QALX,
EY ULU BAYRAQ!..
Horadizdə - şəhərin ən yüksək hissəsində - doğmaların etirazına baxmayaraq, düşmən gülləsinə tuş gəlməkdən çəkinmədən dalğalanan bayrağın altında dayanıb düşüncələrə dalıram. Xəyal məni çox uzaqlara çəkib aparır
Bayrqalar niyə yaranıb, onu yaranmasında təşəbbüs
göstərənin məramı, məqsədi nə olub, ilk dəfə
hansı ölkədə istifadə olunub,
yaranma səbəbləri ilə birgə onun rənglərinin simvolizə etdiyi mənalar ilk dəfə
kimin fikri olub, hər ölkədə bayraqlar
hakimiyyətin, rejimin dəyişməsilə
neçə dəfə dəyişib? - bütün
bu sualların cavabları barədə kitablarda müəyyən bilgilər var və hər kəs də bu
bilgilərdən müəyyən qədər məlumatlanıb.
O ki qaldı bizim
bayrağımızın yaşına... bəzi mənbələrdə
bu ıx əsrlə - Babəkin adı ilə bağlanır.
O, yadellilərin əli ilə soydaşlarımızın
qanına boyanmış köynəyi yüksəyə
qaldıraraq: - Bu gündən al qana batmış bu köynək
bizim bayrağımız olacaq! Bir gün azad yaşamaq
qırx il qul kimi ömür sürməkdən
yaxşıdır!- deyərək, hər kəsi
azadlığa, yadellilərdən intiqam almağa səslədiyi
gündən... Doğrudur, sonralar dörd dəfə dəyişib,
bugünkünkü görünüşünə gələnədək
o bayrağın altında nələr oldu, nə canlar qurban
getdi... Görəsən, Məmmədəmin Rəsulzadə
"Bir dəfə yüksələn bayraq bir daha enməz!"
məşhur kəlamını söylərkən hansı
hissləri keçirirdi o bayrağın altında...
Üçrəngli bayrağın
kölgəsində mən
Qaraca torpağı
Vətən görmüşəm.
Zəfər güllərini
dövri -
qədimdən
Bayraq işığında bitən
görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim
Bayraq - öz yurduma
öz hakimliyim!
Bu misralar sinəsini daim Təbriz,
Kərkük, Kıprız, Qarabağ... dərdi yandıran
ölməz şairimiz Bəxtiyar Vahabzadəyə məxsusdur.
Kitablarda, filmlərdə
döyüşdə yorulmuş, ümidini itirmiş, məğlubiyyət
qorxusu canını sarmış döyüşçü
son anda əlində bayraq olan komandirini qarşısında
görərkən necə ruhlandığını,
mübarizəyə yeni güclə
atıldığını və qələbə
qazandığını tarix çox görüb. Bu
inandırıcıdır və dəfələrlə
müxtəlif ölkələrin tarixində baş verən
real faktdır.
Uzaq Macarıstanda şərəfimiz olan üçrəngli bayrağın təhqir edilməsinə dözməyən baş leytenant Ramil Səfərovun atdığı addım da təkcə bayrağa sevgi deyil, o həm də bayrağın daim ucada dayanması, komandir əlində səngərlər fəth etməsi deməkdir. Xankəndində əsirlik çəkən Azərbaycan əsgərinin bədəninə sarıyıb, ölümün üstünə getdiyi bayraq da məhz həmin o əyilməzliyin, qələbəyə inamın simvoludur. Hətta düşmən mətbuatı da, o cümlədən Rusiya KİV - ləri də bu barədə yazmaya bilmədi. Çünki bu qeyri - adi bir qəhrəmanlıq idi...
Bu cür tarixi faktlar təkcə Qarabağ savaşında bu və ya digər şəkildə təkrarlanmayıb və biz də bundan qürur duymuşuq. Lakin bəzi müxalif düşüncəli insanların məmləkətimizdə bir bayraq sevgisinin təbliğinə fərqli yanaşması normal olduğu qədər də təəsüf doğurur. Çünki ən yüksək bayraqla Ginnesin rekordlar kitabına düşmək həvəsini anlamaq istəmirlər. Əslində bu, həvəs yox, həm də özünütəsdiq ifadəsidir. Məqsəd - mən varam, mövcudam, mənimlə hesablaşmalısınız, mənə hörmətlə yanaşmalısınız və ən uzaqdan, hər yandan görünən bu bayraq mənim ölkəmə məxsusdur... və sair kimi mənalar verir. Amma mən həm də bu bayrağın bir az əvvəldə yazdığım kimi, məğlub olmaqda olan yorulmuş döyüşçünü mübarizəyə çağırmasını daha çox istərdim. Özünü məğlub edilmiş saymaq ağır bir hissdir. Ancaq 20 faiz torpağı düşmən tapdağı altında olan bir ölkə müvəqqəti də olsa, təəssüf ki, məğlubdur. Özü heç bir şey olan düşmən güclü dövlətlərin köləsi, qulu, aləti olsa da, hələ torpaqlarımız onların tapdağı altındadır...
Bir tanışımın İran
İslam Respublikasına səyahəti zamanı sərhəddən
bu yana - Horadizdə ucaldılan bayrağa baxarkən
keçirdiyi hissləri ifadə edəndə yenə gözləri
yaşardı. O, bayrağımızla qürur duyduğunu və
o yandan bayrağımızı görəndə "dizlərini
yerə ataraq doyunca ağladığını" söylədi.
Onun hisslərini çox gözəl anlayıram. Onu hər
bir vətənpərvər insan duya bilər. Bakıda ən
yüksəkdə dalğalanan, eləcə də bölgələrimizdə
ucaldılan möhtəşəm üçrəngli
bayrağımıza baxarkən hər kəs qürur hissi
keçirir. Ancaq biz bu qürurun tamlığını o
bayraq Qarabağda dalğalananda hiss edəcəyik. Hələ
Dərbənd, Zəngəzur, Təbriz, Göyçə,
İrəvan xəyallarımı demirəm...
Son olaraq, məşhur bir
misranı xatırlayıram:
Bayraqları bayraq edən
üstündəki qandı
Torpaq, uğrunda ölən varsa, Vətəndi!
Bəli, bu gün Azərbaycan
üçün yalnız ölməyi yox, qaziliyi gözləyən
minlərlə əsgərimiz var. Onlar Baş Komandanın əmri
ilə o bayrağı həqiqətən Ginnesin kitabına
daxil edəcəklər, özü də Şuşadakı ən
yüksək zirvəyə taxmaqla!
Fəridə
RƏHİMLİ
Ədalət.-2012.-9 noyabr.-S.11.