FƏRƏHLİ
ÖMÜR YAŞAMAQ SƏLAHİYYƏTİ
(əvvəli ötən
saylarımızda)
Əhalinin sosial
müdafiəsi
Şəkililər ölkə rəhbərinin
əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti
yüksək qiymətləndirir, aztəminatlı əhali
qrupuna göstərdiyi böyük diqqət və qayğının
təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin oktyabr
ayının 10-da keçirilən geniş iclasında
çıxış edən Prezidentimiz demişdir: "Orta
aylıq əməkhaqqı, orta aylıq pensiya artıb və
MDB məkanında bu göstərici ən yüksək
göstəricilər arasındadır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara
bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Bu davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır.
Hazırda Azərbaycanda pensiyalar
əmək haqlarının
40 faizini təşkil
edir ki, bu da Avropanın
inkişaf etmiş ölkələrinin kriteriyaları
səviyyəsindədir" Bəhs olunan dövrdə Şəkidə
əməkhaqları, pensiyalar
və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında,
əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə
təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2012-cu ilin doqquz
ayında 2017 ailəyə
Ünvanlı Dövlət
Sosial Yardımı təyin olunmuşdur.
Hal-hazırda 2345 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır.
Şəki rayonu üzrə hər bir ailə üzvünə
təyin edilən Ünvanlı Dövlət
Sosial Yardımın orta aylıq məbləği 24 manat
86 qəpik, hər ailəyə düşən
orta məbləğ isə 108 manat 70 qəpik təşkil etmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Şəki Şəhər Şöbəsi
2012-ci ilin doqquz ayında 25805 nəfər
əmək pensiyaçısına
xidmət göstərmişdir.
Həmin pensiyaçılardan
16998 nəfəri yaşa,
7116 nəfəri əlilliyə
,1691 nəfəri isə
ailə başçısını
itirməyə görə
pensiya alanlardır. Dövlət
Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi
üzrə pensiyanın
orta aylıq məbləği 140 manat olmuşdur. Bu 2003-cü illə müqayisədə
pensiyaların orta aylıq məbləğində
5 dəfə artım
deməkdir.
Aqrar sahəyə xüsusi diqqət: taxılçılıqda rekord
göstərici
Ötən illərdə olduğu
kimi, bu ilin doqquz ayında
da məhsul istehsalının artırılması,
kənd təsərrüfatında
özəl bölmənin
daha da genişləndirilməsi
diqqət mərkəzində
saxlanılmış, taxılçılığın,
heyvandarlığın, meyvəçiliyin,
üzümçülüyün inkişafı üçün
bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikamızın ən iri taxılçılıq
rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında
2012-ci ilin məhsulu üçün 76265 hektar
sahədə payızlıq
taxıl əkini həyata keçirilmişdir.
Yetişən məhsulu tez
və itkisiz yığmaq üçün
bütün zəruri
tədbirlər həyata
keçirilmişdir. Həyata
keçirilən bu və ya digər
tədbirlər nəticəsində
rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılmış,
256 min ton taxıl istehsal
edilmiş, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil etmişdir. Bu il
rayonda istehsal olunan taxıl məhsulu Şəkinin tarixində rekord göstəricidir. Nazirlər Kabinetinin
2012-ci ilin doqquz ayının yekunlarına
və qarşıda duran məsələlərə
həsr olunan yığıncağında çıxış
edən Prezident iri fermer təsərrüfatlarının
yaradılmasının vacib
olduğunu bir daha vurğulayaraq bu prosesin daha
da sürətləndirilməsinin
zəruri olduğunu bildirmişdir. Cənab
prezident əsas ərzaq məhsullarına
olan təlabatın 100
faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməsi məsələsinə də
toxunmuş, bu məqsədlə Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlərin
verildiyini, gələn
il bu məbləğin
300 milyon manata çatdırılacağını bildirmişdir. Prezidentin sentyabrın 9-da açılışında
iştirak etdiyi taxıl anbarı və dəyirman kompleksi məhz əsas ərzaq məhsullarına olan təlabatın təmin edilməsi istiqamətində
rayonda görülən
mühüm işlərdən
biridir. Regionların
2009-2013-cü illərdə sosial -iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq, Şəki rayonunun Göybulaq kəndində üç
hektar ərazidə taxıl məhsullarının
tədarükü, saxlanması
və emalı kompleksi inşa edilmişdir. Müasir texnologiya əsasında
qurulmuş taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin
istehsal etdiyi taxıl məhsullarının
uzun müddətə
itkisiz saxlanmasına imkan verəcək. Rayonun kənd təsərrüfatının
əsas sahələrindən
biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının
təmin edilməsi, heyvandarlıq məhsulları
istehsalının həcminin
artırılması daim
diqqət mərkəzində
saxlanılır.
Qeyd etmək lazımdır ki, istər
bitkiçilik, istərsə də heyvandarlıq məhsulları
istehsalının artırılması ilə yanaşı,
emal olunmasının təşkili, yeni emal müəssisələrinin
yaradılması, istehsal olunan məhsulların satışna
köməklik göstərilməsi, aqroservis xidmətlərinin
genişləndirilməsi və s. qarşıda duran həlli
vacib məsələlərdəndir.
Bütün yenidənqurma işlərində Şəkinin
milli memarlıq üslubu qorunur
Məlumdur ki, Şəki Şəhər
İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi
ilə birlikdə Şəki şəhərinin Baş
Planı hazırlanmışdır. Baş Plana uyğun olaraq
artıq Şəki şəhərində geniş təmir-
tikinti, abadlıq və yenidənqurma işlərinə
başlanmışdır.Şəkidə görülən
bütün abadlıq - quruculuq işləri şəhərin
milli-memarlıq üslubunun qorunub saxlanmasına uyğun
aparılır. Bu ilin sentyabr ayının 9-da Şəkiyə
səfəri çərçivəsində dövlətimizin
başçısı məcburi köçkünlərlə
və Şəki şəhər ictimaiyyətinin nümayəndələri
ilə görüşündə demişdir" Şəkinin
çox füsunkar, özünəməxsus gözəlliyi
vardır. Gözəl, qədim şəhərdir. Heç
bir şəhərə bənzəmir.Ona görə burada
bütün quruculuq, abadlıq işləri bax bu üslubda
aparılmalıdır. İndi təmir edilən binalar,
onların fasadlar, dam örtüklərini, döşəmələri,
hasarları, nə varsa hamısı görürəm ki, qədim
Şəki üslubundadır."
(ardı gələn sayımız)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-6
noyabr.-S.7.