ZAQATALA:
ZƏLZƏLƏNİN VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR,
DÖVLƏT PROQRAMININ İCRASI UĞURLA DAVAM EDİR
(əvvəli ötən
saylarımızda)
Rayonun ümumtəhsil məktəblərinin
müəllimləri və şagirdləri respublika müsabiqələrində
uğurla iştirak etmişlər. Aşağı Tala 1
saylı tam orta məktəbi "İlin məktəbi ",
Yuxarı Tala 2 saylı tam orta məktəbinin informatika müəllimi
"İlin müəllimi" müsabiqəsinin qalibi
olmuş, rayon Təhsil şöbəsi müsabiqələrdə
fəal iştirakına görə Respublika üzrə III yerə
layiq görülmüşdür. Tala 1 saylı tam orta məktəbinin
direktoru Mehnurə İsmayılova "Tərəqqi"
medalı ilə təltif olunmuşdur.
"Fövqəladə Hallar
uşaqların gözü ilə" Respublika müsabiqəsində
Ş.Qurbanov adına 3 saylı tam orta məktəbin II sinif
şagirdi Nigar Şabanova və Tala 2 saylı tam orta məktəbinin
VI sinif şagirdi İbrahim Paşayev III yeri tutmuş, Fövqəladə
Hallar Nazirliyi tərəfindən fəxri fərmanla təltif
olunmuşlar.
Dövlət
başçısının daim diqqət mərkəzində
olan insanların sağlamlığının qorunması
istiqamətində də müəyyən addımlar
atılmışdır. Rayonda 2006-2011-ci illərdə
doğulmuş uşaqlara elektron sağlamlıq
kartlarının verilməsi işi başa
çatmış, ana və uşaqların
sağlamlığının qorunması məqsədilə
perinatal mərkəz yaradılmışdır. RMX-nın
konsultativ poliklinika şöbəsində, stomatoloji
şöbənin binasında aparılmış təmir
işləri başa çatdırılmışdır.
Əhalinin dispanser müşahidəsini
təşkil etmək məqsədilə Səhiyyə
Nazirliyinin səyyar flüoqrafiya maşını rayona gətirilərək,
10 gün ərzində şəhər, Əliabad qəsəbə,
Danaçı, Suvagil, Muxax, Bəhmətli, Lahıc kənd əhalisinin
risq qrupuna daxil olan 2500 nəfərdən ibarət kontingenti
müayinədən keçirilmışdir.
Rayonda mədəni-kütləvi tədbirlərin
keçirilməsində yol verilən bir sıra nöqsanlar
RİHB yanında Şuranın yığıncağında
geniş müzakirə edilmiş, əlaqədar vəzifəli
şəxslərə intizam tənbehləri verilmişdir. Mədəniyyət
və Turizm şöbəsinin fəaliyyətini daha da
gücləndirmək məqsədi ilə bəzi kadr dəyişiklikləri
həyata keçirilmişdir.
"2 fevral gənclər
günü", 5 mart Bədən tərbiyəsi və idman
günü münasibətilə ümumrayon tədbirləri
keçirilmiş, fəal gənclər və
idmançılar fəxri fərmanlar və qiymətli hədiyyələrlə
təltif olunmuş, zaqatalalıların bir çoxu
Respublikanın müxtəlif bölgələrində təşkil
edilən baxış müsabiqələri və sərgilərdə
qalib olmuşlar. Gənclər və İdman Nazirliyi tərəfindən
Lənkəran və Şəki şəhərlərində,
İsmayıllı və Quba rayonlarında təşkil
edilmiş yay istirahət düşərgələrində
istirahət etmək üçün 100 nəfər yeniyetmə
və gənc yola salınmış, İncəsənət və
İnternat məktəbinin nəzdində bir həftəlik
düşərgələr təşkil olunmuşdur.
"S" kanalının keçirdiyi "Regionun səsi"
müsabiqəsində Zaqatala İncəsənət məktəbinin
müəllimi Vüqar İsgəndərov I yeri tutmuşdur.
2012-ci ilin sentyabr ayında rayonda
Milli Olimpiya Komitəsinin yaranmasının XX
ildönümünə həsr olunmuş cudo üzrə
açıq rayon birinciliyi keçirilmiş, yarışda 8
rayonun komandası iştirak etmişdir.
01-03 sentyabr 2012-ci il tarixlərində
Yevlax şəhərində keçirilən sərbəst
güləş üzrə Respublika zona turunda rayon
komandası iştirak etmiş, 3 nəfər
idmançımız I və II yerlərə layiq
görülərək final mərhələsinə vəsiqə
qazanmışdır.
9 ay ərzində idman sahəsində
6100 nəfərin iştirakı ilə 45 tədbir həyata
keçirilmişdir. Bir çox yeniyetmə və gənclərimiz
cüdo üzrə Azərbaycan birinciliyində rayonu ləyaqətlə
təmsil edərək mükafatlandırıcı yerlər
tutmuş, kompyüter oyunlarının VII
çempionatının zona turunda rayon gəncləri komanda və
fərdi oyunlarda birinci yeri tutmuşdur.
Vətəndaşların hüquq
və mənafelərinin qorunmasına xüsusi diqqət
Rayonda vətəndaşların
hüquq və mənafelərinin müdafiə edilməsi,
ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını təmin etmək
məqsədi ilə rayon icra hakimiyyəti hüquq-mühafizə
orqanları ilə bir sıra tədbirlər həyata
keçirmiş, insan, vətəndaş hüquq və
azadlıqlarının, o cümlədən vətəndaşların
fikir və söz azadlığı hüququnun vəzifəli
şəxslər tərəfindən məhdudlaşdırılması
barədə rayon icra hakimiyyətinə müraciət daxil
olmamışdır.
Azərbaycan Respublikası
Qanunlarının, Prezidentin Fərman və sərəncamlarının,
Nazirlər Kabinetinin qərar və sərəncamlarının
icrası vəziyyəti daim nəzarətdə
saxlanılmış, RİHB yanında Şura
yığıncaqlarında müzakirə edilmişdir. Rayon
icra hakimiyyəti Başçısının sərəncamlarının,
Şura qərarlarının, qanunlara, normativ hüquqi aktlara
uyğun olması təmin edilmişdir.
2012-ci ilin 9 ayında 105 cinayət
hadisəsi qeydə alınmış, cinayətlərin 98,0%
açılması təmin olunmuşdur. Ağır və
xüsusilə ağır cinayətlərin sayı keçən
ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə
azalmaqla 100 faiz açılması təmin edilmişdir.
Rayonda narkomaniya ilə mübarizə tədbirləri davam
etdirilmiş, 5 cinayət faktı aşkar edilərək
qanunamüvafiq tədbir görülmüşdür.
"Xaş-xaş 2012" şərti
adı altında aparılan əməliyyat-axtarış və
profilaktika tədbirləri nəticəsində 36 ton 100 kq
yabanı halda bitmiş narkotik tərkibli çətənə
kolları aşkar olunaraq yandırma üsulu ilə məhv
edilmişdir.
"Açıq Hökumətin təşviqinə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın, habelə "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyinin
artırılması sahəsində Milli Fəaliyyət
Proqramı"nın icrasının təmin edilməsi məqsədilə
RİHB-nın sərəncamları ilə iş planları təsdiq
edilmiş, ötən dövr ərzində bu istiqamətdə
müəyyən işlər görülərək mərkəzi
icra hakimiyyəti orqanlarına hesabatlar təqdim edilmişdir.
Göründüyü kimi,
Zaqatalada Prezidentin xüsusi diqqəti, dövlətin
qayğısı insanları bütün problemləri aradan
qaldırmaq yolunda daha da ruhlandırmışdır. Eyni zamanda
aparılan abadlıq quruculuq işlərinin miqyası və
ardıcıllığı da sakinlərin nikbinliyindən və
ölkə rəhbərliyinə inamından xəbər
verir.
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.-2012.-14 noyabr.-S.7.