ZAQATALA:
ZƏLZƏLƏNİN VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR,
DÖVLƏT PROQRAMININ İCRASI UĞURLA DAVAM EDİR
(əvvəli ötən
saylarımızda)
Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, şəhərin İmam Şamil küçəsində yeni şadlıq sarayının açılışı olmuşdur.
Rayonda ümumi sahəsi 3583,6 kvm
olan 38 fərdi yaşayış evi tikilərək istifadəyə
verilmiş, 1.4 milyon manat, o cümlədən daxili imkanlar
hesabına 144 min manat həcmində abadlıq, bərpa və
quruculuq işləri görülmüşdür. Şəhərin
H.Əliyev prospektinin, Dədə Qorqud meydanının və
28 may küçəsinin tarixi görkəminin
qaytarılması və yenidənqurma işlərinə
başlanmış, yaşayış evlərinin və ictimai
binaların fasadlarının yerlı üzlük daşla
üzlənməsi işləri aparılmışdır. Dədə
Qorqud meydanında və ətrafındakı ərazidə
yenidənqurma işləri başa
çatdırılmış, meydanda yeni
işıqlandırma sistemi, fəvvarələr, Dədə
Qorqudun monumenti quraşdırılmış,
yaşıllaşdırma işləri
aparılmışdır. Yol təsərrüfatının təmirinə
diqqət artırılmış, 9 ay ərzində Əliabad
qəsəbəsinin ara yollarına 1,5 km, Suvagil kənd yoluna
2,0 km, Dombabinə-Bozbinə avtomobil yoluna 1,8 km, Dardoqqaz kənd
yoluna 1,0 km, Mazıx-Qəbizdərə avtomobil yoluna 2,5 km,
Zaqatala-Car avtomobil yoluna 1.4 km, şəhərin A.Həmidov
küçəsinə 0.9 km uzunluğunda asfalt
örtüyü döşənmişdir. 2012-ci ilin may
ayında baş vermiş güçlü zəlzələ
nəticəsində qəzalı vəziyyətə
düşmüş Muxaxçay üzərində 160 m
uzunluğundakı körpünün bərpası başa
catdırılmış və Car, Axaxdərə kəndlərində
dağılmış körpülərin bərpası
işlərinə başlanmışdır.
Rayonda 299 fərdi mənzilə və
9 müəssisəyə yeni qaz xətləri çəkilmiş,
əhali abonentlərin sayı 10687-ə, qeyri-əhali abonentlərin
sayı isə 109-a çatdırılmışdır. Rayonda
ümumilikdə 165.14 km uzunluğunda müxtəlif diametrli
qaz xətləri, o cümlədən Çökək,
Göyəm, Dardoqqaz, Sumaylı və Yolayrıc kəndlərinin
qaz təchizatının yaxşılaşdırılması
üçün Maqov Qaz Paylayıcı Stansiyasından 2 km
uzunluğunda orta təzyiqli qaz xətti çəkilmişdir.
Əhalinin
enerji təminatı sahəsində də müəyyən
işlər görülmüş, 258 ədəd yararsız
dayaq yeni dayaqlarla əvəz edilmiş, 15.5 km müxtəlif gərginlikli
elektrik hava xətləri əsaslı təmir edilmiş və
hazırda bu işlər davam etdirilir.
2012-ci ilin 9 ayı ərzində
"Zaqatala şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidənqurulması və
tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası
olaraq şəhərdaxili su və kanalizasiya xətlərinin
yenidən qurulması və tikintisi işləri davam
etdirilmiş, 89731 m kanalizasiya və 71240 m su xətti çəkilmiş,
4918 ədəd müxtəlif ölçülü kürəbəndlər
quraşdırılmışdır.
Doqquz ay ərzində Göxbarax kəndinin
yeni yaşayış massivinə 2 km, Suvagil kəndinə 0,5
km uzunluğunda su xətti çəkilmiş, Zəyəm kəndində
magistral su xəttinin 500 metrlik hissəsi dəyişdirilərək
yenisi ilə əvəz olunmuşdur. Danaçı kəndində
artezian quyusu qazılmış, 200 kubmetrlik su anbarı və
7600 metr müxtəlif diametrli borularla su şəbəkəsi
quraşdırılmışdır. Kəndin su şəbəkəsinin yenidənqurulması
işləri davam etdirilir.
Rayonda əhalinin və
iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli
su ilə təchizatının
yaxşılaşdırılması, bu sahələr üzrə
xidmət haqlarının ödənilməsinin təmin edilməsinə
rayon qərargahı tərəfindən daim nəzarət
edilmişdir. Görülmüş tədbirlər nəticəsində
2012-ci ilin doqquz ayının yekunlarına görə əhali
sektorunda kommunal xidmət haqlarının ödənişi təbii
qaz üzrə 104.3 faiz, içməli su 104.2 faiz, elektrik
enerjisi üzrə 100 faiz təşkil etmişdir.
01 oktyabr 2012-ci il tarixə 108 mənzilə
yeni telefon xətti çəkilmiş, genişzolaqlı
internet xidməti istifadəçilərinin sayı 3118 abonent
olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 1406
abonent çoxdur.
Təhsil, Səhiyyə, Mədəniyyət
və İdman
Bütün sahələrdə
olduğu kimi rayonda təhsil, səhiyyə, mədəniyyət
və idman sahələrində də müəyyən nailiyyətlər
əldə olunmuşdur.
2011/2012-ci tədris ilində XI
siniflər üzrə 1483, IX siniflər üzrə 1777
şagird-məzun rayonda baş vermiş təbii fəlakətlə
əlaqədar buraxılış imtahanlarından azad
olunmuş, tam orta təhsil səviyyəsini bitirmiş
şagirdlərdən 604 nəfəri ali məktəblərə
qəbul olmaq üçün sənəd vermiş, onlardan
281 nəfər Azərbaycan Respublikasının təhsil
müəssisələrinə, 30 nəfər xaricdə ali məktəblərə
qəbul olmuşlar.
Həmin məzunlardan 12 nəfəri
600-dan yuxarı, 30 nəfəri 500-dən yuxarı bal
toplamışdır. 15 sentyabr "Bilik günü"
bütün məktəblərdə təntənə ilə
qeyd edilmiş, bu münasibətlə Muxax kəndində 80
şagird yerlik ümumi orta, Zəyəm və Bazar kəndlərində
hər biri 180 şagird yerlik tam orta məktəb binalarında
tikinti işləri başa çatdırılaraq
açılışı olmuşdur. 5 oktyabr Beynəlxalq
Müəllimlər günü münasibəti ilə yeni
tikilmiş Tala 5 saylı tam orta və Danaçı kənd 4
saylı ibtidai məktəblərin açılış mərasimləri
keçirilmiş, təhsil işçiləri ilə
keçirilən tədbirdə gənc nəslin təlim-tərbiyyəsində
fərqlənmiş müəllimlər RİHB-nın Fəxri
Fərmanları ilə təltif edilmişlər.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2012.-13
noyabr.-S.7.