İncəsənət
Gimnaziyasında Aqil Abbas
gecəsi
Azərbaycan Milli
Konservatoriyasının İncəsənət Gimnaziyasında
yazıçı, millət vəkili Aqil
Abbasın yaradıcılıq gecəsi keçirilib.
Gecədə Aqil Abbasın əsərləri
barəsində geniş fikir
mübadiləsi aparılıb.
Gecənin aparıcısı
professor Ənvər Əliyev yazıçının
yaradıcılığı barəsində danışarkən
qeyd edib ki, Aqil Abbas hər cümləsində xalqın təəssübünü
çəkir: "Aqil Abbasın elə əsəri yoxdur ki,
onu oxumayaq. Yüksək bədii keyfiyyət məsulu olmaqla
yanaşı Aqil Abbas həm də dünyəvi oxucuya
kimliyimizi göstərə bilir. Onun "Dolu" romanı və
eyni adlı ssenariyə çəkilən filmi Azərbaycan
xalqının nə qədər möhtəşəm
olmasından xəbər verir".
Gecədə İncəsənt
Gimnaziyasının direktoru Mahizər Şabənbəyova da
çıxış edərək xüsusi ilə vurğulayıb
ki, Aqil Abbas yaradıcılığı insana yaşamaq və
Vətən uğrunda mübarizə aparmaq eşqi
aşılayır: "Bu vətən bizimdi, onun bir
qarışını belə, məkirli qüvvəyə
bağışlaya bilmərik. Aqil Abbas əsərləri ilə
bir daha sübut edir ki, Qarabağ Azərbaycanın əzəli
və əbədi torpağıdı, onun bir metrini belə,
düşmənə verməyəcəyik".
Tədbirdə "Dolu" filminin
rejissoru Elxan Cəfərov, baş rolların
ifaçıları Şamil Qurbanov və başqaları da
çıxış edərək, Aqil Abbas
yaradıcılığının Azərbaycan
üçün önəmini vurğulayıblar.
Sonda Aqil Abbasın "Ölülər"
pyesinin ədəbi-bədii kompozisiyası səhnələşdirilib.
Gecənin iştirakçıları tamaşanı
böyük rəğbətlə qarşılayıb.
Anar
Ədalət.-2012.-9
noyabr.-S.2.