Zaqatala: ZƏLZƏLƏNİN
VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR, DÖVLƏT PROQRAMININ
İCRASI UĞURLA DAVAM EDİR
Dövlətin
qayğısı fəlakətin acılarını unutdurur
Bu
ilin may ayında
ölkənin şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələdən daha çox ziyan çəkən Zaqatala
rayonunda həyat öz
axarı ilə davam etməkdədir. Bir yandan zəlzələnin
nəticələri aradan
qaldırılır, bir tərəfdən
də Dövlət Proqramının istiqamətlərinə uyğun olaraq quruculuq işləri davam etdirilir.
Dövlət
başçısının iki dəfə zəlzələyə
məruz qalan kəndlərdə olması, eləcə də
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun
müntəzəmliklə təbii fəlakət zonasına
gedib görülən işlərlə maraqlanması,
bütün gedişatı gündəlik nəzarətdə
saxlaması, rayon rəhbərliyi tərəfindən göstərilən
qayğı və diqqət insanlarda ruh yüksəkliyi
oyatmaqdadır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası ilə əlaqədar Zaqatala rayonunda
müşavirə keçirilmişdir. Müşavirədə
məruzəsi dinlənilən Zaqatala Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə müəyyən
məsələləri xüsusi vurğulamışdır.
O, demişdir:
- Prezident İlham Əliyev yekun
nitqində ölkədə inflyasiya risqlərinin qarşısının
alınması, bölgəmizdə baş vermiş zəlzələnin
nəticələrinin aradan qaldırılması ilə
bağlı tədbirlərin davam etdirilməsi,
qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin daha da
yaxşılaşdırılması, ölkədə məktəblərin,
uşaq bağçalarının, yeni yolların tikintisi və
yenidən qurulması, əhalinin qaz, elektrik və içməli
suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin
təmin olunması ilə bağlı
tapşırıqlarını vermişdir.
Bu ilin may ayında rayonda baş
vermiş dağıdıcı zəlzələdən sonra
artıq 2-ci dəfə 09 sentyabr tarixdə rayonumuza gələn
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
rayonda baş vermiş təbii fəlakətin nəticələrinin
aradan qaldırılması işlərinin gedişi ilə bir
daha yaxından tanış olmuş, qəzalı vəziyyətə
düşdüyündən yenidən tikilmiş şəhər
2 saylı 750 şagird yerlik və Gözbarax kənd 500
şagird yerlik tam orta məktəblərin, Gözbarax kəndində
yeni inşa olunan 50 yerlik uşaq bağçasının, həmçinin
2 mərtəbəli 5 otaqlı fərdi yaşayış
evinin açılışında iştirak etmiş, Bəhmətli
kəndində 600 şagird yerlik tam orta məktəb
binasının təməlini qoymuş, zəlzələnin nəticələrinin
tam aradan qaldırılması üçün öz
tapşırıq və tövsiyələrini vermişdir.
Nazirlər Kabinetinin
yığıncağında möhtərəm Prezidentimiz cənab
İlham Əliyev demişdir: "Mən zəlzələ
zonasında iki dəfə olmuşam. Zəlzələ baş
verdikdə və keçən ay. Artıq işin gözəl
nəticələrini gördüm. Həm məktəblər
qısa müddət ərzində tikilmişdir, həm evlər
tikilir, bərpa edilir. Bu məqsədlər üçün
Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən
kifayət qədər böyük-300 milyon manatdan çox vəsait
ayrılmışdır. Çalışmalıyıq ki,
qalan vəsait də təşkil edilsin ki, qısa müddət
ərzində bu məsələni tam şəkildə həll
edək."
Artıq bu günədək rayonda
2784 qəzalı ev və 19 məktəb
sökülmüş, 4 yeni məktəb tikilərək istifadəyə
verilmiş, 2433 evin və 15 məktəbin tikintisi sürətlə
davam etdirilir.
Rəqəmlər də uğurları təsdiqləyir
2012-ci ilin doqquz ayında rayonda ümumi məhsul
buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə
artmışdır. Məhsul buraxılışı
əvvəlki illə müqayisədə sənayedə 2,1 faiz, tikintidə 22,6 dəfə, kənd təsərrüfatında
20,6 faiz, nəqliyyatda 0,1 faiz,
rabitədə 4,7 faiz, ticarətdə 4,1 faiz çox olmuş, əhalinin pul gəlirləri
11,0 faiz, əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 7,1 faiz, pərakəndə əmtəə
dövriyyəsi isə 5,4 faiz
artmışdır. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icra
olunması nəticəsində hesabat dövrü ərzində rayonda
875-ı daimi olmaqla
971, 2004-cü ildən sonra isə 9989-u daimi olmaqla 14624 yeni iş yeri
yaradılmışdır.
Rayonda sahibkarlığın
inkişafı diqqət mərkəzində
saxlanılmış, 11 sahibkara 4,3 ha torpaq sahəsi
satılmış, 13 sahibkarlıq obyektinin tikintisinə icazə
verilmiş, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 20 layihə üzrə 539,0 min manat həcmində
güzəştli kredit verilmişdir.
Rayonda 1 yeni qeyri bank kredit təşkilatı
fəaliyyətə başlamaqla 9 bank filialı və 3 qeyri
bank kredit təşkilatları tərəfindən əhaliyə
və iş adamlarına ümumilikdə 23,2 milyon manat həcmində
kreditlər verilmişdir ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.
Rayonda illik istehsal gücü 500
ton olan quş əti və gücü 5 ton olan müxtəlif
fındıq məmulatları istehsalı müəssisələrində,
1000 tonluq soyuducu anbarında, təbii fəlakətin nəticələrinin
aradan qaldırılması məqsədilə 4 ədəd
müxtəlif gücdə beton zavodlarında tikinti işləri
başa çatdırılmış, müasir standartlara
uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının
tikintisinə başlanmış, yeni çörək
zavodunun, kiçik su elektirik stansiyasının tikintisi
üçün torpaqayırma işlərinə və tutumu
10000 ton olan taxıl anbarının tikintisi üçün sənədləşmə
işlərinə başlanılmışdır.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-8
noyabr.-S.7.