FƏRƏHLİ ÖMÜR
YAŞAMAQ SƏLAHİYYƏTİ
(əvvəli
ötən saylarımızda)
Cari ilin doqquz ayında H.Əliyev, M.Ə.Rəsulzadə, M.F.Axundov prospektlərində, Salman Mümtaz küçəsində müasir işıqlandırma sisteminin qurulması işi davam etdirilmiş, bir sıra çoxmərtəbəli ictimai yaşayış binalarının dam örtükləri, fasadları əsaslı təmir edilmişdir. Bu günlərdə Prezident İlham Əliyevin tapşırığı əsasında inşası başa çatdırılan "Yay teatrı"nın açılışı olmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik
yubileyinin keçirilməsi haqqında " Sərəncamına
uyğun olaraq M. F. Axundzadənin adını daşıyan Mədəniyyət
və İstirahət parkında yenidənqurma və əsaslı
təmir işləri əsasən başa
çatmışdır. Şəki Şəhər İcra
Hakimiyətinin daxili lmkanları hesabına aparılmış
yenidənqurma işlərindən sonra ərazi tamamilə
simasını dəyişmişdir. Burada şəhər
sakinlərinin istirahəti üçün hər cür
şərait yaradılmışdır.Ümumi sahəsi 7
hektar olan parkın 35 min kvadratmetr ərazisində
yaşıllıq işləri görülmüş,
müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir.
Parkda uşaqların da istirahəti üçün lazımi
şərait yaradılmışdır. Burada iki fəvvarə,
sünü şəlalə və göl
yaradılmışdır. Ümumiyyətlə şəhərdə
son günlər ərzində yeni yaşıllıqların
salınması istiqamətində geniş iş
aparılır. Bu məqsədlə müxtəlif ölkələrdən
Şəkiyə gətirilən ağac və gül
kolları yol kənarlarında, park və meydanlarda əkilir,
onlara yüksək səviyyədə aqrotexniki qulluq göstərilir.
Təhsil,
Səhiyyə, Mədəniyyət və Turizm
Hesabat dövründə təhsil
sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək
səviyyədə təşkili daim diqqət mərkəzində
saxlanmışdır. Şəki şəhər 5 saylı
tam orta məktəb üçün 320 yerlik yeni tədris
korpusunun, Şorsu kəndində 360 şagird yerlik, Çələbi
Xan qəsəbəsində 180 şagird yerlik yeni məktəb
binalarının tikintisi başa çatmışdır.
Bununla yanaşı, 2012-ci ildə
Şəki Şəhər Təhsil şöbəsinin yeni
inzibati binasının, Əliyar kəndində 80 şagird
yerlik ümumi orta məktəbin tikintisi, Baş Küngüt
kənd tam orta məktəbin və şəhər
fizika-riyaziyyat və humanitar təmayüllü liseyin əsaslı
təmiri, şəhər 10 saylı tam orta məktəbin
idman və akt zallarının, yeməkxanasının
tikintisi, şəhər 12, 14 və 17 saylı məktəblər
üçün yeni binaların tikintisi aparılır. Son bir
il ərzində Şəkidə 11 məktəbin əsaslı
təmiri və yaxud yeni binaların inşa olunması cənab
Prezidentin rayona olan yüksək diqqətinin və
qayğısının nəticəsidir. 2012-ci ildə Şəkinin
ümumtəhsil məktəblərini bitirmiş məzundan
1166 nəfəri ali məktəbə daxil olmaq
üçün sənəd vermiş, onlardan 587 nəfəri
tələbə adını qazanmışdır. Bu məzunlardan
112 nəfəri 500-dən, 35 nəfəri 600 baldan yuxarı nəticə
göstərmişdir. Bu Şəkinin təhsil tarixində
olduqca yaxşı göstəricidir.
Şəki Mərkəzi Rayon Xəstəxanası
və onun tabeliyində fəaliyyət göstərən tibb
müəssisələri tərəfindən 2012-ci ilin doqquz
ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi
yüksəlmiş, tibb müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində müəyyən
işlər görülmüşdür. Şəki Doğum
Evi Kompleksində dövlət vəsaiti hesabına əsaslı
təmir, Aşağı və Baş Göynük kənd xəstəxanaları
üçün yeni binaların tikintisi davam etdirilmiş,
Şəki Mərkəzi Rayon Xəstəxanasında bir
sıra əsaslı yenidənqurma işlərinə
başlanmışdır.
Şəki bu gün Azərbaycanda
turizmin yüksək səviyyədə inkişaf etdiyi
bölgələrdən birinə çevrilmişdir. Şəkidə
turizm infrastrukturunun yaradılması istiqamətində
mühüm işlər görülmüş, müasir tipli
istirahət mərkəzləri, yeni otellər istifadəyə
verilmişdir. Keçən ilin müvafiq dövrünə
nisbətən Şəkiyə gələn turistlərin
sayı 5 dəfə artmışdır. Bu günlərdə
şəhərin qonağı olan
Qırğızıstanın keçmiş Prezidenti Roza
Otunbayeva, ABŞ-ın ölkəmişdəki səfiri
Riçard Morninqstar, İkinci Bakı Beynəlxalq Humanitar
Forumunun iştirakçıları, Diplomatik Akademiyaların
Bakıda keçirilən 40 -cı Forumunun
iştirakçıları və başqaları da Şəkinin
geniş turizm potensialına malik olduğunu bildirmiş və
bu şəhərdən xoş təəssüratla
ayrılmışlar.
Qarşıda duran vəzifələr
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na əsasən
yaxın iki ildə rayonun sosial-iqtisadi inkişafının
gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən
qurulması üçün bir sıra mühüm layihələrin
həyata keçirilməsi nəzərdə tutulmuşdur:
Yaxın iki ildə rayonumuzun
sosial-iqtisadi inkişafının gücləndirilməsi;
ərazinin
infrastrukturunun yenidən qurulması üçün bir
sıra mühüm layihələrin həyata keçirilməsi;
sənaye
və kənd təsərrüfatı istehsalının
genişləndirilməsi;
ərazinin təbii sərvətlərindən
səmərəli istifadə olunmasına nail olmaq;
yol təsərrüfatı və
nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi;
elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə xidmətinin yaxşılaşdırılması;
su təchizatının və
kanalizasiya sisteminin yenidən qurulması;
meliorasiya və irriqasiya sahəsində
mühüm işlərin davam etdirilməsi;
yeni iş yerlərinin
açılması, quşçuluq və
baramaçılıq təsərrüfatlarının
yaradılması və digər işlər.
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-7
noyabr.-S.7.