ZAQATALA:
ZƏLZƏLƏNİN VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR,
DÖVLƏT PROQRAMININ İCRASI UĞURLA DAVAM EDİR
(əvvəli ötən
sayımızda)
Əhalinin sosial
müdafiəsi əsas vəzifələrdəndir
Ölkəmizin hər yerində
olduğu kimi, rayonumuzda da əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, ünvanlı sosial yardımların,
pensiyaların, əməkhaqlarının vaxtında verilməsi,
aztəminatlı ailələrə qayğının
artırılması daim diqqət mərkəzində
saxlanılmışdır.
Cənab Prezidentin müvafiq Fərmanına
uyğun olaraq 01 iyun 2012-ci il tarixdən indiyədək sovet
dövrünün əmanətçilərindən 8776 ədəd
ərizə qəbul olunmuş, 7837 nəfər əmanətçiyə
4,0 milyon manat məbləğində fərdi birdəfəlik
ödəmələr həyata keçirilmişdir.
2012-ci ilin doqquz ayında rayonda orta
aylıq əməkhaqqı 232,4 manat, orta aylıq
pensiyanın məbləği 136,1 manat olmaqla əməkhaqqının
58,6 faizini təşkil etmiş, əhali tərəfindən
banklara yerləşdirilən əmanətlərin həcmi
14,5 faiz artaraq 4,9 milyon manata çatmışdır.
Bu ilin 9 ayında 383 pensiya işi təyin
edilmiş, 16930 pensiyaçıya xidmət göstərilmiş,
3,7 milyon manat (əvəlki ilin müvafiq dövründən
313,2 min manat çox) məcburi dövlət sosial
sığorta haqları yığılaraq, proqnoz
tapşırığa 102,0 faiz əməl olunmuşdur.
9 ayda 4011 nəfərə sosial
müavinət, 1522 ailənin 6551 üzvünə (hər ailəyə
orta hesabla 109,0 manat olmaqla) ünvanlı sosial yardım
verilmiş, 222 nəfər tək-kimsəsiz qocalara xidmət
göstərilmiş, ünvanlı sosial yardımların
alınması üçün poçtla müraciət
formasına başlanılmışdır.
Aqrar
sektor yeni inkişaf mərhələsində
Son illərdə aqrar sektorda həyata
keçirilmiş məqsədyönlü tədbirlər sayəsində
rayonda 2012-ci ilin 9 ayında kənd təsərrüfatı məhsullarının
istehsalı 13,2 milyon manat artaraq 77,3 milyon manata
çatmışdır. "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı"nın icrası ilə bağlı cari ildə
kənd təsərrüfatı işləri davam etdirilərək
rayonda cəmi 30907.2 (+68.2) ha əkin sahəsində becərmə
işləri aparılmış,14458.2 ha sahədə
yazlıq bitkilər əkilmişdir. Ondan 5883 ha sahədə
qarğıdalı, 127 ha sahədə paxlalılar, 688 ha sahədə
(+50 ha) tütün, 258 ha sahədə (+234 ha) dən
üçün günəbaxan, 1466.7 ha sahədə (+19.7
ha) kartof, 2053 ha sahədə (+103 ha) tərəvəz, 774.5 ha
sahədə (+12.5 ha) bostan bitkiləri və 3183 ha sahədə
yonca əkilmişdir.
Kənd təsərrüfatı
işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə
icra edilməsi məqsədi ilə 613 ədəd texnikadan
istifadə edilmiş, "Aqrolizinq" ASC-nin rayon
filialında olan 44 ədəd müxtəlif kənd təsərrüfatı
texnikası vasitəsi ilə cari ilin 9 ayında 1058.5 ha sahədə
aqrotexniki işlər yerinə yetirilmiş, lizinq yolu ilə
fermerlərə 2 ədəd k/t-ı texnikası və 5 ədəd
aqreqat satılmışdır.
Respublika Prezidentinin "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" sərəncamının
icrası olaraq buğda istehsalçılarına 7808 ha sahənin
becərilməsində istifadə olunan yanacaq və motor
yağlarına görə 312309 manat, kənd təsərrüfatı
məhsulları istehsalçılarına 24332 ha əkin sahəsinin
becərilməsində istifadə olunan yanacaq və motor
yağlarına görə 973309 manat subsidiya hesablanaraq
verilmişdir. Təsərrüfatlara güzəştli qaydada
641.8 ton azot gübrəsi satılmışdır.
Heyvandarlığın inkişaf
etdirilməsi və mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması məqsədilə
üç damazlıq təsərrüfatı fəaliyyətini
davam etdirmiş, cari ilin 9 ayında rayonda 3759 baş ana maldan
süni mayalanma yolu ilə 2591 baş bala əldə
edilmişdir ki, bu da, ötən ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 579 və 411 baş
çoxdur.
Cari ilin 9 ayında iri buynuzlu
mal-qaranın baş sayı 60858 başa (+11 baş),
qoyun-keçilərin baş sayı 166501 başa (+3081 baş
) çatdırılmış, rayonda 6042 ton (+73 ton) diri
çəkidə ət, 27528 ton (+815 ton) süd, 12,9 milyon ədəd
(+1,3 milyon ədəd) yumurta istehsal edilmişdir.
Ekologiyanın
qorunması vacib məsələdir
Rayonda ekoloji məsələlər
diqqət mərkəzində saxlanılır. Bu ilin 9
ayında 42 hektar sahədə mədəni meşə əkini
aparılmış, yaşayış məntəqələrində
73190 ədəd ağac əkilmişdir. Təəsüf ki,
yol kənarlarında əkilmiş ağaclara qulluq lazımi səviyyədə
deyildir. Ətraf mühitin mühafizəsi sahəsində
aparılan operativ yoxlamalar və monitorinqlər nəticəsində
bir sıra qanun pozuntuları aşkar olunaraq, təbiətə
vurulmuş ziyana görə 17762 manat məbləğində
inzibati cərimə tətbiq edilərək qanunsuzluqların
aradan qadırılması üçün tədbirlər
görülmüşdür.
Cari ilin 9 ayında rayonda 17 torpaq
müsabiqəsi keçirilmiş və qaliblər müəyyənləşdirilərək
şəhadətnamələrin verilməsi təmin
olunmuş, 15680,5 hektar yay otlaq sahəsi fermerlərin müvəqqəti
icarəsinə verilmişdir.
Torpaqların sel sularından
mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri
və əhatəsinin genişləndirilməsi, suvarma suyundan
səmərəli istifadə edilməsinə diqqət
artırılmışdır. "Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı" ASC tərəfindən cari
ilin 9 ayında 25 ədəd subartezian quyusu təmir
edilmiş, 2100 ha əkin sahəsinin suvarılmasına xidmət
edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa
işləri davam etdirilmiş, 227 min m3 həcmində suvarma
kanalları lildən təmizlənmiş, 28 ədəd
hidrotexniki qurğu təmir edilmiş və əlavə 3 ədəd
hidrotexniki qurğu tikilmişdir.
Bundan başqa rayon ərazisində
860.6 min m3 həcmində cay yataqları təmizlənmiş,
6061 m3 həcmində daş-beton bəndləri təmir
edilmiş, 560 pm uzunluğunda daş beton bəndin tikintisi
aparılmış, 670 m3 həcmində qabion bəndlər
quraşdırılmışdır. Rayonda zəlzələnin
fəsadlarinin aradan qaldırılması ilə əlaqədar
və digər maliyyə mənbələri hesabına 168,3
milyon manat dəyərində tikinti, təmir və abadlıq
işləri görülmüşdür.
Abadlıq
və tikinti-quruculuq işləri davam edir
Danaçı kəndində
inşa edilmiş idman zalında və Zaqatala şəhərində
Heydər Əliyev Fondu hesabına inşa edilən 50 yerlik
uşaq bağçasında tikinti işləri başa
çatdırılmışdır. Yevlax-Balakən dəmiryolunun
151-ci mənzilində Göyəm dayanacağının,
Statistika və Baytarlıq idarələrinin inzibati
binalarının, daxili imkanlar hesabına F.Əmirov
küçəsində inşa edilmiş ictimai
"Xeyr-şər" evinin, Qımır və Maqov kəndlərində
tibb məntəqələrinin, tikintisi başa
çatdırılaraq açılışları
olmuşdür. Tala çayının sağ sahilində 100
metr uzunluğunda daş beton bəndin və şəhər 1
saylı tam orta məktəbi üçün idman zalında
tikinti işləri yekunlaşdırılmışdır.
Sabunçu kənd 80 şagird yerlik ümumi orta məktəb
binasında son tamamlama işləri aparılır.
Rayon Hərbi Prokurorluğunun,
Polis şöbəsinin və Qaz İstismar Sahəsinin yeni
inzibati binalarının, Zaqatala şəhərində yeni 500
nömrə tutumluq elektron ATS binasının, C.Cabbarlı
küçəsi 1 və 3 saylı binaların həyətlərində
ictimai "Xeyr-şər" evinin, Suvagil və Göyəm
kəndində sahə baytarlıq məntəqələrinin
tikintisi işləri davam etdirilmişdir.
Yaponiya səfirliyinin maliyyə dəstəyi
ilə rayonun Dardoqqaz və Mosul kəndlərində subartezian
quyuları qazılmış və istifadəyə
verilmişdir. Qeyd olunan layihə çərçivəsində
Lahıc və Mazıx kəndlərində daha iki subartezian
quyusunun qazılması nəzərdə tutulmuşdur.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-9
noyabr.-S.4.