görmürsənmi ki,
özüm canlı silaham!
-Əllər yuxarı! Baxdım
gözlərinin
içinə
Bircə toz da qonmadı
hökümdar
sevincimə.
Ağzımda Azadlığın
bal ləzzəti,
gül tamı,
Əlimi yox, qaldırım
polad yumruqlarımı!
Xəlil Rza bir insan
kimi çox qızğın idi, amma eyni zamanda,
həssas və kövrək ürəkli
bir insandı.
Yurdun hər bir övladını
öz övladı sayırdı, nurani, pirani qocaların əllərindən öpürdü,
bəzən bir yanıqlı bayatıdan kövrəlirdi. Amma dar ayaqda göz
yaşlarını saxlaya
bilirdi. Oğlu Təbriz Qarabağ uğrunda döyüşlərdə
həlak olmuşdu, onun dəfnində isə necə də qürurluydu!
Xəlil Rza fenomenal şəxsiyyət
idi. Güclü yaddaşı və hafizəsi vardı. O, istənilən arzusunu həyata keçirə bilirdi. Məsələn, fars dilini öyrənmişdi
ki, Azərbaycanın gözəl şairlərini
(Nizamini, Saib Təbrizini) dilimizə səlis və rəvan, orijinalda olduğu kimi tərcümə etsin. Özbək dilini və bir sıra
digər türk xalqlarının dillərini
də gözəl bilirdi. Əslən azərbaycanlı olan, XX əsr Özbək poeziyasının qüdrətli
bir nümayəndəsi
kimi tanınan Məqsud Şeyxzadənin
ömür və sənət yolunu işıqlandıran monoqrafiyası
ona Özbəkistanda da böyük şöhrət qazandırmışdı.
Tərcümə sahəsindəki
xidmətlərini ananda isə ancaq heyrətlənirsən. Ölümündən
sonra şairin tərcümələrindən ibarət
"Dünyaya pəncərə kitabı" (2010) nəşr
olunub. Gəlin, X.Rzanın kimləri, hansı əsərləri
tərcümə etdiyini izləyək: rus şairi İlya
Selvinskinin "Babək" mənzum pyesi, tatar şairi Musa Cəlilin
"Moabit dəftəri" şeirlərini... Puşkindən,
Lermontovdan, Nekrasovdan, Aleksandr Blokdan, Mayakovskidən, Aleksandr
Tvardovskidən, Vladimir Luqovskoydan, Nikolay Tixonovdan, Konstantin Simonovdan,
Aleksey Surkovdan, Andrey Voznesenskidən, Robert Rocdestvenskidən...
Ukrayna şairlərindən Taras Şevçenkodan, Lesya
Ukrainkadan, İvan Frankodan, özbək poeziyasından Yusif
Balasaqunludan, Həmzə Həkimzadə Niyazidən, Məqsud
Şeyxzadədən, Qazax poeziyasından Abaydan, Olcas
Süleymenovdan, Litva poeziyasından Eduardas Mecelaytisdən...
macar, eston, yunan, fransız, italyan, türk və s. və i.a.
Bu tərcümələrin əksəriyyəti öz bədii
səviyyəsi ilə diqqəti cəlb edir.
...Xəlil Rza Ulutürk bu
dünyaya döyüşmək üçün gəlmişdi.
Ancaq bu döyüş elə bir döyüş idi ki, orada
ancaq qalib gəlmək lazım idi. Və Xəlil Rza qalib kimi
də adını tarixə yazdırdı. Eşq olsun onun
ölməz ruhuna!
Vaqif
YUSİFLİ
Ədalət.-2012.-3
noyabr.-S.13.